14 Fevral 2026 08:20
1545
SİYASƏT
A- A+
Prezident İlham Əliyev bəyan etdiyi məqsədlərə ardıcıllıqla nail olur

Prezident İlham Əliyev bəyan etdiyi məqsədlərə ardıcıllıqla nail olur


"Prezident İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf  diyarına çevrilib. Ən əsası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Məhz bütün bunların nəticəsidir ki, 2024-cü il fevralın 7-də keçirilmiş və tariximizə Zəfər seçkisi kimi yazılmış  prezident seçkilərində xalqımız öz Liderinə - cənab İlham Əliyevə bir daha sonsuz inam və etimadını ifadə etdi.  Həmin il fevralın 14-də Prezident İlham Əliyev Vətənə, dövlətə və xalqa sədaqət andı içdi. Dövlətimizin başçısı andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr və hədəflərdən ətraflı bəhs etdi.  Bununla da, müasir müstəqil Azərbaycanın tarixində yeni mərhələ başladı". 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında ölkəmizin gələcək inkişafına, regionda mövcud vəziyyətə və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına geniş yer verib. Prezident İlham Əliyev haqlı olaraq vurğulamışdı ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini tərəflər özləri aparmalıdırlar. Proseslər göstərdi ki, həqiqətən də ikitərəfli dialoq sülh prosesində ən optimal yol idi. Belə ki, birbaşa dialoq nəticəsində ötən ilin martında sülh sazişinin layihəsi razılaşdırıldı, avqust ayında isə Vaşinqtonda bu sənəd paraflandı. 

Millət vəkilinin sözlərinə görə, Azərbaycan müstəqil siyasi kurs həyata keçirir. Ölkəmizin reallaşdırdığı siyasət sırf müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanır. Prezident İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqində ölkəmizin xarici siyasət kursu ilə bağlı strateji seçiminə bir daha diqqət çəkdi. Azərbaycanın müyyənləşdirdiyi çoxvektorlu xarici siyasət kursunun əsas mahiyyəti ondan ibarətdir ki, burada milli maraqlar əsas götürülür, eyni zamanda tərəfdaşlara böyük hörmət bəslənilir və onlarla qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq qurulur. Belə effektiv siyasətin nəticəsidir ki, hazırda respublikamıza və onun lideri İlham Əliyevə həm yerləşdiyi coğrafiyada, həm də uzaq xaricdə böyük hörmət bəslənilir. Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır.

Respublikamızın nüfuzlu beynəlxalq təşkilatlarda yüksək fəallığı da  diqqəti cəlb edir. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin Qoşulmama Hərəkatında təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkdi. Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edildi. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olundu. Eyni zamanda Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə başa çatan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanladılar və bu, respublikamız tərəfindən müsbət dəyərləndirildi. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu oldu və qurumun nüfuzunu,  funksionallığını əhəmiyyətli dərəcədə artırdı. Dünya birliyinin BMT-nin ən genişmiqyaslı tədbirlərindən sayılan COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməsi beynəlxalq səviyyədə ölkəmizə inamın artmasının daha bir ifadəsidir. Azərbaycan mühüm ekoloji çağırışların, "yaşıl enerji" gündəliyinin müzakirə olunduğu bu tədbirə də yüksək səviyyədə evsahibliyi etmək əzmində idi. Nəhayət, 2024-cü ilin noyabrında baş tutan tədbir böyük uğurlarla yadda qaldı.

Samir Vəliyev qeyd edib ki, yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri türk dünyasına inteqrasiyanın dərinləşdirilməsidir. Bunula bağlı Prezident İlham Əliyev andiçmə mərasimində tarixi fikir söyləmişdir: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır". Prezident İlham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi türk dövlətləri ilə inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyini önə çəkməsi heç də təsadüfi deyil. Dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində açıq demişdir ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər: "Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq!" Türk dünyası isə bizim üçün doğmadır və burada biz özümüzü, Prezident İlham Əliyevin bildirdiyi kimi, çox yaxşı hiss edirik.

"Andiçmə mərasimində çıxışı zamanı Prezident İlham Əliyev suverenliyimizin tam bərpa olunmasını yeni dövrün başlanğıcı kimi səciyyələndirib. Bu mənada 7 fevral seçkilərində cənab İlham Əliyevin seçki kampaniyasının "Yeni hədəflərə doğru!" şüarı ilə həyata keçirilməsi təbii qanunauyğunluq idi. Azərbaycan xalqı seçkilərdə cənab İlham Əliyevə səs verməklə məhz özünün güclü Lideri ilə yeni hədəflərə çatacağını təsdiqləmiş oldu. Cənab Prezident andiçmə mərasimində bəyan etdiyi məqsədlərə ardıcıllıqla nail olur. Bu, o deməkdir ki, Azərbaycan bundan sonra da yeni-yeni zəfərlər qazanacaq ", - deyə Samir Vəliyev vurğulayıb.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxışın (o cümlədən tranzit məqsədilə giriş-çıxışın) müvəqqəti olaraq dayandırılması haqqında

02:36
07 Mart

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

23:35
06 Mart

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçdən  

23:33
06 Mart

DTX SEPAH-ın Azərbaycanda terror planlarını ifşa edib 

22:41
06 Mart

ADA Universitetində 19 bakalavriat, 13 magistratura, 6 doktorantura ixtisası tədris olunur 

21:28
06 Mart

Konqresdə Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif əlavə olunub  

20:53
06 Mart

Azərbaycan suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir  

20:52
06 Mart

Çex Respublikasının Baş naziri Andrey Babişdən

20:49
06 Mart

Zakir Həsənov: Vətənpərvərliyi ilə fərqlənən Azərbaycan qadını ordu quruculuğu prosesində də yaxından iştirak edir  

20:39
06 Mart

Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

20:39
06 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:36
06 Mart

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycan ilə həmrəyliyini bildirib  

20:28
06 Mart

Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri: Mülki infrastrukturun hədəf alınması qəbuledilməzdir  

20:15
06 Mart

Monteneqronun xarici işlər naziri İranın Azərbaycana qarşı dron hücumlarından narahatlığını bildirib  

19:58
06 Mart

Tramp İranda lider seçimindən danışıb

19:47
06 Mart

Amerikalı ekspert: Orta Dəhliz beynəlxalq gündəmin strateji mövzusuna çevrilir  

19:36
06 Mart

Avropa Şurasının Baş katibi Azərbaycana PUA hücumu ilə bağlı paylaşım edib  

19:32
06 Mart

AZAL Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəlini açıqlayıb 

19:15
06 Mart

Mərakeşli nazir İranın Azərbaycana qarşı dron hücumlarını qətiyyətlə pisləyib  

19:07
06 Mart

Tramp: Kuba tezliklə çökəcək

19:02
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!