01 Sentyabr 2026 22:31
102
SİYASƏT
A- A+
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb


Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində Qana Respublikasının Prezidenti Con Dramani Mahama ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Qana arasında əlaqələrin mövcud vəziyyəti müzakirə edilib, münasibətlərimizin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Qana ilə əlaqələrin inkişafında maraqlıdır və ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi üçün imkanlar mövcuddur.

Söhbət zamanı Azərbaycan ilə Qana arasında diplomatik münasibətlərin qurulmasına və beynəlxalq əməkdaşlığa toxunulub. Ölkələrimizin Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan və birgə fəaliyyətdən məmnunluq ifadə olunub. Bu baxımdan beynəlxalq platformalarda qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Milli Məclisin sədri Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə həyata keçirdiyi fəaliyyət, ölkəmizin irəli sürdüyü təşəbbüslər və əldə olunmuş mühüm nailiyyətlər barədə fikirlərini bölüşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətindən danışan Sahibə Qafarova bu platformanın üzv dövlətlərin parlamentləri arasında əlaqələrin inkişafında və qarşılıqlı təcrübə mübadiləsində mühüm rol oynadığını qeyd edib. Qana ilə də bu çərçivədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətli olduğu bildirilib.

Görüşdə parlamentlərarası əlaqələrin inkişafı məsələsinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, Azərbaycan və Qana parlamentləri arasında indiyədək qarşılıqlı səfərlərin həyata keçirilməməsi bu istiqamətdə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu göstərir. Qarşılıqlı səfərlərin təşkili, parlament nümayəndə heyətləri arasında təmasların artırılması və qanunvericilik sahəsində təcrübə mübadiləsinin aparılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı iqtisadi əlaqələrin genişləndirilməsi məsələsinə də toxunulub. Bildirilib ki, mövcud ticarət dövriyyəsi iki ölkənin iqtisadi potensialını tam əks etdirmir. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, energetika, kənd təsərrüfatı və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanların araşdırılmasının vacibliyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığa dair Niyyət Protokolu layihəsinin münasibətlərin bu istiqamətdə inkişafına töhfə verə biləcəyi qeyd olunub.

Qana Respublikasının Prezidenti Con Dramani Mahama bildirib ki, ölkəsi Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. O, parlamentlərarası əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin və müxtəlif sahələrdə əməkdaşlığın artırılmasının ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini qeyd edib.

Fikir mübadiləsi zamanı təhsil və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyətinə də toxunulub. Qanalı tələbələrin Azərbaycanın təqaüd proqramlarından yararlanması, habelə qanalı diplomatların ADA Universitetində keçirilən təlim və kurslarda iştirakı iki ölkə arasında humanitar əlaqələrin müsbət nümunələri kimi qeyd edilib. Bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahdan Bakının bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

22:39
01 Sentyabr

“Mygov” ölkənin təhlükəsiz rəqəmsal əməliyyat sistemi olmalıdır 

22:37
01 Sentyabr

Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb  

22:35
01 Sentyabr

Şimal-qərb bölgəsinin gənc həkimləri Qəbələdə bir araya gəliblər

22:33
01 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

22:31
01 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstana səfəri barədə videoçarx paylaşılıb

21:49
01 Sentyabr

İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb  

21:43
01 Sentyabr

Quram Maxuliya: ŞƏT-in gündəliyində duran bir çox məsələ Azərbaycan və onun liderinin iştirakı olmadan həll edilə bilməz  

20:10
01 Sentyabr

ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

20:06
01 Sentyabr

"ŞƏT plyus" görüşündə iştirak Azərbaycanın orta güc kimi rolunu nümayiş etdirir 

20:04
01 Sentyabr

Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir

19:57
01 Sentyabr

Prezident İlham Əliyevin Bişkek səfəri: Azərbaycanın regional və beynəlxalq gündəmdə fəal mövqeyi

19:53
01 Sentyabr

“ŞƏT plyus” Azərbaycana öz mövqelərini geniş auditoriyaya çatdırmaq imkanı qazandırır

19:50
01 Sentyabr

Parlamentlərarası əlaqələr genişləndirilir: Serbiyada mühüm görüş

19:49
01 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Somali Prezidenti ilə görüşüb

19:44
01 Sentyabr

Azərbaycan ilə Keniya arasında minatəmizləmə sahəsində innovativ yanaşmaların tətbiqi imkanları müzakirə olunub  

19:30
01 Sentyabr

Bakıda dəniz, atlar və polo həyəcanı

19:19
01 Sentyabr

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

19:15
01 Sentyabr

Kayseri Universitetinin rektoru: ŞƏT sammiti Türk dünyasının nüfuzunu nümayiş etdirdi

19:07
01 Sentyabr

Prezidentin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

19:05
01 Sentyabr

Bakıdakı Formula 1 tribunaları 21 mini keçdi  

19:03
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!