18 Fevral 2026 09:40
428
İQTİSADİYYAT
A- A+
Turizmə yatırılan sərmayə öz bəhrəsini verir

Turizmə yatırılan sərmayə öz bəhrəsini verir


Turizm son onilliklərdə dünyada ən dinamik və sürətlə inkişaf edən sahələrdən birinə çevrilib. Rəqəmsal texnologiyaların genişlənməsi və ölkələr arasında gediş-gəlişin asanlaşması beynəlxalq səyahətlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Turizm istirahət sektoru olmaqla yanaşı, həm də iqtisadiyyatın əsas dayaqlarından biridir. Bir çox ölkələrdə turizm ümumi daxili məhsulun əhəmiyyətli hissəsini formalaşdırır. Bu, onu deməyə əsas verir ki, mədəniyyətlərin qovuşduğu turizm sahəsi milyardlarla dollar dövriyyəsi olan nəhəng iqtisadi sahədir.

Pandemiya dövründə ciddi geriləmə yaşayan turizm artıq tam bərpa mərhələsini geridə qoyub. Belə ki, 2025-ci ildə dünyada ümumilikdə 1,52 milyard nəfər beynəlxalq turist qeydə alınıb, bu da 2024-cü ilin göstəricisindən 60 milyon nəfər və ya 4 faiz çoxdur. Eyni zamanda beynəlxalq turizm ixracından əldə edilən gəlirlərin 2,2 trilyon dollar səviyyəsində qiymətləndirilməsi bu sahənin iqtisadi əhəmiyyətini bir daha təsdiq edir. Beləliklə, turizm sektorunun qlobal ÜDM-ə töhfəsinin 11,5 trilyon dollara çatacağı gözlənilir. 

Azərbaycanda turizm qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kimi sürətlə inkişaf edir. Təsadüfi deyil ki, turizm iqtisadiyyatımızın aparıcı sahələrindən birinə çevrilib. Həyata keçirilən genişmiqyaslı islahatlar, infrastruktur layihələri və beynəlxalq tədbirlər bu sahənin inkişafına mühüm təkan verib. O cümlədən viza prosedurlarının sadələşdirilməsi və elektron xidmətlərin tətbiqi ölkəmizi xarici turistlər üçün daha əlçatan edib. Beynəlxalq reytinqlərdə də ölkəmizin turizm göstəriciləri mövqeyi daha da yüksəlir. Azərbaycan geniş turizm imkanlarına malikdir. İlk növbədə sabitlik və təhlükəsizlik amili turistlərin seçimində mühüm rol oynayır. Xalqımızın qonaqpərvərliyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu və zəngin təbii landşaft ölkəmizi fərqləndirən əsas üstünlüklərdəndir. Azərbaycana gələn əcnəbi turistlərin say çoxluğu bunun bariz nümunəsidir. 

Bakının müasir siması, dinamik inkişafı və təhlükəsiz mühiti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Burada keçirilən beynəlxalq tədbirlər, forumlar, idman yarışları və rəsmi görüşlər şəhərin artan nüfuzunun bariz göstəricisidir.

Paytaxtımızın beynəlxalq aləmdə formalaşan yüksək imici dövlətlərarası münasibətlərdə də öz əksini tapır. Belə ki, fevralın 15-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiçin mətbuata bəyanatlarla çıxışı zamanı da bu məqam xüsusi vurğulanıb. Serbiyanın dövlət başçısının Bakının gözəlliyi barədə fikirləri Azərbaycanın müasir, sabit və cəlbedici ölkə imicinin beynəlxalq aləmdə təqdir olunduğunu bir daha təsdiq etdi: "Mən Serbiyanın bütün vətəndaşlarına şəxsən deyə bilərəm ki, Bakı gözəl şəhərdir. Onlar orada bir çox yeniliklər görə bilərlər. Şəhər Xəzər dənizinin sahilində yerləşir. O, təmiz, səliqəli şəhərdir. Mən nə zaman Bakıya səfər edirəm, yeni möcüzələr görürəm, Prezident Əliyevin Azərbaycan hökuməti ilə bir yerdə inşa etdiyi yeni və gözəl yerləri görürəm".

Qeyd edək ki, Bakı-Belqrad birbaşa aviareysinin açılması Azərbaycan-Serbiya arasında əlaqələri daha da möhkəmləndirəcək, turizmin inkişafına yeni imkanlar yaradacaq.

Respublikamızda turizmin ayrı-ayrı sahələri də inkişaf edir. Məsələn, Naftalan artıq beynəlxalq səviyyədə tanınan müalicəvi turizm mərkəzinə çevrilib. Həmçinin Naxçıvanda yerləşən Duzdağ Müalicəvi Mərkəzi və Qalaaltı kimi sağlamlıq ocaqları da turistlərin marağına səbəb olur. Bu məkanlara xaricdən gələn qonaqlar həm müalicə alır, həm də ölkəmizin təbii gözəllikləri ilə tanış olurlar.

Turizm beynəlxalq arenada ölkəmizin müsbət imicinin formalaşmasında mühüm rol oynayır. Yeni hava əlaqələrinin açılması, birbaşa aviareyslərin təşkili ölkələr arasında turizm, biznes və mədəni əlaqələrin inkişafına əlavə imkanlar yaradır. Bu isə öz növbəsində iqtisadi əlaqələrin genişlənməsinə və xalqlar arasında qarşılıqlı təmasların artmasına xidmət edir.

Qeyd edək ki, ölkəmizin ən ucqar ərazilərində belə dünya standartlarına uyğun nəqliyyat infrastrukturunun yaradılması turist məmnunluğunu artırır. Bütün bunların nəticəsi olaraq qeyd edə bilərik ki, turizmə yatırılan sərmayələr real nəticələr verir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!