09 İyul 2026 08:30
288
Təhsil
A- A+
Təhsil xidmətlərinin rəqəmsallaşdırılması insan kapitalının inkişafına xidmət edir

Təhsil xidmətlərinin rəqəmsallaşdırılması insan kapitalının inkişafına xidmət edir


Ölkəmizdə rəqəmsal gələcəyin qurulması üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatların istiqamətlərindən biri də təhsil xidmətlərini rəqəmsallaşdırmaqdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında təhsil sahəsinin müzakirə olunması göstərdi ki, bu istiqamət rəqəmsallaşmanın prioritetləri sırasındadır.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" təsdiq olunub. Bu sənəd qarşıdakı üç il ərzində ölkəmizin rəqəmsal tranformasiyanı təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri özündə birləşdirir, o cümlədən təhsilin rəqəmsallaşması ilə bağlı köklü dəyişikliklərin edilməsi üçün praktiki zəmin yaradır. Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasında isə ölkəmizin rəqəmsal gələcəyi ilə bağlı ən vacib məsələlər müzakirə olundu. İclasda rəqəmsal təhsil xidmətlərinin genişləndirilməsi və tədris prosesinin müasirləşdirilməsi üçün konkret istiqamətlər müəyyən edildi.

Qeyd edək ki, Azərbaycan son illər bu istiqamətdə əhəmiyyətli bir uğura imza atıb. Hazırda ölkəmizin bütün təhsil müəssisələri vahid və təhlükəsiz internet şəbəkəsi ilə tam təmin edilib. Bu, məktəblərin beynəlxalq aləmə açılması və müasir resurslardan istifadə etməsi üçün ən vacib şərtdir. Məktəblərin texnoloji avadanlıqlarla təminatı da diqqət mərkəzindədir. Son 5 il ərzində ölkə məktəblərinə 235 mindən çox kompüter paylanılıb. Bunun sayəsində məktəblərdə kompüter çatışmazlığı problemi həll olunub. Əvvəllər bir kompüterə düşən şagird sayı 32 nəfər idisə, aparılan islahatlar nəticəsində bu göstərici 6:1-ə enib. Yəni indi hər 6 şagirdə bir müasir kompüter düşür. Eyni zamanda təhsil müəssisələrində internet istifadəsi də sürətlə artıb. İnternet xətlərinin gücü 4,7 dəfə artaraq saniyədə 47 Gbit-ə çatıb. 

Müasir təhsildə idarəetmənin asanlaşdırılması və şəffaflığın təmin edilməsi üçün xüsusi platformalar yaradılır. Həmin layihələrdən biri "Rəqəmsal məktəb" platformasıdır. Bu platforma hazırda 900 mindən çox istifadəçini əhatə edir. "Rəqəmsal məktəb" şagirdləri, müəllimləri, məktəb rəhbərliyini və valideynləri vahid bir virtual mühitdə birləşdirir. Bu sistem vasitəsilə valideynlər övladlarının dərslərini və davamiyyətini asanlıqla izləyə bilirlər. Hazırda bu platforma Bakıda 354 məktəbi əhatə edir. Layihənin coğrafiyası sürətlə genişlənir. 2026-2027-ci tədris ilindən etibarən bu sistem 400-dən çox region məktəbində də tətbiq olunmağa başlayacaq.

Təhsil xidmətlərinin rəqəmsallaşdırılması vətəndaşların işini xeyli yüngülləşdirir. İndi bütün təhsil pillələri üzrə məlumatlar tam rəqəmsallaşdırılıb. Vətəndaşlara ümumilikdə 62 fərqli elektron xidmət onlayn formada təqdim olunur. Bu xidmətlərin sayəsində insanlar növbələrdə gözləmir və vaxt itirmirlər. Həmin xidmətlərdən 8 mühüm xidmət birbaşa "mygov" platformasına inteqrasiya edilib. Hər il 320 mindən çox vətəndaş bu xidmətlərdən aktiv istifadə edir. Bu, dövlət və vətəndaş arasındakı ünsiyyəti tamamilə yeni bir mərhələyə daşıyır.

Digər rəqəmsal yenilik elektron təhsil sənədlərinin tətbiqidir. Artıq ölkəmizdə attestat, diplom və sertifikatlar elektron formatda verilir. Elektron sənədlər bir çox üstünlüyə malikdir. İlk növbədə, bu addım sənəd əldəetmə prosesini sürətləndirir. Kağız dövriyyəsi azaldığı üçün həm təbiət qorunur, həm də maddi vəsaitə qənaət olunur. Ən əsası isə odur ki, elektron sənədlər saxtalaşdırma risklərini minimuma endirir. Hər hansı bir sənədin həqiqi olub-olmadığını yoxlamaq saniyələr çəkir və bu, beynəlxalq yoxlamaları da çox asanlaşdırır.

Texnologiya nə qədər güclü olsa da, onu idarə və istifadə edən insandır. Ona görə də dövlətimizin əsas prioritetlərindən biri insan kapitalının gücləndirilməsidir. Məktəblərdə şagirdlərin müasir bacarıqlara yiyələnməsi üçün xüsusi layihələr icra olunur. Onlardan biri "Rəqəmsal bacarıqlar" layihəsidir. Bu layihə hazırda 500 mindən çox şagirdi əhatə edir və onlara proqramlaşdırma sirlərini öyrədir. Digər mühüm təşəbbüs isə "STEAM Azərbaycan" layihəsidir. Bu layihə 300 mindən çox şagirdə elmi, texnologiyanı, mühəndisliyi və incəsənəti inteqrasiya olunmuş şəkildə öyrədir. Şagirdlər robototexnika və müasir dizayn sahəsində ilk praktiki bilikləri məhz burada alırlar.

Gənclərin İT sahəsinə olan marağı ali təhsildə də özünü göstərir. Aparılan məqsədyönlü işlərin nəticəsi olaraq 2015-2025-ci illər ərzində ali təhsil müəssisələrində İT ixtisaslarına qəbul olan tələbələrin sayı beş dəfə artıb. Bu, gələcəkdə Azərbaycanın güclü texnoloji mütəxəssislərə sahib olacağından xəbər verir. 

Təhsilin rəqəmsal transformasiyasında növbəti və ən maraqlı mərhələ isə süni intellektin tətbiqidir. Qarşıdakı illərdə süni intellekt əsasında fərdiləşdirilmiş öyrənmə sistemlərinin qurulması nəzərdə tutulur. Bu o deməkdir ki, hər bir şagirdin qabiliyyətinə və öyrənmə sürətinə uyğun dərslər təşkil olunacaq. Süni intellekt həmçinin müəllimlərin üzərindəki böyük yükü, yəni sənədləşmə işlərini azaldacaq. Beləliklə, müəllimlər bütün diqqətlərini yalnız şagirdlərə və tədrisə yönəldə biləcəklər. Şagirdlərin nailiyyətləri isə böyük məlumatlar əsasında dəqiq təhlil ediləcək. Əsas məqsəd texnologiyanı birbaşa tədris prosesinin daxilində tətbiq edərək təhsilin keyfiyyətini ən yüksək səviyyəyə qaldırmaqdır. 


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

16:34
11 İyul

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanışlıq

15:42
11 İyul

Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

15:34
11 İyul

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub

15:12
11 İyul

Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

15:07
11 İyul

ÜST Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib

14:59
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNƏCƏK

14:27
11 İyul

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub

14:22
11 İyul

BTQ ilə Burkina-Faso XİN-in Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb

12:37
11 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

12:17
11 İyul

Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib

11:30
11 İyul

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

11:14
11 İyul

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

11:03
11 İyul

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

10:52
11 İyul

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Ötən gün 47 cinayətin açılması təmin olunub

10:27
11 İyul

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

10:20
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!