30 İyun 2026 08:10
345
İQTİSADİYYAT
A- A+
Tərtər: növbəti məqsəd yeni hədəflərə çatmaqdır

Tərtər: növbəti məqsəd yeni hədəflərə çatmaqdır


Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cü illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə bölgələrdə zəruri tədbirlər həyata keçirilir, əmək ehtiyatları səfərbər edilir, görüləcək işlər müəyyənləşdirilir.

Bu günlər ölkənin bütün bölgələrində olduğu kimi, Tərtərdə də diqqətçəkən canlanma hiss olunur. Tərtər havası təmiz, suyu saf, torpağı münbit, ən başlıcası isə, sakinləri əməksevər, zəhmətə, torpağa bağlı insanlardır. Ermənistan silahlı qüvvələrinin işğalçılıq niyyətlərinə qarşı mübarizədə əsl qəhramanlıq nümunəsi göstərərək düşmənə bir qarış torpaq da güzəşt etməmiş tərtərlilər bu gün əmək meydanında xarüqələr göstərir, ölkə iqtisadiyyatının güclənməsinə sanballı töhfələr verirlər. Təsadüfi deyil ki, Ermənistan faşistlərinin Tərtərə raket və artilleriya mərmilərini dolu kimi yağdırdığı ağır və gərgin günlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə bölgəyə səfər etmiş, tərtərlilərin fədakarlığını əsl qəhrəmanlıq kimi qiymətləndirmişdir. 

Qarabağ iqtisadi rayonuna daxil olan Tərtər coğrafi mövqeyi və strateji əhəmiyyət baxımından ölkənin vacib bölgələrindən biri kimi tanınır. Yüksək məhsuldarlığa malik torpaqları burada kənd təsərrüfatını dinamik inkişaf etdirmək üçün geniş imkan verir. Pambıqçılıq və taxılçılıq aqrar sektorun əsas sahələridir. Heyvandarlıq və baramaçılıq da inkişaf edən sahələrdəndir. Son illər həmçinin rayonda intensiv bağçılığa diqqət nəzərəçarpacaq dərəcədə artıb.

30 illik işğal dövrünün ağrı-acısı şanlı zəfərlə başa çatdıqdan sonra müharibə dövrünün cəbhə bölgəsi kimi tanınan Tərtərdə abadlıq-quruculuq, əkin-biçin işləri səngimək bilmir. Üstəlik, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələr Tərtər kəndlisinin fəaliyyətinə yeni istiqamətlər verib, yeni hədəflər müəyyən edib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla bu yöndə söhbətimiz yetərincə maraqlı və aktual oldu:

- Çox qürurvericidir ki, dövlətimizin qüdrəti ildən-ilə artmaqdadır. Regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün dünya birliyində söz sahibidir. Zəfərimizin baş memarı olan Prezident İlham Əliyev indi dinc quruculuq dövrünün yeni istiqamətlərini müəyyən edib, ölkəmizin iqtisadi qüdrətini artıracaq, əhalinin güzəranını daha da yüksəldəcək, kənd yerlərində faydalı məşğulluğu təmin edəcək yeni hədəfləri gündəmə gətirib. Məlumdur ki, Prezidentin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda qarşıdakı 5 il ərzində həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Bu vəzifələrə uyğun olaraq biz də aqrar rayon olaraq tədbirlər planı hazırlamışıq. İstər üzücü müharibə illərində, istərsə də müharibədən sonrakı dinc quruculuq dövründə tərtərlilər dövlətin, Prezident İlham Əliyevin qayğı və diqqətindən güc alıblar, onun doğma və isti nəfəsini, güclü əlini hər zaman kürəklərində hiss ediblər. Dövlət proqramı qarşıya yeni hədəflər qoyub. Tərtər kəndlisi isə yeni hədəflər üçün səfərbərdir. Zamanın sınaqlarından həmişə uğurla çıxan tərtərlilər qarşıdakı 5 ilin hər gününə, hər ayına zəfər möhürü vurmaq əzimindədirlər.

İndi Tərtər rayonunda təsərrüfat işlərinin qızğın çağıdır. Havaların əlverişsiz keçməsinə baxmayaraq, fermerlər zəmilərin məhsulunu tez və itkisiz yığıb tədarük etməyə çalışırlar. Məhsulu biçilən zəmilərin hər hektar üzrə orta məhsuldarlığı hələlik 41,5 sentnerdir. Qabaqcıl fermer təsərrüfatlarında isə bu göstərici 55-60 sentnerə çatıb.

Rayonda pambıqçılığın inkişafına böyük önəm verilir. Torpaq mülkiyyətçiləri strateji məhsul olan pambığın bolluğunda maraqlıdırlar. Təsərrüfatlarda pambıq əkinlərinin genişləndirilməsi kəndlərdə əhalinin faydalı məşğulluğunu təmin etməklə yanaşı, torpaq mülkiyyətçilərinin ailə büdcəsinə də əhəmiyyətli təsir göstərir. Ölkəyə valyuta gətirən pambıq ixracının artırılmasında maraqlı olan dövlət bu sahənin inkişafı üçün kompleks tədbirlər görür, əhəmiyyətli gücə malik subsidiyalar tətbiq edir. Son 10 ildə Tərtər pambıqçıları böyük nailiyyətlər qazanıblar. Əgər 2016-cı ildə pambıq tarlalarında hər hektarın orta məhsuldarlığı 22,5 sentner idisə, keçən il bu rəqəm 37,6 sentnerə yüksəlib. İndi pambıq tarlalarında becərmə işləri yüksək aqrotexniki qaydalar əsasında davam edir. Bu il rayon üzrə 2117,7 hektarda pambıq əkilib. Rayonda fəaliyyət göstərən "Prime Cotton", "Azərpambıq" və "Elakoton" Məhdud Məsuliyyətli cəmiyyətlərin filialları torpaq mülkiyyətçiləri ilə bağladıqları müqavilələrin şərtlərinə doğru-dürüst əməl edir, pambıqçıların üzləşdikləri çətinliklərin operativ qaydada aradan qaldırılmasınada yardımçı olurlar.

Tərtərdə qabaqcıl pambıqçılardan söz düşəndə Bəyimsarov kəndində Birinci dərəcəli "Əmək" ordenli Fazil Vəliyevin adı hörmətlə çəkilir. Qabaqcıl fermer bu il 45 hektar sahədə pambıq əkib. Qayğı ilə becərilən tarlalar bol məhsuldan xəbər verir. Fazil Vəliyev deyir ki, dövlət proqramının birinci ilinə sanballı töhfə vermək əzmindəyik: "Bu il hər hektardan 55 sentnerdən çox məhsul götürməkdə qərarlıyıq. Bizim torpaqlar çoxverimlidir. Çəkilən zəhmətin, axıdılan alın tərinin əvəzini hər zaman birə min qaytarır". 

Mütərəqqi texnologiyaların, qabaqcıl təcrübənin bacarıqla tətbiq edildiyi və qarşılığında fərəhli nəticələrin qazanıldığı fermer təsərrüfatlarından birinə Mirzə Cümşüdov rəhbərlik edir. Rayonun İsmayılbəyli kəndində yerləşən fermer təsərrüfatının üzvləri pambıqçılıq və taxılçılıqla yanaşı, intensiv bağçılığa da böyük önəm verirlər. Müasir standartlara uyğun qurulan bağların ümumi sahəsi 50 hektardır. Onun 31 hektarında nektarin, 15 hektarında gilas, 4 hektarında ərik yetişdirilir. Hazırda bağlarda 50 nəfər çalışır. Məhsuldarlıq qənaətbəxşdir. Ağaclar mütərəqqi damlama üsulu ilə suvarılır.

Xoruzlu kəndində fəaliyyət göstərən "Patron" MMC ölkədə yaxşı tanınır. MMC-nin maliyyə direktoru Emin Məmmədovla maraqlı söhbətimiz oldu. Öyrəndik ki, "Patron" şirkətinin 25-dən çox hazır məhsul çeşidi var. Günəbaxan tumunun emalı və qablaşdırılmasından başqa, şirniyyat, qarğıdalı, "suxarik" kimi çeşidlər də istehsal edilir. Məhsullardakı əsas fərqlilik ondan ibarətdir ki, xüsusi texnologiya dəniz duzu ilə duzlanma üsulunu tətbiq etməyə imkan verir. Bunu ilk dəfə "Patron" şirkəti tətbiq edib. Məhsullar tam gigiyenik qaydalar əsasında istehsal olunur. Şirkətdə çalışan daimi işçilərin sayı 400 nəfərə yaxındır. "Patron" şirkətinin səmərəli fəaliyyəti ölkəmizdə sahibkarlığın inkişafına dövlətin göstərdiyi davamlı qayğı və diqqətin sayəsində mümkün olub. 

Son illər Tərtərdə intensiv bağçılıq sahələri sürətlə genişlənir. Yeni yaradılmış "Frutti Aqro" MMC-nin ümumi əkin sahəsi 315 hektardır. Bunun 175 hektarını xurma, 70 hektarını nektarin, 44 hektarını şaftalı, 16 hektarını əncir, 10 hektarını  ərik bağları təşkil edir. Müəssisənin 60 nəfər daimi, 200 nəfər mövsümi işçisi var.

Rayonda intensiv bağçılığın inkişafından danışarkən "Aznektarin" və "Tərtər 1" MMC-lər də qeyd olunmalıdır. "Aznektarin" 164, "Tərtər 1" 98 hektarda müxtəlif növ meyvələr yetişdirirlər.

Hər zaman dövlətinə güvənən, Prezident İlham Əliyevin dəstəyindən güc alan tərtərlilər taxıl zəmilərində, pambıq tarlalarında, meyvə bağlarında beləcə nümunə göstərirlər.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir

12:23
30 İyun

Rüfət Əliyev: Nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesində beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradıb  

12:22
30 İyun

Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilir

12:20
30 İyun

Maliyyə naziri ötən il investisiya xərclərinin az icra olunmasına aydınlıq gətirib

12:20
30 İyun

Nazir: Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir  

12:19
30 İyun

2025-ci ildə dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib

12:18
30 İyun

İdarə rəisi: Axtarış-sorğu tədbirlərində tətbiq olunan metodların düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir  

12:18
30 İyun

Sahil Babayev: Büdcənin neft gəlirlərindən asılılığının azaldılması əsas prioritetlərdən biridir  

12:12
30 İyun

Komitə sədri: Vətən müharibəsindən sonra itkin və əsir düşənlər barmaqla sayılırdı  

12:01
30 İyun

Nazir: Dövlət maliyyə sistemi çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərir  

11:57
30 İyun

AZAL bir sıra istiqamətlər üzrə aviareyslərin sayını artırır

11:53
30 İyun

Nazir müavini: İtkin düşmüş şəxslər probleminin həlli bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir  

11:51
30 İyun

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrasını təsdiqləyib

11:49
30 İyun

Çingiz Hüseynzadə: Olimpiya Gününü veteran olimpiyaçılara həsr etmişik  

11:46
30 İyun

Azərbaycan “Metrik Konvensiya”ya qoşulur

11:43
30 İyun

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq əməkdaşlıq genişləndirilir

11:41
30 İyun

Nazir: MİQ imtahanlarında 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri yüksək olub

11:40
30 İyun

ABŞ konqresmeni: Azərbaycan etibarlı tərəfdaşdır

11:39
30 İyun

Bakı Təşəbbüs Qrupu Kanakinin müstəqillik tərəfdarlarını təbrik edib

11:37
30 İyun

Emin Əmrullayev: Yaxşı müəllim olmaq hələ o demək deyil ki, həmin şəxs yaxşı direktor olacaq

11:32
30 İyun

Rəis müavini: Azərbaycan itkin düşmüş şəxslər məsələsində Ermənistanla əməkdaşlığa hazırdır

11:29
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!