09 Yanvar 2026 00:42
1249
Nazirlər Kabineti
A- A+
Təhsil haqqında dövlət sənədlərinin təsvirlərinin və onların verilməsi qaydalarının təsdiq edilməsi və “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarının ləğv edilməsi barədə

Təhsil haqqında dövlət sənədlərinin təsvirlərinin və onların verilməsi qaydalarının təsdiq edilməsi və “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarının ləğv edilməsi barədə


№ 1


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli 1282 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Orta ixtisas təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası təsdiq edilsin (əlavə olunur).

3. Peşə təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

4. Ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

5. “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 372, (Cild I); 2025, № 9, maddə 858 ) ləğv edilsin.


 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 7 ” “ yanvar ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

21:17
15 Fevral

Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib YENİLƏNİB 

20:01
15 Fevral

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə, “Araz-Naxçıvan” “Sumqayıt”a qalib gəlib

20:00
15 Fevral

Vuçiç: Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir  

19:59
15 Fevral

Azərbaycan Prezidenti: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq  

19:58
15 Fevral

Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır  

19:34
15 Fevral

Azərbaycan Prezidenti: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var

18:50
15 Fevral

Prezident: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

18:49
15 Fevral

Prezident İlham Əliyev: Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır

18:47
15 Fevral

Vuçiç: Serbiyada və Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir

18:45
15 Fevral

Aleksandar Vuçiç: Serbiya ilə Azərbaycanın bir çox ortaq dəyərləri var

18:45
15 Fevral

Azərbaycan-Serbiya sənədləri mübadilə olunub YENİLƏNİB

17:59
15 Fevral

Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilib

16:49
15 Fevral

Suriya ordusu ABŞ-dən növbəti hərbi bazanı təhvil alıb  

16:39
15 Fevral

Prezident İlham Əliyev Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib 

16:01
15 Fevral

Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

15:53
15 Fevral

Moldovanın nüfuzlu portalı Azərbaycan Prezidentinin müsahibəsinə geniş yer ayırıb  

15:39
15 Fevral

Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib 

15:21
15 Fevral

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

15:09
15 Fevral

“Sülh körpüsü” vətəndaş cəmiyyətlərini növbəti dəfə bir araya gətirdi

13:20
15 Fevral

Politoloq Aleksandr Kovalenko: Azərbaycan-Ukrayna münasibətləri daim kifayət qədər yüksək səviyyədə olub 

12:53
15 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!