19 Sentyabr 2024 08:45
659
İQTİSADİYYAT
A- A+
Təbiətin qisasından qurtulmaq üçün...

Təbiətin qisasından qurtulmaq üçün...


Bütün gözlər Bakıya dikiləcək


Bəşəriyyət təbii fəlakətlərin burulğanından çıxmaq üçün mübarizəyə qalxıb. İl ildən pis gəlir, təbii fəlakətlər durmadan artır, müxtəlif "heyvan virusları" da bir yandan. Hələ qalıq yanacaqların yandırılması nəticəsində yaranan qlobal istiləşmənin danılmaz reallığa çevrildiyini, onun iqlim dəyişikliyinə təsirinin getdikcə artdığını demirik. 

Alimlər xəbərdarlıq edirlər ki, indiki istiləşmələrin fəsadları qaçılmazdır. Ona görə də su ehtiyatlarına qənaətdən tutmuş, dəniz səviyyəsinin yüksəlməsindən və fırtınalı dalğalardan qorunmaq üçün infrastrukturun inkişaf etdirilməsinə qədər nə varsa hamısı diqqət mərkəzində olmalı, görülən işlərin sürəti və keyfiyyəti artırılmalıdır. İqlim dəyişikliyi intensivləşdikcə, yeni reallıqlara uyğunlaşmaq və onlara hazırlaşmaq üçün səfərbər olmalıyıq. 

Beynəlxalq Təbii Fəlakətlərin Azaldılması Günü (13 oktyabr) münasibətilə BMT-nin ötən il yaydığı hesabata görə, 2030-cu ilədək dünyada hər il təxminən 650 təbii fəlakət baş verəcək ki, onun da 75 faizdən çoxu ekstremal hava şəraiti ilə bağlı olan iqlim dəyişikliyi ilə əlaqədardır. BMT-nin baş katibi Antonio Quterreşin həmin günlə əlaqədar etdiyi müraciətdə deyilir: "2023-cü ildə temperatur bütün rekordları qırdı və dünyada görünməmiş quraqlıqlar, yanğınlar və daşqınlar oldu. Yoxsulluq və bərabərsizlik problemləri bu fəlakətlərin təsirini daha da gücləndirir. Çox vaxt ekstremal hava hadisələrindən ən çox risk altında olanlar ən həssas təbəqədən olan insanlardır. Onlar daşqınlara və quraqlığa daha çox meyilli yerlərdə yaşayır və bu insanların zərəri aradan qaldırmaq və bərpa etmək üçün daha az resursları var. Nəticədə onlar digərlərinə nisbətən qeyri-mütənasib şəkildə daha çox əziyyət çəkirlər". 

İqlim dəyişmələrinin fəsadları bu günlər Avropada özünü kəskin büruzə verir. Polşanın cənub-qərbində leysan yağışlarından sonra bənd dağılıb. Polşa səlahiyyətliləri xəbərdarlıq edirlər ki, bəndin dağılması yerli çaylar boyu yaşayış məntəqələri üçün ciddi təhlükə yaradır. Polşa ordusu və aviasiyası insanların xilas edilməsinə cəlb olunub. Avstriyada da onlarla rayon təbii fəlakət zonası elan edilib. Artıq bəzi yaşayış məntəqələrinə quru yolla getmək mümkün deyil. Hakimiyyət "yüz ildə bir dəfə baş verən sel"dən danışır. Çexiyada isə 250 mindən çox ev işıqsız qalıb. Çexiya və Polşa sərhədində yerləşən bənddə vəziyyət kritik olaraq qalır. Opava şəhərindən minlərlə insan təxliyə edilib. Almaniyada da güclü leysanla müşayiət olunan tufanlardan sonra Bavariyanın cənub-şərqində daşqınlar baş verib.  

Azərbaycan da təbii fəlakətlərdən az ziyan çəkmir. 2023-cü ilin  aprelindən başlayaraq ölkəmizdə 150-yə yaxın sel hadisəsi qeydə alınıb ki, bu da mütləq rekorddur və 2022-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur. Ötən il episentri Xəzər dənizində olan 5 baldan yuxarı iki zəlzələ baş verib. Aprelin 7-də 6, dekabrın 7-də 5,6 bal gücündə baş vermiş yeraltı təkanlar Bakıda və bir sıra ətraf rayonlarda hiss edilib. Xoşbəxtlikdən zəlzələlər zamanı ölən, yaralanan və dağıntı olmayıb. 

Bəs cari il ekoloji problemlərin həlli baxımından nə ilə yadda qalacaq? Bu suala cavabla bağlı BMT baş katibinin söylədiyi fikirlər olduqca düşündürücüdür: "2023-cü il yaddaşlarda böyük iztirablar, zorakılıq və iqlim xaosu ilə qaldı. Bəşəriyyət ağrılar içindədir. Planetimiz təhlükədədir. 2023-cü il rekord səviyyədə ən isti il oldu. İnsanlar artan yoxsulluq və aclıqdan əziyyət çəkirlər. Ancaq öz inadını yeritmək və silahlardan istifadə etmək bizi heç bir yerə aparmır. Biz birlikdə olduğumuz zaman bəşəriyyət daha güclüdür. 2024-cü il etimadın və ümidin bərpası ili olmalıdır. Biz iqlim fəaliyyətində ortaq həllər üçün fikir ayrılıqlarının öhdəsindən gəlməliyik". 

Hələ 200 il əvvəl baş verən sənaye inqilabı nəticəsində atmosferə karbon qazı və digər istixana effekti yaradan qazlar buraxılmağa başladı. Sonrakı illərdə kömür və neftdən istifadə isə bugünkü ekoloji problemlərə yol açdı. Amma nə yaxşı ki, iqlim böhranından çıxmağın yollarını gec də olsa axtarmağa başlamışıq və COP29 bu mənada az əhəmiyyət daşımayacaq. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!