02 Sentyabr 2026 09:20
79
Təhsil
A- A+
Təhsil işçilərinin konfransı keçirilib

Təhsil işçilərinin konfransı keçirilib


Lerik 

Mədəniyyət Mərkəzində keçirilən konfransda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan konfransda şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

RİH-in başçısı Əkbər Abbasov çıxışında yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Təhsil sahəsində görülən işlərdən söhbət açaraq müəllim və təhsil işçilərinin fəaliyyətini yüksək qiymətləndirib. Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev isə ötən tədris ilinin nəticələrindən danışıb, tədrisin keyfiyyətinin artırılması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Sonra Regional Təhsil İdarəsinin məsləhətçisi Hicran İbrahimov 2025-2026-cı tədris ilinin yekunlarına dair hesabat təqdim edib. Hesabatda rayonun ümumi və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti, imtahanların nəticələri, əvvəlki illərlə müqayisəli göstəricilər, əldə olunan nailiyyətlər, eləcə də mövcud çətinliklər və onların səbəbləri təhlil edilib.

Konfransda yeni tədris ilində nəticələrin yüksəldilməsi, məktəbdaxili qiymətləndirmənin səmərəli təşkili, şagirdlərlə məqsədyönlü işin gücləndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, məktəb idarəetməsinin təkmilləşdirilməsi əsas fəaliyyət istiqamətləri kimi diqqətə çatdırılıb, təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tövsiyələr verilib. 


Yardımlı 

Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin sektor müdiri Namiq Aslanov, rayon üzrə Təhsil sektorunun müdiri Kamal Təhməzov və təhsil işçilərinin iştirak etdikləri konfrans Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. 

Şəhidlərin xatirəsi sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra Namiq Aslanov çıxış edib. O, ötən tədris ilinin nəticələrindən danışıb, tədrisin keyfiyyətinin artırılması, nəticələrin sistemli təhlili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin yüksəldilməsi ilə bağlı əsas istiqamətləri diqqətə çatdırıb.

Kamal Təhməzovun 2025-2026-cı tədris ilinin yekunlarına dair təqdim etdiyi hesabatda rayonun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti, şagirdlərin qiymətləndirmə və buraxılış imtahanlarının nəticələri, əvvəlki illərlə müqayisəli göstəricilər, əldə olunan nailiyyətlər, eləcə də mövcud çətinliklər və onların səbəbləri ətraflı təhlil edilib.

Konfransda IV və VI siniflər üzrə keçirilmiş monitorinqlərin nəticələri, eləcə də IX və XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri əvvəlki illərlə müqayisəli şəkildə təhlil edilib, əldə olunan nəticələrin inkişaf dinamikası və qarşıda duran hədəflər müəyyənləşdirilib.

Yeni tədris ilində təhsil nəticələrinin yüksəldilməsi, məktəbdaxili qiymətləndirmənin səmərəli təşkili, şagirdlərlə məqsədyönlü işin gücləndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəb idarəetməsinin təkmilləşdirilməsi əsas fəaliyyət istiqamətləri kimi diqqətə çatdırılıb.

Konfrans qarşıda duran vəzifələr və yeni tədris ilinin əsas hədəfləri ətrafında fikir mübadiləsi ilə yekunlaşıb. 


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı - tarixin yaddaşı, müasirliyin nümayişi

09:30
02 Sentyabr

Təhsil işçilərinin konfransı keçirilib

09:20
02 Sentyabr

Gədəbəy heyvandarlığın inkişafı üçün əlverişli regiondur

09:10
02 Sentyabr

Xocalının Seyidbəyli kəndində ilk toy 

09:00
02 Sentyabr

Ağdamın yeni həyatı Böyük qayıdışla canlanır 

08:50
02 Sentyabr

Xəzərin sərvəti tükənməzdir

08:40
02 Sentyabr

Azərbaycan Avrasiya nəqliyyat marşrutlarının mühüm kəsişmə nöqtəsidir

08:30
02 Sentyabr

Pekin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində oynadığı rolu dəstəkləyir

08:20
02 Sentyabr

Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər açıqlanıb

08:10
02 Sentyabr

Milli Məclisin Sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş tədbirdə çıxış edib

08:00
02 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Kamerunun Baş naziri ilə görüşüb  

23:12
01 Sentyabr

Sabahdan Bakının bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

22:39
01 Sentyabr

“Mygov” ölkənin təhlükəsiz rəqəmsal əməliyyat sistemi olmalıdır 

22:37
01 Sentyabr

Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb  

22:35
01 Sentyabr

Şimal-qərb bölgəsinin gənc həkimləri Qəbələdə bir araya gəliblər

22:33
01 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

22:31
01 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstana səfəri barədə videoçarx paylaşılıb

21:49
01 Sentyabr

İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb  

21:43
01 Sentyabr

Quram Maxuliya: ŞƏT-in gündəliyində duran bir çox məsələ Azərbaycan və onun liderinin iştirakı olmadan həll edilə bilməz  

20:10
01 Sentyabr

ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

20:06
01 Sentyabr

"ŞƏT plyus" görüşündə iştirak Azərbaycanın orta güc kimi rolunu nümayiş etdirir 

20:04
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!