08 May 2026 17:51
159
DÜNYA
A- A+
İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   


İsveç hökuməti artan qrup zorakılığına qarşı mübarizə çərçivəsində yeni və mübahisəli tədbir irəli sürüb. Plana əsasən, cinayət şəbəkələrinə qoşulma riski olan uşaqlar elektron biləkliklərlə izlənəcək.

“Euronews” telekanalı xəbər verir ki, hökumətin açıqlamasına görə, sosial xidmət orqanları tərəfindən küçəyə çıxma qadağası tətbiq edilən və risk qrupunda qiymətləndirilən 13 yaşdan yuxarı uşaqlara bu cihazlar taxıla bilər. İlkin mərhələdə 50-100 gəncin izlənməsi nəzərdə tutulur.

Hazırda İsveçdə cinayət məsuliyyəti yaşı 15-dir. Lakin 1 iyuldan etibarən ən azı 4 il həbs cəzası tələb edən ağır cinayətlər üçün bu hədd 13 yaşa endiriləcək. Bu addım cinayətkar qrupların uşaqlardan sui-istifadə etməsinin qarşısını almağa yönəlib.

Sosial xidmətlər naziri Kamilla Valterson Grönval bildirib ki, hazırda 15 yaşdan aşağı 173 uşaq qətl və ya qətl planında iştirak şübhəsi ilə araşdırılır. Ötən il isə bu yaş qrupuna aid uşaqların cinayət törətdiyi sübut olunsa da, cəza tətbiq olunmayan 52 “dəlil iclası” keçirilib. Qeyd olunur ki, elektron biləkliklər ənənəvi ayaq qandallarından fərqli olaraq diqqət çəkməyəcək. Onlar saat və ya adi biləklik formasında hazırlanacaq ki, uşaqlar üzərində sosial damğalanma yaranmasın. Təklif uşaqların hüquqları və vətəndaş azadlıqları baxımından ciddi müzakirələrə səbəb olub. Xüsusilə, UNICEF və digər hüquq müdafiə təşkilatları bu addımın uşaqların məxfiliyinə və hüquqlarına zidd ola biləcəyini vurğulayır.

Bütün bu tədbirlər İsveçdə sağ yönümlü azlıq hökumətinin cinayətkarlıq və miqrasiya ilə bağlı daha sərt siyasət kursunun tərkib hissəsidir. Hökumət qarşıdan gələn seçkilər ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə çalışır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal xidmət şirkətləri DVX-də uçota alınıb

19:18
08 May

Azərbaycan BDT-nin 84-cü sessiyasında təmsil olunub

19:07
08 May

“Apple”dan yubiley sürprizi

19:01
08 May

Robot rahib təqdim olunub

18:53
08 May

Cənub-Şərqi Asiya üçün 70 milyard dollarlıq yeni inkişaf planı

18:51
08 May

ABŞ texnologiya sektorunda yeni mərhələ

18:45
08 May

McDonald’s Çində fəaliyyətini genişləndirir

18:34
08 May

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

18:29
08 May

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

18:19
08 May

2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər  

18:15
08 May

Yaponiya milli kəşfiyyatı mərkəzləşdirir

18:07
08 May

Yuxu və yemək arasında gizli əlaqə aşkarlandı

17:59
08 May

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

17:51
08 May

ABŞ-də alimentlə bağlı yeni qayda

17:46
08 May

 Sahibkarlığın inkişafına dəstək 

17:40
08 May

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

17:39
08 May

Türkiyə Prezidenti: “SAHA Expo 2026”-da 8 milyard dollarlıq ticarət həcminə nail olunub  

17:33
08 May

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

17:22
08 May

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob 

17:03
08 May

Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb

16:53
08 May

“Qarabağ”ın futbolçusuna 8, məşqçisinə 6 oyunluq cəza verilib

16:41
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!