27 Fevral 2026 01:29
1431
Nazirlər Kabineti
A- A+
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 235-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 235-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında


№ 48


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 235-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121 (Cild I); 2024, № 1, maddə 116, № 4, maddə 471, № 10, maddə 1180, № 11, maddə 1253, № 12 (II kitab), maddə 1461; 2025, № 9, maddə 879, № 10, maddə 974) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bəndin iyirmi ikinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda iyirmi üçüncü abzas əlavə edilsin:

“sabit tarif - elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi.”;

1.2. 7.13-cü bəndin üçüncü abzasının birinci cümləsindən “yalnız” sözü çıxarılsın və həmin cümləyə “tarifə” sözündən sonra “, habelə sabit tarifə” sözləri əlavə edilsin;

1.3. 8.2-ci bənd üzrə:

1.3.1. birinci abzasın birinci cümləsinə “göstərişlərinə” sözündən sonra “, habelə sabit tarifə” sözləri əlavə edilsin;

1.3.2. ikinci abzasın birinci cümləsinə (ikinci halda) “istehlakçıya” sözündən sonra “elektrik enerjisinin sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə” sözləri əlavə edilsin;

1.4. 8.4-cü bəndə “enerjisinə” sözündən sonra “və sabit tarifə” sözləri əlavə edilsin;

1.5. 8.14-cü bəndə, 8.18-ci bəndin birinci cümləsinə, 8.22-ci, 9.1-ci, 9.10-cu, 10.3-cü və 10.13-cü bəndlərə ismin müvafiq hallarında “haqqı” sözündən sonra ismin müvafiq hallarında “və sabit tarif” sözləri əlavə edilsin;

1.6. 8.22-ci və 8.28-ci (hər iki halda) bəndlərə “elektrik enerjisi sərfinə” sözlərindən sonra “və sabit tarifə” sözləri əlavə edilsin;

1.7. 9.13.2-ci yarımbəndə “müəyyənləşən” sözündən sonra “dəyəri və sabit tarif barədə” sözləri əlavə edilsin;

1.8. 9.13-cü bəndin səkkizinci abzasının ikinci cümləsinə (hər iki halda) “dəyərini” sözündən sonra “və sabit tarifi” sözləri əlavə edilsin;

1.9. Qaydalara 1 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi” üzrə:

1.9.1. 10-cu hissənin birinci abzasından “yalnız” sözü çıxarılsın və həmin hissəyə “göstərişinə” sözündən sonra “və sabit tarifə” sözləri əlavə edilsin;

1.9.2. 11-ci hissənin birinci cümləsinə “tarif” sözündən sonra “və _____ manat sabit tarif” sözləri əlavə edilsin;

1.9.3. 12-ci hissənin ikinci abzasına “elektrik enerjisinə” sözlərindən sonra “və sabit tarifə” sözləri, “haqqı” sözündən sonra “və sabit tarif” sözləri əlavə edilsin;

1.9.4. 16-cı hissəyə “haqqını” sözündən sonra “və sabit tarifi” sözləri əlavə edilsin;

1.10. Qaydalara 2 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi” üzrə:

1.10.1. 9-cu hissənin birinci abzasından “yalnız” sözü çıxarılsın və həmin abzasa “göstərişinə” sözündən sonra “və sabit tarifə” sözləri əlavə edilsin;

1.10.2. 10-cu hissənin birinci cümləsinə “tarif” sözündən sonra “və _____ manat sabit tarif” sözləri əlavə edilsin;

1.10.3. 11-ci hissənin ikinci abzasına “elektrik enerjisinə” sözlərindən sonra “və sabit tarifə” sözləri, “haqqı” sözündən sonra “və sabit tarif” sözləri əlavə edilsin;

1.10.4. 15-ci hissəyə “haqqını” sözündən sonra “və sabit tarifi” sözləri əlavə edilsin;

1.11. Qaydalara 3 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi” üzrə:

1.11.1. 9-cu hissənin birinci abzasından “yalnız” sözü çıxarılsın və həmin abzasa “göstərişinə” sözündən sonra “və sabit tarifə” sözləri əlavə edilsin;

1.11.2. 10-cu hissənin birinci cümləsinə “tarif” sözündən sonra “və _____ manat sabit tarif” sözləri əlavə edilsin;

1.11.3. 11-ci hissənin ikinci abzasına “elektrik enerjisinə” sözlərindən sonra “və sabit tarifə” sözləri, “haqqı” sözündən sonra “və sabit tarif” sözləri əlavə edilsin;

1.11.4. 15-ci hissəyə “haqqını” sözündən sonra “və sabit tarifi” sözləri əlavə edilsin;

1.12. Qaydalara 4 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi” üzrə:

1.12.1. 3-cü hissədən “yalnız” sözü çıxarılsın və həmin hissəyə “göstərişinə” sözündən sonra “və sabit tarifə” sözləri əlavə edilsin;

1.12.2. 4-cü hissənin birinci cümləsinə “tarif” sözündən sonra “və _____ manat sabit tarif” sözləri əlavə edilsin;

1.13. Qaydalara 7 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən məişət abonentinə (özünəxidmət üsulu tətbiq olunmadıqda) təqdim edilən elektrik enerjisi sərfinə görə birtipli Ödəniş Sənədi” üzrə:

1.13.1. adına “elektrik enerjisi sərfinə” sözlərindən sonra “və sabit tarifə” sözləri əlavə edilsin;

1.13.2. “tarif” xanasından sonra aşağıdakı məzmunda xana əlavə edilsin:


           sabit tarif

 


 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869 (Cild I); 2024, № 1, maddə 80, № 3, maddə 307, № 4, maddə 450, № 5 (II kitab), maddə 585, № 7, maddə 902, № 9, maddələr 1048, 1063; 2025, № 2, maddə 187, № 9, maddə 874) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 1-ci hissəsinə “Elektrik enerjisi” sözlərindən sonra “(o cümlədən sabit tarif)” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594, № 7, maddələr 706, 714, 716, № 8, maddə 800, № 9, maddələr 857, 863, 870, 879, № 10, maddə 972, № 11, maddə 1084; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 dekabr tarixli 357 nömrəli, 10 dekabr tarixli 385 nömrəli və 25 dekabr tarixli 412 nömrəli, 2026-cı il 2 fevral tarixli 34 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “222210. “Elektrik enerjisi haqqının ödənilməsi” maddəsinə “dəyərinin” sözündən sonra “və sabit tarifin” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 22 dekabr tarixli 561 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2756 (Cild I); 2024, № 1, maddə 83) ilə təsdiq edilmiş “Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri”nin 2.1.12-ci yarımbəndinin ikinci abzasına “dəyərinin” sözündən sonra “və sabit tarifin” sözləri, üçüncü abzasına “sərfiyyatla” sözündən sonra “və sabit tariflə” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 fevral tarixli 33 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 184 (Cild I); 2024, № 1, maddə 83) ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”nin 2.1.12-ci yarımbəndinin ikinci abzasına “dəyərinin” sözündən sonra “və sabit tarifin” sözləri, üçüncü abzasına “sərfiyyatla” sözündən sonra “və sabit tariflə” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 yanvar tarixli 17 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 100 (Cild I); 2024, № 1, maddə 75) ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”nin 2.1.10-cu yarımbəndinin ikinci abzasına “dəyərinin” sözündən sonra “və sabit tarifin” sözləri, üçüncü abzasına “sərfiyyatla” sözündən sonra “və sabit tariflə” sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 314 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 733; 2025, № 10, maddə 993) ilə təsdiq edilmiş “Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın 4.6.4-cü yarımbəndinə “dəyərini” sözündən sonra “və sabit tarifi” sözləri əlavə edilsin.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 24 ” “ fevral ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin sanksiya siyahısında olan Çin tankeri Hörmüz boğazından keçib

11:27
14 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!