25 May 2025 08:15
391
SİYASƏT
A- A+
Tirana zəfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni dönəmidir

Tirana zəfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni dönəmidir


Hazırda qlobal geosiyasi münasibətlərin çox gərgin və ziddiyyətli xarakter aldığını siyasi liderlər və ekspertlər xüsusi vurğulayırlar. Böyük geosiyasi güclərin dünyanın müxtəlif regionlarında qarşıdurması və birbaşa toqquşması faktları kifayət qədərdir. 

Son dövrlərdə isə Qafqaz-Mərkəzi Asiya istiqamətində bu proses özünün yeni səviyyəsinə yüksəlib. Avropa İttifaqı bu cür mürəkkəb vəziyyətdə özü üçün uğurlu çıxış yolu axtarır. Azərbaycan isə Cənubi Qafqazda sülh və əməkdaşlığı təmin etmək naminə ciddi səylər göstərir. Bununla Aİ ilə Azərbaycanın regionda maraqları arasında nisbətin təmin edilməsi məsələsi xeyli aktuallaşır. Həmin kontekstdə "Avropa Siyasi Birliyi"nin Tiranada keçirilən Zirvə toplantısı geniş müzakirə edilir. Bu müstəvidə biz Azərbaycan Prezidentinin həmin tədbirdə iştirakının geosiyasi təhlilinə ehtiyac görürük.


Qarşılıqlı siyasi fəaliyyət


XXI əsrin üçüncü onilliyinə Avropa İttifaqı kifayət qədər ciddi geosiyasi problemlərlə qədəm qoyub. Buna görə də son illər Brüssel özünün qlobal miqyasda geosiyasi yeri və rolunu müəyyənləşdirməyə çalışır. Aydın olur ki, Aİ üçün digər tərəfdaşlarla siyasi dialoq məsələsi yeni səviyyəyə yüksəldilməlidir. Söhbət yalnız dünyanın böyük gücləri kimi qəbul edilən ABŞ, Çin və Rusiyadan getmir. Avropa üçün həm də öz sərhədləri yaxınlığında olan ölkələrlə münasibətlərin inkişafı zəruridir. Burada bir məqam əhəmiyyət kəsb edir.

Məsələ onunla bağlıdır ki, Aİ qonşu dövlətlərlə münasibətlərdə ədalətli və obyektiv mövqe tutmalı, siyasi dialoq, yəni əlaqələr sabit və səmərəli olmalı, əsas tərəfdaşlar düzgün müəyyən edilməlidir. Bu iki xəttin ortaq sahəsində 2022-ci ildə təsis edilən "Avropa Siyasi Birliyi"nin ilk toplantısı Praqada keçirilib. Birlik qitə ölkələri arasında siyasi əlaqələndirmə platforması rolunu oynayır, birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Deməli, Aİ bu qarşılıqlı siyasi fəaliyyət platformasında başlıca məqsəd kimi siyasi əlaqələndirməni görür və bunun üçün siyasi dialoq və əməkdaşlığı inkişaf etdirmək mexanizmləri əsas götürülür. Bütün bunlar isə Avropada təhlükəsizliyi, sabitliyi və rifahı gücləndirməyə xidmət etməlidir.

Brüsselin məsələyə bu cür yanaşmasının iki tərəfi var: birincisi, Avropanın təhlükəsizliyi və rifahı önəmli sayılır, ikincisi, bununla yanaşı, həmin coğrafiya daxilində bütün ölkələrin təhlükəsizliyi və rifahı əhəmiyyətli hesab edilir.

Bu iki aspektin sintezində isə əməkdaşlıq və onu həyata keçirmək mexanizmləri aktuallaşır. Öz növbəsində əməkdaşlıq hər zaman etibarlı tərəfdaşlar tələb edir.

Buna görədir ki, Azərbaycan "Avropa Siyasi Birliyi"nin bütün sammitlərində fəal iştirak edir. Bu isə Azərbaycanın qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün yeni platformalarda maraqlı tərəf olduğunu göstərir.

Azərbaycanın "Avropa Siyasi Birliyi"ndəki fəaliyyətinin nəticələrindən biri haqqında ekspertlər maraqlı fikir bildirirlər. Onlar Aİ-nin düşdüyü indiki vəziyyət və ondan çıxış yollarının axtarılması kontekstində vurğulayırlar ki, Azərbaycan Prezidenti bir neçə istiqamətdə Aİ-nin daxili mühitinin yaxşılaşmasına çox ciddi təkan verir. Məsələn, "Şərq Tərəfdaşlığı" Proqramı Azərbaycansız artıq "ölü təşkilat" idi. Prezident İlham Əliyev ona bərabərhüquqluluq ruhu verməklə məhv olmasının qarşısını aldı.

Başqa bir mühüm məqam Azərbaycanın enerji və nəqliyyat-logistika layihələri ilə Aİ-nin daxili inteqrasiyasını praktiki səmərəli müstəviyə transfer edə bilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin ən böhranlı zamanlarda belə irəli sürdüyü layihələr Aİ-nin, faktiki olaraq, daxildən parçalanmasını əngəlləyən faktorlardandır.

Belə aydın olur ki, Azərbaycanın "Avropa Siyasi Birliyi"ndə iştirakı qarşılıqlı siyasi fəaliyyəti gücləndurmək əsasında regional inteqrasiya üçün yeni platformalarda aktiv iştiraka nail olmaqla bağlıdır. Məsələnin bu tərəfi Azərbaycan və bütövlükdə region üçün çox əhəmiyyətlidir. Çünki söhbət Cənubi Qafqazın lider ölkəsinin regional ineteqrasiya və əməkdaşlıq aspektlərində formalaşan təcrübəsindən gedir.


Regional inteqrasiya


Azərbaycan Prezidentinin Tiranadakı toplantıda iştirakının siyasi qiymətləndirməsini verən ekspertlər bu hadisəni Azərbaycanın Avropada siyasi vəziyyətə təsirinin etirafı aspektində şərh edirlər. Onun birbaşa göstəricisi kimi isə "Almaniyada yenidən fokuslanma"nın baş verməsini vurğulayırlar. Yəni Azərbaycan bütövlükdə qitədə münasibətlərin siyasi aspektdə yenidən formatlaşmasına ciddi töhfə verir.

Ekspertlər bu qənatə yalnız Tiranada Prezident İlham Əliyevin keçirdiyi görüşlərin əsasında gəlməmişlər. Hələ bu toplantıdan öncə Aİ rəsmilərinin Azərbaycana səfərləri intensiv xarakter daşıyırdı. Yanvar ayında Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Prezident İlham Əliyevə zəng edərək ikitərəfli münasibətlərin perspektivini müzakirə edib. Buraya ilk növbədə tərəflər arasında "nəqliyyat, Orta dəhliz marşrutu və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu" daxildir. Bu ilin aprel ayında isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ölkəmizə səfər edib. Prezident İlham Əliyevlə görüşdə əməkdaşlığın müxtəlif aspektləri geniş müzakirə edilib.

Tiranada isə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşlər siyasi-diplomatik dairələrdə böyük maraqla qarşılanıb. Çünki həmin görüşləri ekspertlər iki aspektdən əhəmiyyətli sayırlar.

Əvvəla, Avropanın yüksəkvəzifəli rəsmiləri Azərbaycan Prezidentinə böyük sayğı ilə yanaşırlar. E.Makronun xüsusilə İlham Əliyevə münasibətində müsbət tərəfə yeni jestlər etməsi diqqət çəkir. Bu, Prezident İlham Əliyevin fəaliyyəti ilə Qərb siyasi dairələrində böyük hörmət qazanmasının vacib əlaməti kimi şərh edilir.

Prezident İlham Əliyevin Tiranada N.Paşinyana öz siyasi iradəsini faktiki diktə etməsi də nəzərdən qaçmadı. Erməni ekspertləri deyirlər ki, Tiranada Ermənistanın baş naziri Azərbaycan Prezidentinin istəyi ilə hərəkət edib.

İkincisi, Azərbaycan Prezidenti Tiranada ciddi layihələri müzakirə edib. Danışıqlarda əsasən Orta dəhliz, enerji layihələri və nəqliyyat-logistika proqramları diqqət mərkəzində olub. Bu məsələlərin hər birində Azərbaycanın aparıcı rolu böyük əhəmiyyət təşkil edib.

Bunlardan Azərbaycanın regional inteqrasiyada oynadığı geosiyasi rolun Aİ rəsmiləri tərəfindən qəbul edildiyi nəticəsini çıxara bilərik. Bu məsələ çox əhəmiyyətlidir. Çünki bununla, faktiki olaraq, bir sıra ziddiyyətlər aradan qalxmış olur.

Birincisi, Avropa Azərbaycanı Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq, Balkanlar və Şərqi Avropa miqyasında əsas tərəfdaş kimi qəbul etməyə başlayıb. Bu cür geniş coğrafi məkanda Azərbaycanın həm Avropanın enerji təhlükəsizliyinin təminində, həm də təşkilatın inkişafında onun birliyinin təmin olunması prosesində ciddi töhfəsini anlamışlar.

İkincisi, Azərbaycan daha geniş miqyasda Çinin "Bir kəmər, bir yol" meqalayihəsinin reallaşmasında regionlararası miqyasda başlıca faktora çevrilib. Burada sırf maliyyə qazancından başqa, sabitlik və milli təhlükəsizlik aspektlərində də Bakının rolunun daha da yüksəlməsi ön plana çıxarılır.

Üçüncüsü, Azərbaycan Prezidenti Tiranada Türk Dövlətləri Təşkilatının (TDT) Aİ ilə münasibətlərini konstruktiv müstəviyə istiqamətləndirib. Aİ həm TDT-ni təşkilat kimi qəbul etməyə başlayıb, həm də Azərbaycanın orada aparıcı rolunu etiraf edir.

Dördüncüsü, Prezident İlham Əliyev Tiranada Zəngəzur dəhlizi məsələsini Orta dəhliz kontekstində Aİ rəsmilərinə bir daha izah edəndən sonra onlar bu layihənin reallaşmasına daha çox maraq göstərirlər. Anlayırlar ki, Zəngəzur dəhlizi Azərbaycanın təklif etdiyi formada açılmasa, ən çox itirən Avropa olacaq. Çünki Zəngəzur Avropanın enerji ilə yanaşı, başqa məhsullarla da təminatında böyük sıçrayış yaradacaqdır. Ona görə də avropalı siyasətçilər faydasız Ermənistanı birtərəfli dəstəkləməkdən vaz keçməli, reallığı qəbul etməli və Azərbaycanla səmimi əməkdaşlığa üstünlük verməlidirlər.

Bütün bunlar onu sübut edir ki, Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi"nin Tiranadakı toplantısında iştirakı bir çox mənada tarixi əhəmiyyətlidir. Azərbaycanın dövlət başçısı müstəqil dövlətin rəhbəri kimi həm lider olaraq nüfuzunu daha da yüksəldib, həm də geniş geosiyasi məkanda sülh, əməkdaşlıq, sabitlik və təhlükəsizliklə bağlı ciddi addım atıb! 


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!