25 Aprel 2024 08:00
11669
SİYASƏT
A- A+
Tərəfdaşlıqdan strateji müttəfiqliyə

Tərəfdaşlıqdan strateji müttəfiqliyə

 

Azərbaycan-Rusiya ikitərəfli münasibətləri yüksələn xətlə inkişaf edir

 

Həyata keçirdiyi balanslaşdırılmış və düşünülmüş xarici siyasət sayəsində əksər ölkələrlə yaxşı münasibətlərə malik olan Azərbaycan tarixən mədəni, humanitar, iqtisadi əlaqələrin mövcud olduğu şimal qonşusu Rusiya ilə də yüksəksəviyyəli münasibətlər qurub. İki ölkə prezidentləri İlham Əliyev və Vladimir Putin arasında möhkəm dostluq münasibətləri isə həm də Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və daha da dərinləşməsinə əlavə stimul verir.
Aprelin 22-də Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri də iki ölkə arasındakı dostluq münasibətlərinin daha bir ifadəsi oldu. 
"Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır", - deyə görüşdə dövlət başçısı İlham Əliyevin diqqətə çatdırdığı kimi, hazırda Rusiya ilə Azərbaycan arasında hərtərəfli yüksəksəviyyəli əlaqələr mövcuddur və bu, günbəgün daha da inkişaf edir.

 

Əlamətdar hadisələrlə yaddaqalan tarixi səfər

 

Prezident İlham Əliyevin Rusiyaya sözügedən səfəri bir çox mühüm və əlamətdar hadisələrlə diqqət çəkirdi. Rusiya sülhməramlı kontingentinin ərazilərimizi tərk etdiyi və Baykal-Amur Magistralının 50 illik yubileyi ilə bir vaxta təsadüf edən bu səfər iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin sürətli inkişafının, xalqlarımız arasındakı əməkdaşlıq və dostluğun, eyni zamanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan yüksək hörmətin təzahürü kimi də əlamətdar oldu. 
Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündəki çıxışında Vladimir Putin vurğuladı ki, Heydər Əliyev BAM-ın tarixində müstəsna, böyük rol oynayıb.
Rusiya ilə Azərbaycan arasında 32 il əvvəl - 1992-ci il aprelin 4-də qurulan diplomatik əlaqələr ötən illər ərzində uğurla davam edir. Bu münasibətlər Ümummilli Lider Heydər Əliyevin xüsusi səyləri ilə ən yüksək səviyyədə inkişaf etdirilməyə başlanılıb. Ölkələrimiz arasında, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" 3 iyul 1997-ci il tarixli müqavilə, 2002-ci ilin yanvarında imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" kimi xeyli mühüm sənəd imzalanıb. 
Xatırladaq ki, Rusiya Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsini sonuclandıran 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasında xüsusi rol oynayıb.
2022-ci il fevralın 22-də Moskvada Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanması isə Azərbaycan-Rusiya münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldib.
Bəyannamədə əksini tapıb ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Eyni zamanda xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. 

 

Bütün sahələrdə fəal əməkdaşlıq mövcuddur

 

Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursunda Rusiya ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verilir. Bunu dövlət başçısının Rusiyaya mütəmadi işgüzar səfərləri, orada keçirdiyi görüşlər də sübut edir. Dövlətimizin başçısının aprelin 22-də Rusiyaya səfəri də bu baxımdan əlamətdar oldu. Bu səfər həm də Rusiya sülhməramlı kontingentinin hər iki ölkənin ali rəhbərliklərinin qərarı ilə Azərbaycandan çıxarılması kimi mühüm tarixi zamanla üst-üstə düşdü. Ölkəmizin Qarabağda separatizmin kökünü kəsməsi ilə Rusiya sülhməramlılarının da Azərbaycanda qalmasına lüzum qalmamışdı. 
Həqiqətdir ki, Azərbaycan ilə Rusiya arasında olan münasibətlər sülhməramlıların ərazilərimizdən çıxarılmasından sonra daha da inkişaf edəcək. Münasibətlərdən hərbi komponentin çıxarılması daha yaxşı əməkdaşlıq üçün imkanlar açır. 
Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri də buna bariz nümunə oldu. Moskvada Vladimir Putin ilə təkbətək görüşü zamanı Prezident İlham Əliyev bildirdi ki, regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir: "Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq".
Şimal qonşumuzla təkcə siyasi deyil, iqtisadi əlaqələrimiz də uğurla inkişaf edir. 
Hazırda iki ölkə aralarında təkcə böyük nəqliyyat layihələri həyata keçirilmir, həm də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəallıq nümayiş etdirilir, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparılır.
Səfər zamanı dövləti başçısı məlumat verdi ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi məsələsini də Vladimir Putinlə bir daha ətraflı müzakirə ediblər: "Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq".
Göründüyü kimi, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı etimada, dostluğa dayanan hərtərəfli yüksəksəviyyəli əlaqələr mövcuddur. 

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!