15 İyul 2025 08:05
662
İQTİSADİYYAT
A- A+
Texnologiya insanı əvəz etməkdən çox ona yeni fürsətlər açmaq üçündür

Texnologiya insanı əvəz etməkdən çox ona yeni fürsətlər açmaq üçündür


İKT-nin yaratdığı yeniliklərin səsi Azərbaycanda da eşidilir


Texnologiya hər gün ən azından bir addım zamandan önə keçib dünyanı dəyişdirir. İnsan isə bu dəyişimin mərkəzində olmağa məhkumdur, yoxsa zamandan geri qalacaq. Əslində, bu mümkün də deyil. Çünki texnologiya həyatımızın hər sahəsinə sirayət edib - cibimizdəki telefondan tutmuş evdəki elektrik süpürgəsinə, xəstəxanalardakı robot cərrahlardan kosmosa qədər. 

Bəs dünən ağlımıza gəlməyən, bu gün başımıza gələn bu dəyişimlərdə insanın yeri hardadır?

Əvvəllər həmin yer insanın fiziki gücündən asılı idi. Sonra zaman dəyişdi. Bu güc elmlə, biliklə, savadla ölçülməyə başladı. İndi isə meydan süni intellektindir. Amma bütün hallarda mərkəzdə insan və onun zəkasıdır. Robotlara düşünməyi kim öyrədir? Rəqəmlərlə danışan sistemlərin arxasında kimin beyni dayanır? Məlumatı informasiyaya, informasiyanı isə bilik halına kim gətirir? 

Texnologiya bizə rahatlıq gətirib. Bir vaxtlar saatlarla vaxt sərf etdiyimiz işlər indi bir düyməyə toxunuşla həll olunur. Günlərlə, aylarla gözlədiyimiz məlumatı saniyələr içində əldə edirik. Evdən çıxmadan alış-veriş edir, dünyanı virtual olaraq gəzir, uzaqdakı yaxınlarımızla görüntülü danışa bilirik. Fabriklər, zavodlar robotlaşıb, bank əməliyyatları elektronlaşıb, təhsil internetin imkanları ilə sərhədsiz olub. Bütün bunlar təbii ki, çox yaxşıdır. 

Bununla belə bir fikir formalaşmağa başlayıb ki, texnologiya inkişaf etdikcə işsizlik artır. Halbuki bu belə deyil, informasiya və kommunikasiya texnologiyaları (İKT) bəzi peşələri yox etsə də, əvəzində yenilərini yaradıb - süni intellekt və kibertəhlükəsizlik mühəndisi, data analitiki, veb-saytların, mobil tətbiqlərin və proqramların istifadəçiyə rahat və estetik görünməsi, eyni zamanda funksional işləməsi üzərində çalışan mütəxəssis, rəqəmsal marketoloq, robot texnikası üzrə texnik və s. Bunlar sadəcə başlanğıcdır. İKT-nin açdığı yollar saysız-hesabsızdır, əsas məsələ bu yollarda necə və hansı biliklərlə addımladığımızdır.

Əslində, texnologiya heç nəyi bizim əlimizdən almır, sadəcə yaradıcı olmaq üçün fürsət verir, tənbəli kənarlaşdırır, bacarıqlını irəli çəkir. Artıq biz gücümüzü qollarımızda yox, beynimizdə, ideyalarımızda axtarmalıyıq. İndi bir ölkənin zənginliyi onun yeraltı və yerüstü sərvətində deyil, insan potensialında axtarılır. Elm adamları, mühəndislər, müəllimlər, həkimlər həm texnologiyanın istehlakçısı, həm də yaradıcılarıdır. Texnologiya insanı kənarlaşdırmaq üçün yox, onu gücləndirmək üçün var və bu gücdən istifadə etməyi bacarmaq üçün çalışmaq lazımdır. Çünki texnologiya maşın olsa da, sükanı insanın əlindədir.

Bütün bu dəyişikliklərin fonunda bir həqiqət aydın görünür: gələcək çox da uzaq deyil, o, sürətlə formalaşır, artıq başlayıb da deyə bilərik. Elə buna görə texnologiyaların müzakirəsi yalnız elm adamları və mühəndislərlə yanaşı, bütövlükdə cəmiyyətin diqqət mərkəzindədir. Bununla bağlı müxtəlif platformalarda aparılan dialoqlar, keçirilən forumlar və konfranslar xüsusi əhəmiyyət kəsb edir. Belə təşəbbüslərdən biri də bu günlər baş tutub. Bu, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə keçirilən "Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü" adlı beynəlxalq forum idi.

Beynəlxalq tədbirdə diqqətə çatdırılıb ki, hazırda gündəlik həyatımıza sirayət edən texnoloji anlayışlar, yəni süni intellekt, data idarəetməsi, robototexnika, əşyaların interneti və bulud texnologiyaları sadəcə texniki yeniliklər deyillər, həm də qlobal iqtisadiyyatın damarlarında axan yeni qan, yeni nəfəsdir. Onlar ənənəvi inkişaf modellərini arxada qoyur, yeni reallıqlar formalaşdırır. Bu dəyişikliklərin səsi Azərbaycanda da eşidilir. Ölkəmiz həmin qlobal çağırışlara biganə qalmır, əksinə, onları fürsətə çevirməyə çalışır. Son illər ərzində sənaye və texnologiya parklarının yaradılması, rəqəmsal iqtisadiyyatın ölkənin sosial-iqtisadi inkişaf strategiyasında əsas istiqamət kimi müəyyənləşdirilməsi, habelə 4SİM Azərbaycan Mərkəzinin fəaliyyətə başlaması və rəqəmsallaşmayönümlü təşəbbüslər böyük transformasiyanın, yəni köhnə sistemin yenisi ilə əvəz olunmasının təzahürləridir.

Forumda 4SİM-in icraçı direktoru Fariz Cəfərov, METAK şirkətinin təsisçisi Alik Kərimov, "Azerfloat" şirkətinin baş direktoru Emil Həsənov, STP şirkətlər qrupunun baş icraçı direktoru vəzifəsini icra edən Ələkbər Abbaslı, beynəlxalq ekspert Andres Kadoska, MEXT Texnologiya Mərkəzinin rəhbəri Efe Erdem, "Honeywell" şirkətinin regional meneceri Oktay Başer, Qətər İnkişaf Bankının KOB-ların inkişafı üzrə icraçı direktoru Hamad Salem, SOCAR-ın Əməliyyat satınalması və təchizat departamentinin rəis müavini Elçin Musayev çıxış edərək öz təcrübələrini, baxış bucaqlarını və tövsiyələrini bölüşüblər. Süni intellektdən tutmuş rəqəmsal istehsalat modellərinə, sənaye avtomatlaşdırmasından kadr hazırlığına qədər geniş spektrdə məsələlər müzakirə olunub. Tədbir yalnız hazırkı vəziyyəti qiymətləndirməyi deyil, həm də gələcəyə hansı texnoloji bilik və bacarıqlarla getməyin vacibliyini ortaya qoyub.

İndi texnoloji yeniliklər bizdən onu izləməyi deyil, fəal iştrakçı olmağı da tələb edir. "Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü" məhz bu çağırışlara cavab axtaran bir platforma oldu. Tədbirdə səslənən fikirlər, paylaşılan təcrübələr və irəli sürülən təşəbbüslər göstərdi ki, texnologiya insanı əvəz etməkdən çox, ona yeni fürsətlər açmaq üçündür. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!