27 Dekabr 2024 18:43
137
CƏMİYYƏT
A- A+
Təyyarə qəzasında həlak olanların xatirəsi Əlcəzairdə anılıb

Təyyarə qəzasında həlak olanların xatirəsi Əlcəzairdə anılıb


Azərbaycanın Əlcəzairdəki səfirliyi tərəfindən Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması səbəbindən dekabrın 26-da Azərbaycanda matəm günü elan olunması ilə bağlı səfirlikdə Dövlət Bayrağımız yarıya qədər endirilib, başsağlığı kitabı açılıb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, dekabrın 26-da Əlcəzair Xalq Demokratik Respublikasının Dövlət Naziri, Xarici İşlər Naziri, Xaricdə Milli İcma və Afrika İşləri Nazirinin Dövlət Katibi Salma Baxta Mansuri səfirliyi ziyarət ediblər.

Xarici İşlər Nazirinin Dövlət Katibi Salma Mansuri baş vermiş faciə ilə əlaqədar Əlcəzair Hökuməti adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

Eyni zamanda, Əlcəzair Xalq Demokratik Respublikası Parlamentinin Əlcəzair-Azərbaycan Dostluq qrupunun sədri Aribi Abdulbaset səfirliyi ziyarət edib, Əlcəzair Milli Məclisinin sədri İbrahim Boğalinin adından, o cümlədən Əlcəzair xalqı adından çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Ukraynaya daha 1,25 milyard dollarlıq yardım edəcək

12:20
28 Dekabr

"ABB-İnvest" ilk dəfə Türkiyənin kapital bazarında tədavül edilən qiymətli kağızlara investisiya yatırıb

12:19
28 Dekabr

Milli Depozit Mərkəzi bazar iştirakçılarının innovativ xidmətlərə çıxışını əsas prioritet kimi müəyyənləşdirib  

12:17
28 Dekabr

Dövlətə məxsus xüsusilə külli miqdarda pul vəsaitini talayan mütəşəkkil dəstə üzvləri barəsində cinayət işi məhkəməyə göndərilib  

12:15
28 Dekabr

Süni intellekt sahəsinə aid dövlət standartları qəbul edilib

12:14
28 Dekabr

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiedən

12:13
28 Dekabr

Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub YENİLƏNİB

12:12
28 Dekabr

“BYD”nin növbəti məhsulu insanabənzər sənaye robotları olacaq

11:50
28 Dekabr

Gələn ilin Ay və Günəş tutulmalarının təqvimi açıqlanıb

11:46
28 Dekabr

“Samsung”un mobil cihazlarında boşluq aşkar olunub

11:45
28 Dekabr

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib  

11:22
28 Dekabr

“Xiaomi”dən superkompüter

10:51
28 Dekabr

DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub

10:43
28 Dekabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

10:16
28 Dekabr

Azərbaycanın Kubadakı səfirliyində başsağlığı kitabı açılıb

10:00
28 Dekabr

Niyə bəzi insanlar daha çox xəstələnirlər?

09:20
28 Dekabr

Gəncə və Şəmkirin 3 sakini qəzaya uğramış təyyarədə olmuşdur

09:15
28 Dekabr

O, kətana duyğularını köçürürdü

09:10
28 Dekabr

Su və kanalizasiya problemimiz həll olunmamış qalır

09:05
28 Dekabr

Kəndimizin tibb məntəqəsində həkim yoxdur

09:00
28 Dekabr

Yolumuz bərbad vəziyyətdədir

08:55
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!