14 Fevral 2026 09:55
855
Mədəniyyət
A- A+
Aktyor, rejissor, ssenarist

Aktyor, rejissor, ssenarist


O, Azərbaycan teatr və kino sənətinin inkişafında mühüm rol oynamış, yaradıcılığı ilə milli mədəniyyət tariximizdə dərin iz qoymuş görkəmli sənətkarlardandır. Həbib İsmayılovun ömür yolu zəhmət, axtarış, öyrənmək həvəsi və sənətə sonsuz məhəbbətlə yoğrulub. Onun teatr səhnəsindən başlayan yaradıcılıq yolu sonralar kinoda davam edib. Həm rejissor, həm də aktyor kimi fəaliyyət göstərərək Azərbaycan incəsənətinə böyük töhfələr verib.

Həbib İsmayılov 1906-cı il fevralın 21-də Naxçıvan şəhərində dünyaya gəlib. Ailəsi bir müddət Nehrəm kəndində yaşayıb. Nehrəmdə kənd təsərrüfatı ilə məşğul olan valideynləri Naxçıvana köçdükdən sonra dəmirçilik ediblər. 1910-cu ildə isə maddi çətinliklər səbəbindən Tiflisə köçüblər. 

Həbib İsmayılov orta təhsilini Tiflisdə alıb. Bir müddət sonra "Yeni fikir" qəzetində korrektor köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Eyni zamanda Tiflisdəki Azərbaycan teatrının səhnəsində uşaq rollarında çıxış edərək sənətdə ilk addımlarını atıb.

O, teatra, səhnəyə erkən yaşlarından könül verib. Xəyallarını reallaşdırmaq üçün sənət yolunda inamla, qətiyyətlə irəliləyib. Peşəkar yaradıcılığı ilə Azərbaycan mədəniyyətinə dəyərli töhfələr bəxş etmiş görkəmli sənətkarların sırasında yer tutmaq üçün yorulmadan, ruhdan düşmədən çalışıb. 

Sonralar Həbib İsmayılov ailəsi ilə Bakıya köçüb. 1924-1927-ci illərdə fəhlə fakültəsində təhsil alan Həbib səhnədən ayrılmayıb. Eyni vaxtda həm də dram dərnəyində aktyor kimi çıxış etməklə yanaşı, bir sıra tamaşalara quruluş verib. Gənc yaşlarından sənətə bağlılığını ən böyük istəyinə, məqsədinə çevirib.

Teatr sənətinə vurğunluğunu öyrənmək istəyi və zəhmətsevərliyi ilə cilalayıb. Gördüyü işlər, maraqlı səhnə quruluşları tezliklə diqqəti cəlb edib. Elə bu səbəbdən 1927-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən Moskvaya Mərkəzi Teatr Sənəti Texnikumuna (sonradan Dövlət Teatr Sənəti İnstitutu) oxumağa göndərilib. Moskvanın yaradıcı mühiti Həbib İsmayılova dərindən təsir göstərib. Sonsuz maraq, tükənməz arzularla Mərkəzi Teatr Sənəti Texnikumunun həm Aktyorluq, həm də Rejissorluq fakültələrində oxuyub. Böyük teatr rejissoru, SSRİ Xalq artisti Konstantin Stanislavskinin məşqlərində iştirak edib. 1931-ci ildə təhsilini başa vurub. Bakıya qayıdaraq Türk İşçi Teatrında bədii rəhbər kimi fəaliyyət göstərib.

Görkəmli səhnə ustaları - Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Ağahüseyn Cavadov, Əli Zeynalov, İsmayıl Əfəndiyev, Ağasadıq Gəraybəyli və başqa aktyorlarla birlikdə çalışması da Həbib İsmayılovun teatr fəaliyyətinə müsbət təsir göstərib, daha böyük əzmlə sənət yolunu davam etdirib.

Həbib İsmayılov teatrda bədii rəhbər vəzifəsində çalışdığı zaman rejissor kimi tamaşalar da hazırlayıb. Gənc rejissorun quruluş verdiyi "Gizli əl", "Küləklər şəhəri", "Kölgə", "Yaşar", "Ölülər", "Od gəlini" və başqa tamaşalar sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

1933-cü ildə Türk İşçi Teatrı Gəncəyə köçürülüb. Həbib İsmayılov kollektivlə birlikdə həmin şəhərə gedib. O, yeni məkanda da böyük sənət eşqi ilə çalışıb. Yeni repertuarlar üzərində işləyib. Həbib İsmayılovun rejissorluğu ilə hazırlanan, Barat Şəkinskaya, Muxtar Avşarov, Məmmədrza Şeyxzamanov və başqa aktyorların iştirak etdiyi tamaşalar böyük uğur qazanıb. 

Həbib İsmayılov quruluş verdiyi tamaşalarda həm də aktyor kimi çıxış edib. O, "Yaşar" tamaşasında Toğrul, "Namus"da Barxudar, "1905-ci ildə" tamaşasında general-qubernator və başqa rolları ilə istedadlı aktyor olduğunu dönə-dönə nümayiş etdirib. 1938-ci ildə Musiqili Komediya Teatrına baş rejissor təyin edilən H.İsmayılov həmin teatrda "Aşıq Qərib", "Əlli yaşında cavan", "Lənkəran xanının vəziri" və başqa tamaşalara quruluş verib.

İkinci Dünya müharibəsinin başlanması xəbəri insanlara böyük narahatlıq, təşviş gətirib. Yeni-yeni yaradıcılıq uğurlarına imza atan Həbib İsmayılov da ordu sıralarına çağırılıb. O, hərbiləşdirilmiş caz orkestrinə rəhbərlik edib, daha sonra 402-ci Azərbaycan atıcı diviziyasının klub rəisi olub. Həbib İsmayılov 1942-cü ildə Mahaçqalaya göndərilib. 1943-cü ilin əvvəlində isə Dağıstan Dövlət Teatrının direktoru vəzifəsinə təyin olunub. Həmin teatrın səhnəsində bir sıra tamaşalara, o cümlədən "Arşın mal alan" operettasına quruluş verib.

Elə həmin ildən onun yaradıcılığında yeni mərhələ - kino dövrü başlayıb. Həbib İsmayılov 1943-cü ildən Bakı kinostudiyasında fəaliyyət göstərib. Əvvəlcə kinoxronika şöbəsində baş redaktor, sonra isə şöbə rəisi olub. Eyni zamanda  respublikamızın həyatının əks olunduğu süjetlər, "Cəfər Cabbarlı", "Sovet İttifaqının himni", "Torpaq və onun münbitliyi", "Naxçıvan MSSR-in 25 illiyi", "Dağıstan MSSR-in 25 illiyi" və digər sənədli,  elmi-kütləvi filmlərə ekran ömrü verib.

1947-ci ildə kinostudiya rəhbərliyinin sərəncamı ilə kinoxronika şöbəsində bədii filmlərin Azərbaycan dilinə dublyajı üzrə rejissor vəzifəsinə təyin olunması onun peşəkarlığına və zəhmətinə verilən dəyər olub.

1950-ci ildə təcrübəsini artırmaq üçün Moskvaya - "Mosfilm" kinostudiyasına ezam edilib. Moskvada həmin il Dövlət Teatr Sənəti İnstitutunun qiyabi şöbəsinin aspiranturasına daxil olub. "SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mirzağa Əliyevin yarıməsrlik səhnə fəaliyyəti" mövzusunda elmi iş üzərində çalışıb.

 Quruluş verdiyi "Ögey ana" (1958), "Böyük dayaq" (1962) və başqa ekran əsərləri nümayiş olunduğu vaxtdan bu günədək tamaşaçıların sevə-sevə baxdıqları filmlərdəndir. Yeri gəlmişkən, qeyd edək ki, Həbib İsmayılov "Ögey ana" filminin ssenarisini Anna Yanla birlikdə yazıb. Film 1959-cu ilin mayında Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə nümayiş etdirilib.

Həbib İsmayılov həm də "Dağıstan MSSR-in 25 illiyi", "Cəfər Cabbarlı", "Naxçıvan MSSR-in 25 illiyi", "Sovet İttifaqının himni", "Torpaq və onun münbitliyi" və başqa elmi-kütləvi və sənədli filmlər çəkib. Rejissor "Azərbaycan pambıqçılığında aqrotexnikanın tətbiqi" filminə görə 1955-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin gümüş medalı ilə təltif olunub. 

1960-cı ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi adına layiq görülən görkəmli teatr və kino rejissoru Həbib İsmayılov 1966-cı il dekabrın 31-də 60 yaşında vəfat edib. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxışın (o cümlədən tranzit məqsədilə giriş-çıxışın) müvəqqəti olaraq dayandırılması haqqında

02:36
07 Mart

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

23:35
06 Mart

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçdən  

23:33
06 Mart

DTX SEPAH-ın Azərbaycanda terror planlarını ifşa edib 

22:41
06 Mart

ADA Universitetində 19 bakalavriat, 13 magistratura, 6 doktorantura ixtisası tədris olunur 

21:28
06 Mart

Konqresdə Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif əlavə olunub  

20:53
06 Mart

Azərbaycan suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir  

20:52
06 Mart

Çex Respublikasının Baş naziri Andrey Babişdən

20:49
06 Mart

Zakir Həsənov: Vətənpərvərliyi ilə fərqlənən Azərbaycan qadını ordu quruculuğu prosesində də yaxından iştirak edir  

20:39
06 Mart

Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

20:39
06 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:36
06 Mart

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycan ilə həmrəyliyini bildirib  

20:28
06 Mart

Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri: Mülki infrastrukturun hədəf alınması qəbuledilməzdir  

20:15
06 Mart

Monteneqronun xarici işlər naziri İranın Azərbaycana qarşı dron hücumlarından narahatlığını bildirib  

19:58
06 Mart

Tramp İranda lider seçimindən danışıb

19:47
06 Mart

Amerikalı ekspert: Orta Dəhliz beynəlxalq gündəmin strateji mövzusuna çevrilir  

19:36
06 Mart

Avropa Şurasının Baş katibi Azərbaycana PUA hücumu ilə bağlı paylaşım edib  

19:32
06 Mart

AZAL Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəlini açıqlayıb 

19:15
06 Mart

Mərakeşli nazir İranın Azərbaycana qarşı dron hücumlarını qətiyyətlə pisləyib  

19:07
06 Mart

Tramp: Kuba tezliklə çökəcək

19:02
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!