12 İyun 2025 22:18
353
CƏMİYYƏT
A- A+
TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb

TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb.

AZƏRTAC xəbər verir ki, iclas çərçivəsində Gənc Ailə Forumunun açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, ailə anlayışı türk coğrafiyasında sədaqət və fədakarlığın simvoludur.

Onun sözlərinə görə, Qarabağ Zəfərindən sonra 2615 ailə, yəni, 10 min 233 vətəndaş işğaldan azad edilmiş ərazilərə köçürülüb. 2026-cı ilin sonuna qədər 34 min 500 ailənin, o cümlədən 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub.

B.Muradova qeyd edib ki, gənc ailələrin ortaq dəyərlər üzərində dialoq aparmaları üçün bu forum unikal platformadır.

“Ailə təməllərini möhkəmləndirmək üçün erkən evliliklər, boşanmalar və digər məsələlər ilə bağlı mexanizmlərimizi möhkəmləndirməliyik. Dəyərlərimizə yad olan məsələlərin cəmiyyətimizə inteqrasiyasının qarşısını almalıyıq”, - deyə komitə sədri bildirib.

Daha sonra iclas çərçivəsində nazirlərin görüşü baş tutub.

Görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev türk dövlətlərinin yaşıl iqtisadiyyat, turizm, təhlükəsizlik, ekoloji layihələr və bir çox digər sahədə birgə fəaliyyətlərini genişləndirməyin vacib olduğuna diqqət çəkib. Baş katib bu sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin bölgəmizin davamlı inkişafı və rifahı baxımından mühüm əhəmiyyət daşıdığını deyib.

O qeyd edib ki, bu əməkdaşlığın əsasında duran dəyərlərdən biri də ailə institutuna verilən önəmdir. Türk dünyasında ailə hər zaman müqəddəs hesab olunub. Nəsillər boyunca yaşlı insanlara hörmət, ailədaxili həmrəylik və qarşılıqlı məsuliyyət türk dövlətlərinə miras qalan ən ali dəyərlərdəndir. Müasir çağırışlar fonunda bu anlayışı qorumaq və gələcək nəsillərə ötürmək isə əsas vəzifələrdən biridir.

Türkiyə ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş qadınların sosial proseslərdə fəal iştirakının müasir dövrün əsas çağırışlarından biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, qadınların sahib olduqları bilik, bacarıq və liderlik keyfiyyətləri bu gün regional və qlobal miqyasda ümidverici həllərin ortaya çıxmasına səbəb olur. Beynəlxalq səviyyədə qadın liderlərin ön plana çıxdığını müşahidə edirik. Qadınlar, sadəcə, ailənin deyil, eyni zamanda, cəmiyyətin dayanıqlılığını təmin edən güc mənbəyidir. Tarix boyu qadınlar dövlət idarəçiliyində, ictimai həmrəylikdə və strateji qərarların verilməsində önəmli mövqelərdə təmsil olunublar.

Türkiyəli nazir, həmçinin qeyd edib ki, Türkiyə həmin yanaşmanı əsas tutaraq qadınların həyatın bütün sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər görür. Qanunvericilik baxımından qadın və kişi hüquqları bərabərlik prinsipi əsasında tənzimlənib. Eyni zamanda, qız uşaqlarının təhsilə cəlb olunması və qadınların bilik səviyyəsinin artırılması istiqamətində ciddi işlər aparılır.

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclik və Ailə İşləri Komitəsinin sədri Kayrat Kambarov türk dövlətləri olaraq bizi birləşdirən dərin mənəvi köklərin, ortaq tarix və ailə dəyərlərinin bu gün də fəaliyyətimizin əsasını təşkil etdiyinə diqqət çəkib. O qeyd edib ki, qadınlara hər sahədə dəstək vermək cəmiyyətin sağlam inkişafının ayrılmaz hissəsidir. Qadınlar yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin 51 faizini təşkil edirlər. Onların sosial, iqtisadi və siyasi həyatda fəal iştirakı gələcəyimiz üçün son dərəcə vacibdir.

“Əminəm ki, Türk Dövlətləri Təşkilatının bu istiqamətdə atdığı addımlar ortaq gələcəyimizə xidmət edəcək və xalqlarımız arasında həmrəyliyi daha da möhkəmləndirəcək”, - deyən Kayrat Kambarov sonda Türk dünyasının ortaq dəyərlərini yaşadan və bu tədbirə ev sahibliyi edən Azərbaycana təşəkkürünü bildirib.

Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin müavini Kıyal Januzakova bildirib ki, qadınların inkişafı və sosial siyasətdə inklüziv yanaşmalar prioritet hədəflərimizdəndir. Onun sözlərinə görə, əlilliyi olan şəxslərin hüquqlarının qorunması istiqamətində də mühüm nailiyyətlər qazanılıb. Konvensiya və müvafiq hüquqi sənədlər çərçivəsində bu qrup üçün imkanların genişləndirilməsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi və onların ictimai həyatda iştirakçılığının artırılması istiqamətində sistemli addımlar atılır. Nazir müavini, həmçinin qadın sahibkarlığının inkişafı, məişət zorakılığına qarşı mübarizə, genderə həssas büdcə planlaşdırılması və qadınların peşəkar inkişafı sahələrində görülən işlərə də diqqət çəkib. O, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın vacibliyini qeyd edərək, Türk Dövlətləri Təşkilatı çərçivəsində Türkdilli Qadın Platformasının yaradılmasını təklif edib. “Bu platforma qadınların səsi, həmrəyliyin gücü və regional əməkdaşlığın möhkəmləndirilməsi üçün strateji alətə çevrilə bilər”, - deyə Kıyal Januzakova vurğulayıb.

Özbəkistanın əmək və yoxsulluğun azaldılması naziri Rano Turdiboeva qeyd edib ki, qadınlar tarixən ailə ocağının təməlini formalaşdıran, onu qoruyan və gələcəyə daşıyan əsas sütunlardan biri olub. Müasir dövrdə isə qadınların rolu yalnız ailə ilə məhdudlaşmır, onlar cəmiyyətin hər bir sahəsində, xüsusilə idarəetmədə və ictimai həyatda fəal şəkildə təmsil olunurlar. “Bu sahədə hüquqi baza mütləq şəkildə işlənib hazırlanmalı və praktik tətbiqi təmin edilməlidir. Özbəkistanda bu istiqamətdə artıq dövlət büdcəsindən vəsait ayrılıb, müvafiq komitələr yaradılıb. Bu strukturlar gender bərabərliyinin təmin olunması, qadınların hüquqlarının müdafiəsi və sosial rifahının artırılması üçün mühüm işlər həyata keçirir”, - deyə nazir bildirib.

Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Taçjanov ailə və sosial siyasət sahəsində görülən işlər, qadınların cəmiyyətdəki rolu və sosial müdafiə tədbirləri barədə ətraflı məlumat verib. “Bərabərhüquqlu cəmiyyət quruculuğu bizim üçün əsas prioritetlərdəndir. Türkmənistanda qadınlar tamhüquqlu fərdlər kimi cəmiyyətin bütün sahələrində, iqtisadiyyat, siyasət, ictimai həyat və humanitar sahələrdə fəal iştirak edirlər. Bu, dövlətimizin gender bərabərliyinə verdiyi önəmin və ailə institutuna göstərdiyi diqqətin göstəricisidir”, – deyə Halbibi Taçjanov vurğulayıb.

Şimali Kipr Türk Respublikasının əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu isə qeyd edib ki, Azərbaycanda keçirilən bu iclas, qadınların və ümumilikdə cəmiyyətin gələcəyi üçün əməkdaşlıq və həmrəylik içində çalışdığımızın bariz nümunəsidir.

“İnanırıq ki, qadınların cəmiyyətdəki yerini gücləndirmək, təkcə gender bərabərliyi məsələsi deyil, gələcəyimizin quruluşudur. Qadınların daha aktiv, daha güclü, daha görünən olduğu gələcək daha ədalətli, daha inkişaf etmiş və daha dayanıqlı olacaq. Biz qadınların təhsilini dəstəkləməyə, onların sahibkarlıq təşəbbüslərini və siyasi həyatda iştirakını təşviq etməyə qətiyyətlə sadiqik. Bu istiqamətdə atılacaq hər addım, təkcə qadınların deyil, bütün toplumların rifahına və inkişafına xidmət edəcək”, - deyə nazir bildirib.

Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasının yekununda Kommünike qəbul olunub.

Sonda təşkilata üzv dövlətlərin nümayəndələri tərəfindən türk dövlətlərinin milli atributlarından ibarət sərgiyə baxış keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı Gürcüstan ilə bağlı qərar qəbul edə bilməyib  

23:08
15 İyul

Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb  

22:34
15 İyul

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans işə başlayıb

20:49
15 İyul

Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir

20:26
15 İyul

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib  

19:41
15 İyul

Hindistanın “ONGC Videsh Limited” şirkətinin nümayəndə heyəti Səngəçal terminalında olub

19:01
15 İyul

Rumıniyalı siyasi şərhçi: Azərbaycan Cənubi Qafqazda, sadəcə, iştirakçı deyil, həm də oyunun qaydalarını dəyişən ölkədir  

18:37
15 İyul

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib  

18:01
15 İyul

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

17:57
15 İyul

Niderland səfirinin Azərbaycandakı fəaliyyəti başa çatır  

17:31
15 İyul

İşğaldan azad olunmuş Ağdamda Baş Prokurorluq tərəfindən regional konfrans keçirilib - YENİLƏNİB

17:30
15 İyul

Ukraynanın Baş naziri istefa verib

17:27
15 İyul

Sumqayıt Kimya Sənaye Parkının rezidenti Yunanıstana məhsul ixrac etməyə başlayıb  

17:25
15 İyul

Bolqarıstan mediası: SOCAR İsrailin enerji bazarına strateji çıxış əldə edir  

16:54
15 İyul

Çində təbii fəlakətlərin vurduğu iqtisadi zərər 7 milyard dollardan çoxdur  

16:44
15 İyul

Azərbaycanın Baş prokuroru və İraqın Ali Məhkəməsinin sədri əməkdaşlıq məsələlərini müzakirə ediblər  

16:40
15 İyul

Azərbaycan və İraq arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub  

16:24
15 İyul

Financial Times: Tramp Ukraynaya Moskvaya hücum təklifi verib  

16:12
15 İyul

UEFA Azərbaycanın 9 klubuna ödəniş edib

16:02
15 İyul

Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağış yağacaq, dolu düşəcək  

15:43
15 İyul

Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürməkdə şübhəli bilinən şəxs saxlanılıb  

15:37
15 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!