27 Fevral 2026 01:28
821
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 219 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 219 nömrəli Qərarında dəyişiklik edilməsi barədə


№ 49


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun və Azərbaycan Respublikası Prezidentinin “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” 2025-ci il 17 fevral tarixli 331 nömrəli və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2026-cı il 27 yanvar tarixli 592 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 219 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 879 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və ikinci abzasda “təmsilçilik xərclərinin” sözləri “təmsilçilik müavinətinin” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş Qaydaları” üzrə:

2.1. adında, 1.1-ci bənddə (hər iki halda) ismin müvafiq hallarında “təmsilçilik xərcləri” sözləri ismin müvafiq hallarında “təmsilçilik müavinəti” sözləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bənddə “əri (arvadı), uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları” sözləri “arvadı (əri), 18 yaşına çatmamış uşaqları və övladlığa götürdüyü şəxslər, həmçinin 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladları və övladlığa götürdüyü şəxslər” sözləri ilə əvəz edilsin;

2.3. 3-cü hissənin adında “təminat” sözü “xidmət (sığorta)” sözləri ilə əvəz edilsin;

2.4. 3.1-ci bəndin birinci cümləsində və 7.5-ci bənddə “onlarla birlikdə yaşayan” sözləri “onların” sözü ilə əvəz edilsin;

2.5. 3.2-ci bəndin birinci cümləsində “onlarla birlikdə yaşayan” sözləri “onların” sözü ilə, “təminat” sözü isə “xidmət (sığorta)” sözləri ilə əvəz edilsin;

2.6. aşağıdakı məzmunda 3.3-cü, 3.4-cü, 7.2-1-ci və 7.9-cu bəndlər əlavə edilsin:

“3.3. Xarici ölkədəki nümayəndələr və onların ailə üzvlərindən xidməti zərurətlə bağlı, həmçinin növbəti məzuniyyət zamanı müxtəlif tipli tibbi arayışlar və tibbi test nəticələri tələb olunduqda xərclər təsdiqedici sənədlər əsasında xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

3.4. Xarici ölkədəki nümayəndələr xidməti zərurətlə bağlı üçüncü dövlətə ezamiyyətə göndərildikdə, ezamiyyət müddətinin günlərinə uyğun əlavə səyahət sığortası tələb olunduqda xərclər təsdiqedici sənədlər əsasında xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.”;

“7.2-1. Xarici ölkədəki nümayəndəyə onunla birlikdə yaşayan 18 yaşına çatmamış uşaqlarına və övladlığa götürdüyü şəxslərə görə onun dövlət məvacibinə fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 2 (iki) faizi həcmində bu Qaydaların 1.4-cü bəndi nəzərə alınmaqla aylıq müavinət ödənilir.”;

“7.9. Xidmət dövründə xarici ölkələrdəki nümayəndələr və onlarla birlikdə yaşayan ailə üzvləri Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən istifadə edirlər.”;

2.7. 4-cü hissə, 6.3-cü və 7.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“4. Nəqliyyat və yüklərin daşınması xərcləri

4.1. Xarici ölkələrə nümayəndə təyin olunduqda və geri çağırıldıqda, habelə xidmətinə xitam verildikdə xidmət keçdiyi dövlətə və onun müvafiq şəhərinə getmək və Azərbaycan Respublikasına qayıtmaqla əlaqədar tutduğu vəzifə və ailə üzvlərinin sayı nəzərə alınmaqla nəqliyyat xərcləri (onların xarici dövlətlərdə yaşadıqları ünvandan limana (vağzala) kimi olan nəqliyyat xərcləri də daxil olmaqla), habelə yüklərin daşınması xərcləri (ailə üzvlərinin hər biri üçün 80 kq-dək, yükün ümumi çəkisi 240 kq-dan artıq olmamaqla) bu məqsədlər üçün xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər hesabına müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.

4.2. Xarici ölkədəki nümayəndələrə verilən növbəti məzuniyyətlə əlaqədar onların və ailə üzvlərinin, habelə xarici ölkədəki nümayəndələrin növbəti məzuniyyətə çıxıb-çıxmamasından asılı olmayaraq, onların ailə üzvlərinin ildə 1 (bir) dəfə Azərbaycan Respublikasına gəlmək və xarici ölkədəki nümayəndələrin xidmət keçdiyi dövlətə və onun müvafiq şəhərinə qayıtmaq həddində nəqliyyat xərcləri, həmçinin ailə üzvünün (üzvlərinin) ölümü ilə əlaqədar xarici ölkədəki nümayəndələrin, onların ailə üzvlərinin Azərbaycan Respublikasına gəlməsi və xidmət keçdiyi dövlətə qayıtması ilə bağlı nəqliyyat xərcləri bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir.”;

“6.3. Təhsil xərcləri bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş normadan yuxarı olduğu təqdirdə, həmin fərq nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir.”;

“7.6. Xarici ölkələrdəki nümayəndələrin xaricdə xidmət etdikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur.”;

2.8. 5.1-ci bəndin birinci cümləsində “və onlarla birlikdə yaşayan ailə üzvlərinin fəaliyyət göstərdikləri ölkələrdə” sözləri “tutduğu vəzifə və ailə üzvlərinin sayı nəzərə alınmaqla fəaliyyət göstərdikləri ölkələrdə məişət ləvazimatı (mebel, inventar və avadanlıqlar) ilə komplektləşdirilmiş” sözləri ilə, ikinci cümləsində “onlarla birlikdə yaşayan” sözləri “onların” sözü ilə əvəz edilsin;

2.9. 5.3-cü bənd ləğv edilsin;

2.10. 5.11-ci bəndin ikinci cümləsində “nümayəndə ilə birlikdə yaşayan” sözləri “nümayəndənin” sözü ilə əvəz edilsin;

2.11. 6-cı hissənin adında “haqqı ilə bağlı müavinət” sözləri “xərcləri” sözü ilə əvəz edilsin;

2.12. 6.1-ci bənddə “nümayəndə ilə birlikdə yaşayan və ümumi təhsil müəssisəsində oxuyan ailə üzvlərinin təhsil haqqı ilə bağlı müavinətin” sözləri “nümayəndənin ümumi təhsil pilləsi üzrə (məktəbəhazırlıq, ibtidai, ümumi orta və tam orta təhsil) təhsil alan ailə üzvlərinin təhsil xərclərinin” sözləri ilə əvəz edilsin;

2.13. 6.2-ci bənddə “haqqı ilə bağlı müavinət xarici ölkədəki nümayəndə ilə birlikdə yaşayan və ümumi təhsil müəssisəsində oxuyan” sözləri “xərcləri xarici ölkədəki nümayəndənin ümumi təhsil pilləsi üzrə təhsil alan” sözləri ilə əvəz edilsin;

2.14. 7.1-ci bənddə “xərci” sözü “müavinəti” sözü ilə əvəz edilsin;

2.15. 7.2-ci bənddə “yaşına çatmış əmək qabiliyyəti olmayan övladları” sözləri “yaşından yuxarı əmək qabiliyyəti olmayan övladları və övladlığa götürdüyü şəxslər” sözləri ilə əvəz edilsin;

2.16. 7.7-ci bənddə “onunla birlikdə yaşayan ailə üzvü öldükdə, onların cəsədinin” sözləri “onların ailə üzvləri xaricdə vəfat etdiyi təqdirdə, nəşin” sözləri ilə əvəz edilsin;

2.17. həmin Qaydalara əlavə - “Xarici ölkələrdəki nümayəndələrin yaşayış sahəsi ilə təminat norması” üzrə:

2.17.1. yuxarı sağ küncdə “təmsilçilik xərclərinin” sözləri “təmsilçilik müavinətinin” sözləri ilə əvəz edilsin;

2.17.2. “Qeydlər”in 1-ci hissəsində “nümayəndə ilə birlikdə yaşayan” sözləri “nümayəndənin” sözü ilə əvəz edilsin.



Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 24 ” “ fevral ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

17:11
19 Mart

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

17:02
19 Mart

Energetika naziri Ağsuda vətəndaşların müraciətlərini dinləyib  

16:57
19 Mart

Ombudsman Aparatı digər millət və dinlərə aid qəbiristanlıqların vəziyyətinə dair hesabat hazırlayıb

16:32
19 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:15
19 Mart

Baş Prokurorluğun əməkdaşları Qlobal Sammitdə iştirak ediblər

16:08
19 Mart

Hava yağıntılı olacaq, bəzi dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ  

15:57
19 Mart

Yanvar ayında Qazaxıstanın Azərbaycana ixracı 15 milyon dolları keçib

15:56
19 Mart

Prezident Ərdoğan: Ankara Türkiyənin tərəqqisi yolundakı maneələrə imkan verməyəcək  

15:55
19 Mart

ANAMA işğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqları ziyarət etmək istəyənlərə müraciət ünvanlayıb  

15:51
19 Mart

Qazın qiymətində kəskin artım baş verib

15:50
19 Mart

Viktor Orban: Macarıstan Brüsselin Ukraynanın lehinə olan heç bir qərarını dəstəkləməyəcək  

15:20
19 Mart

Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib

15:01
19 Mart

Xocalı rayonuna növbəti köç: Xanabad kəndinə 89 nəfər köçürülüb

14:46
19 Mart

Xocavənd şəhərində daha 46 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:47
19 Mart

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb  

13:32
19 Mart

Sabah hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq

13:13
19 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

12:58
19 Mart

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi şəhid ailələrini ziyarət edib  

12:32
19 Mart

DİN: Qarabağda nizam-intizam hər kəsin vətəndaşlıq borcudur

12:26
19 Mart

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

11:51
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!