18 Fevral 2026 09:35
193
Mədəniyyət
A- A+
Teatra bağlı ömür

Teatra bağlı ömür


Azərbaycan teatr sənətinin inkişafında mühüm xidmətləri olan görkəmli rejissor Şəmsi Bədəlbəyli milli mədəniyyət tariximizdə silinməz iz qoymuş sənətkarlardandır. Onun çoxşaxəli yaradıcılığı həm dram, həm musiqili teatr, həm də konsert və kino sahələrini əhatə edib, Azərbaycan səhnə mədəniyyətinin formalaşmasında xüsusi rol oynayıb.

Şəmsi Bədəlbəyli 1911-ci il fevralın 23-də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Atası pedaqoq və ictimai xadim Bədəl bəy Bədəlbəyli Şuşanın adlı-sanlı nəslinin nümayəndəsi, anası Rəhimə xanım Qacar xan nəslinə mənsub Bəhmən mirzə Qovanlı-Qacarın nəvəsi idi.

O, ailəsində elmə, ədəbiyyata, musiqiyə, teatr sənətinə sonsuz sevgi görüb və bu ruhda böyüyüb. Oxuyub-öyrənmək qədər öyrətmək marağı Şəmsi Bədəlbəylini müəllimlik peşəsinə həvəsləndirib. Bu yolda onun üçün örnək atası olub. Bədəl bəy ömrünün böyük hissəsini müəllim kimi xalqın maariflənməsinə həsr etmişdi. Şəmsi Bədəlbəyli də atası Bədəl bəy kimi pedaqoq olmaq ümidi ilə Bakıda orta məktəbdə təhsil aldıqdan sonra - 1923-cü ildə Azərbaycan Pedaqoji Texnikumuna daxil olub.

Teatr sənətinə olan heyranlığı qəlbini heç zaman tərk etməyib. Ondan əvvəl atası Bədəl bəy, əmisi Əhməd Ağdamski milli teatrımızın inkişafında təqdirəlayiq işlər görmüşdülər. Onların teatr sənətinə olan vurğunluğu Şəmsi Bədəlbəyliyə uşaqlıq illərindən böyük təsir göstərmişdi. 

Texnikumun tələbəsiykən böyük maraqla, istəklə özfəaliyyət dərnəyində aktyorluq istedadını nümayiş etdirən Şəmsi 1927-ci ildə Azərbaycan Pedaqoji Texnikumunu bitirib. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub. İki il Xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir bəy Hacıbəylinin tələbəsi olan Şəmsi Bədəlbəyli 1932-ci ildə konservatoriya təhsilini tamamlayıb. 

Şəmsi Bədəlbəyli başqa bir istedadını, fikir və düşüncələrini qələmi ilə ifadə etmək məharətini 1930-1932-ci illərdə "Gənc işçi" qəzetinin səhifələrində dərc olunan bir sıra tamaşalar haqqında məqalələri ilə göstərib. O, həmin illərdə "Gənc işçi"nin redaksiyasında "İncəsənət və ədəbiyyat" şöbəsinin müdiri vəzifəsində çalışıb.

Şəmsi konservatoriyada oxuduğu illərdə Azərbaycan Dövlət Dram Teatrında (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalıb. Cəfər Cabbarlının "Od gəlini" və "Sevil" tamaşalarında səhnə arxasından aktyorları tarda müşayiət edib.

Həmin illərdə dramaturq və rejissor Cəfər Cabbarlı ilə dostlaşması, onun teatr sənəti ilə bağlı söhbətləri gənc Şəmsi Bədəlbəylinin səhnə fəaliyyətində önəmli rol oynayıb, rejissorluq sənətinə marağını daha da artırıb. Cəfər Cabbarlının əsərlərinin tamaşalarında rejissor assistenti kimi bu sənətdə ilk uğurlu addımlarını atan Şəmsi 1932-ci ilin mayından 1942-ci ilədək Azərbaycan Dövlət Dram Teatrında rejissor assistenti və rejissor kimi fəaliyyət göstərib. Bu teatrın səhnəsində Mirzəağa Əliyevin, Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin, Mərziyə Davudovanın, sonralar Mustafa Mərdanovun, Rza Təhmasibin, İsmayıl Dağıstanlının, Ələsgər Ələkbərovun, Fatma Qədrinin, Barat Şəkinskayanın və başqa sənətkarların ifalarını görən, Aleksandr Tuqanov, İsmayıl Hidayətzadə kimi görkəmli rejissorların hazırladıqları tamaşaları izləyən Şəmsi Bədəlbəyli özü də  istedadı ilə seçilib, tanınıb, sevilib. 

Rejissorluq sənətinin sirlərini daha dərindən öyrənmək, təcrübəsini zənginləşdirmək üçün Şəmsi Bədəlbəyli Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən 1933-cü ildə Moskvaya göndərilib. Bakıya 1936-cı ildə dönüb. Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib. Bir sıra səhnə əsərlərinin səhnələşdirilməsində iştirak edib. 1939-cu ildən müstəqil rejissor kimi fəaliyyətə başlayıb. İlk müstəqil işi həmin il Dram Teatrında tamaşaya qoyulan Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri olub. Bundan sonra Şəmsi Bədəlbəyli Azərbaycan Dövlət Dram Teatrında on illik əmək fəaliyyəti müddətində həm milli, həm də Qərb ədəbiyyatının ən dəyərli nümunələrinə səhnə quruluşu verib. Oktyabrın 23-də uğurla nümayiş etdirilən həmin tamaşa rejissor Şəmsi Bədəlbəylinin yaradıcılığında yeni mərhələnin başlanğıcı hesab edilib.

1941-ci il yanvarın 19-da həmin teatrda Şəmsi Bədəlbəylinin rejissorluğu ilə premyerası keçirilən "Xoşbəxtlər" tamaşası da teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Həmin il iyunun 16-da "Kral Lir", iyulun 8-də "İki qardaş" əsərləri onun rəhbərliyi ilə səhnədə oynanılıb. Hər iki tamaşa teatra və yaradıcı heyətə uğur gətirib. 

1941-1942-ci illərdə sovet ordusunun hissələri tərkibində İrana göndərilənlər arasında Şəmsi Bədəlbəyli də var idi. O, Təbriz şəhərində "Qırmızı Şərq", "Vətən uğrunda" qəzetlərinin müxbiri kimi fəaliyyət göstərib. Orada Şəmsi Bədəlbəylinin rəhbərliyi ilə həvəskar aktyorların ifasında "Arşın mal alan", "Evliykən subay", "Əlli yaşında cavan" musiqili komediyaları tamaşaya qoyulub.

Sonralar Şəmsi Bədəlbəyli başqa teatrlarda fəaliyyətini davam etdirib. Ancaq Azərbaycan Dövlət Dram Teatrı ilə yaradıcılıq əlaqələri qalıb. O, həmin teatrda yeni əsərlər səhnələşdirib.

Şəmsi Bədəlbəyli 1943-1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) bədii rəhbər vəzifəsində çalışıb. Bu teatrın səhnəsində o, "Gözün aydın", "Ulduz", "O olmasın, bu olsun" və digər Azərbaycan, eləcə də bir sıra xarici ölkə musiqili komediyalarını tamaşaya hazırlayıb. O, sonrakı illərdə də  fasilələrlə bu teatrda fəaliyyət göstərərək bir sıra əsərlərin səhnələşdirilməsinə rəhbərlik edib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında 1956-cı ildə "Arşın mal alan", 1947, 1956 və 1959-cu illərdə "Durna" musiqili komediyalarını səhnəyə qoyub. 1949-1956-cı illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışdığı illər də Şəmsi Bədəlbəylinin yaradıcılığında yeni-yeni uğurlarla yadda qalıb.

1953-1954-cü illərdə və peşəkar rejissor kimi təcrübəsini artırmaq üçün o, A.N.Ostrovski adına Leninqrad  Dövlət Teatr İnstitutunda ixtisasartırma təlimi keçib.  Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına rejissor kimi dəvət olunub. Həmin teatrın səhnəsində müxtəlif illərdə "Koroğlu", "Əsli və Kərəm", "Daisi" kimi operalara quruluş verib.

O, 1957-ci ildə Aşqabada dəvət olunub və Türkmənistan Opera və Balet Teatrında "Koroğlu" operasını səhnələşdirib. Müxtəlif vaxtlarda - 1956-1959-cu illərdə və 1965-1974-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və bədii rəhbəri vəzifəsində çalışıb. Həmin illərdə Musiqili Komediya Teatrında Şəmsi Bədəlbəylinin rejissorluğu ilə yeni tamaşalar təqdim olunub.

1950-ci il və sonrakı illərdə müxtəlif bayramlarda, dövlət tədbirləri çərçivəsində konsertlərə quruluş vermək ona həvalə edilib. 1950 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin, 1967-ci ildə Azərbaycan İncəsənət ustalarının, 1972-ci ildə Aşıq Ələsgərin 150 illiyi, 1973-cü ildə İmadəddin Nəsiminin 600 illiyi, 1975-ci ildə Üzeyir bəy Hacıbəylinin 90 illiyi münasibətilə yubiley, 1974-cü ildə Fransada Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən, o cümlədən Bakıda təşkil edilən bir sıra konsertlər bu qəbildəndir. 

Şəmsi Bədəlbəylinin kino sənətinin inkişafında da xidməti az olmayıb. Bir sıra bədii və sənədli filmlərdə aktyor kimi iştirak edib. "O qızı tapın", "Axırıncı aşırım", "Xatirələr sahili" və başqa filmlərdə ekran ömrü verdiyi rollar Şəmsi Bədəlbəylinin adını kino salnaməmizə əbədi yazıb.

1978-ci ildə onun təşəbbüsü ilə Bakıda Azərbaycan Teatr Cəmiyyətinin nəzdində "Dostluq" Teatrı yaradılıb. Burada müxtəlif respublikaların tanınmış teatr kollektivlərinin qastrol tamaşaları təşkil edilib.

Görkəmli rejissor Şəmsi Bədəlbəyli musiqili teatr sənətimizin inkişafında, onun tərəqqisi yolunda göstərdiyi xüsusi xidmətlərə görə 1943-cü ildə Əməkdar artist və 1964-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

O, 1987-ci il mayın 23-də Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Şəmsi Bədəlbəylinin ömür yolu sənətə sədaqətin parlaq nümunəsidir. O, çoxşaxəli fəaliyyəti ilə Azərbaycan teatr tarixində silinməz iz qoyub. Zəngin yaradıcılıq irsi bu gün də yaşayır, milli səhnə sənətimizin inkişafında öz təsirini göstərməkdə davam edir. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın hava hücumları nəticəsində dağılan Odessa 

11:22
18 Fevral

“Mərkəzi Azəri” platformasından indiyədək 157 milyon ton neft hasil edilib  

11:11
18 Fevral

UEFA Çempionlar Liqası: “Atletiko” Belçika, "İnter" Norveç səfərində  

11:04
18 Fevral

Əmək və əhalinin sosial müdafiə naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək  

11:01
18 Fevral

Azərbaycanın sonuncu təmsilçisi Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır  

10:47
18 Fevral

Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb  

10:30
18 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb 

10:21
18 Fevral

Dünya birjalarında neft bahalaşıb 

10:17
18 Fevral

C6 ölkələrinin iştirakı ilə Bakıda beynəlxalq konfrans keçirilir 

10:15
18 Fevral

BDYPİ texniki müayinə mərkəzi ilə bağlı sürücülərə müraciət edib  

10:12
18 Fevral

Ramazan ayında qidalanmaya xüsusi diqqət yetirilməlidir

09:50
18 Fevral

Çempionlar Liqası: “Qarabağ” tarixi oyunda İngiltərə klubuna qarşı

09:48
18 Fevral

Bu gündən kolleclərə sənəd qəbuluna start verilir

09:46
18 Fevral

Ramazan ayının başlanması ərəfəsində Quterreş birliyə və həmrəyliyə çağırıb  

09:45
18 Fevral

ABŞ prezidentliyinə keçmiş namizəd Cessi Cekson vəfat edib

09:45
18 Fevral

Çempionlar Liqasının pley-off mərhələsi: “Real” qələbə qazanıb

09:43
18 Fevral

Vens: Prezidentin masasında İranla bağlı bütün variantlar var

09:42
18 Fevral

Turizmə yatırılan sərmayə öz bəhrəsini verir

09:40
18 Fevral

Teatra bağlı ömür

09:35
18 Fevral

“Həpimiz bir günəşin zərrəsiyiz”

09:30
18 Fevral

Masallıda rəqəmsal mühitdə uşaqları zərərli informasiyadan necə qorumalı sualına cavab axtarılıb

09:25
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!