02 Sentyabr 2026 09:00
103
CƏMİYYƏT
A- A+
Xocalının Seyidbəyli kəndində ilk toy 

Xocalının Seyidbəyli kəndində ilk toy 


44 günlük Vətən müharibəsinin iştirakçısı doğma yurdda ailə qurur


Bu gün 34 illik fasilədən sonra Xocalı rayonunun Seyidbəyli kəndində toy çadırı qurulub. Uzun illər məcburi köçkün həyatı yaşayan Əsədova Əziz Möhübət qızı "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Seyidbəyli kəndinə qayıtdıqdan sonra övladı Aişə Məmişovanın toyunu doğma yurdda keçirir. Aişə xanım Xocalıda Sərdar Ramazanovla ailə həyatı qurur.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, illərlə məcburi köçkün kimi Şəkidə yaşayan ailə üçün bu toy, sadəcə, xoşbəxt bir gün deyil, həm də Qarabağın dirçəlişini və həyatın doğma torpaqlara qayıdışını göstərən bir gündür. Sərdar Ramazanov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, müharibə zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu gün isə döyüşdüyü torpaqlara yaxın bir ərazidə - Xocalının Seyidbəyli kəndində həyatının ən əlamətdar günlərindən birini yaşayır. Böyük sevinc və qürur hissi keçirdiyini deyir.

Seyidbəyli kəndində bu gün yüksək əhvali-ruhiyyə var. Toy mərasiminə qatılan kənd sakinləri və müxtəlif bölgələrdən gələn qonaqlar gənc ailəyə xeyir-dua verərək, bu xoş günün yaşanmasını gerçəyə çevirən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təhsil işçilərinin konfransı keçirilib

09:20
02 Sentyabr

Gədəbəy heyvandarlığın inkişafı üçün əlverişli regiondur

09:10
02 Sentyabr

Xocalının Seyidbəyli kəndində ilk toy 

09:00
02 Sentyabr

Ağdamın yeni həyatı Böyük qayıdışla canlanır 

08:50
02 Sentyabr

Xəzərin sərvəti tükənməzdir

08:40
02 Sentyabr

Azərbaycan Avrasiya nəqliyyat marşrutlarının mühüm kəsişmə nöqtəsidir

08:30
02 Sentyabr

Pekin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində oynadığı rolu dəstəkləyir

08:20
02 Sentyabr

Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər açıqlanıb

08:10
02 Sentyabr

Milli Məclisin Sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş tədbirdə çıxış edib

08:00
02 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Kamerunun Baş naziri ilə görüşüb  

23:12
01 Sentyabr

Sabahdan Bakının bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

22:39
01 Sentyabr

“Mygov” ölkənin təhlükəsiz rəqəmsal əməliyyat sistemi olmalıdır 

22:37
01 Sentyabr

Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb  

22:35
01 Sentyabr

Şimal-qərb bölgəsinin gənc həkimləri Qəbələdə bir araya gəliblər

22:33
01 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

22:31
01 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstana səfəri barədə videoçarx paylaşılıb

21:49
01 Sentyabr

İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb  

21:43
01 Sentyabr

Quram Maxuliya: ŞƏT-in gündəliyində duran bir çox məsələ Azərbaycan və onun liderinin iştirakı olmadan həll edilə bilməz  

20:10
01 Sentyabr

ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

20:06
01 Sentyabr

"ŞƏT plyus" görüşündə iştirak Azərbaycanın orta güc kimi rolunu nümayiş etdirir 

20:04
01 Sentyabr

Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir

19:57
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!