21 Noyabr 2023 09:55
298
SİYASƏT
A- A+
Tarixi missiyasını layiqli şəkildə reallaşdıran partiya

Tarixi missiyasını layiqli şəkildə reallaşdıran partiya

 

Yeni Azərbaycan Partiyası Azərbaycanın tarixinin ən mürəkkəb və keşməkeşli dövründə yaranıb. 1990-cı ilin əvvəllərində bir-birini əvəz edən nihilist, xalqa heç bir bağlılığı olmayan hakimiyyətlər tərəfindən Azərbaycanın dövlətçiliyi, müstəqilliyi və suverenliyi fəlakətə sürükləndiyi situasiyada xalqımız əmin idi ki, bizi bu bəlalardan yalnız Heydər Əliyev dühası xilas edə bilər. 
Ona görə Ermənistanın təcavüzü, eləcə də qlobal miqyasda təzyiqlərin davam etdiyi bir şəraitdə Azərbaycan xalqının imkanlarını, müstəqillik çoşqusunu xarici ünsürlərə qarşı yönəltməkdənsə, həmin dövrdə hakimiyyətdə olan iqtidar bütün gücünü Heydər Əliyevə qarşı birləşdirmiş, cəmiyyətin iradəsinin ziddinə olaraq, onu mümkün qədər hakimiyyətdən və siyasi səhnədən kənar saxlamağa çalışırdı.
Lakin Azərbaycan xalqı yaxşını pisdən, tərəqqini iflasdan müdrikcəsinə seçməyi bacardı və dövrün vətənpərvər aydınları Heydər Əliyev dühası ətrafında birləşərək siyasi partiya yaratmaq qərarına gəldilər. Bu gün insan haqları və demokratiyadan danışan antimilli ünsürlər əllərində iqtidarda olduqları zaman hakimiyyətdən doğan güc və imkanlardan sui-istifadə edərək, nəinki Ulu Öndərin rəhbərliyi ilə hər hansı siyasi təşkilatın qeydə alınması, bütövlükdə qeydiyyat prosesinə qədər həmin təşkilatın təsis konfransının keçirilməsi üçün yer ayrılmasına belə mane oldular.
Nəticədə 1992-ci il noyabrın 21-də 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı, Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə təsis konfransının yalnız Naxçıvanda keçirilməsi mümkün oldu. Bu, müstəqil Azərbaycan tarixində yeni bir səhifənin başlanğıcı idi. Beləliklə, 1992-ci ilin noyabrından etibarən Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin əsas hərəkətverici qüvvəsinə çevrildi.
YAP müxalifət partiyası kimi yaranmışdı və siyasi sistemdə tək deyildi. Lakin digər çoxsaylı siyasi təşkilatlardan fərqli olaraq Heydər Əliyev tərəfindən yaradıldığı və funksionerləri xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdiyi üçün partiya ilk gündən böyük populyarlıq qazandı. Xalq Heydər Əliyevin güc, imkan və potensialına bələd idi. İnsanlar yaxşı xatırlayırdılar ki, 1969-cu ildə Ümummilli Liderin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamız geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına çevrilmiş, mədəniyyət, incəsənət, ədəbiyyat intibah dövrünə qədəm qoymuşdu. Azərbaycan dövlətinin müstəqilliyinin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başlamışdı. 
Sonrakı dövrdə real nəticəyə, əsl müstəqilliyə aparan yol məhz Ümummilli Liderin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərini çıxarmağa nail olması və Cümhuriyyətin üçrəngli bayrağını Naxçıvanda rəsmi bayraq kimi qəbul etməsi ilə başlamışdı. Xalq deyilənlərə, təbliğat və təşviqata yox, yaddaşına, gördüyünə inanırdı və Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları məhz bu reallıqları, xalqın sifarişini rəhbər tutaraq Heydər Əliyevə yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahişi ilə müraciət etmişdilər.
YAP yarandığı gündən öz üzərinə mürəkkəb dönəmlərini yaşayan Azərbaycanda o dövrə qədər heç bir siyasi qüvvənin daşıya bilmədiyi miqyasda böyük tarixi missiya götürdü. Xalqın Heydər Əliyev şəxsiyyətinə olan inamı YAP-ı qısa müddətdə cəmiyyətin aparıcı qüvvəsinə çevirdi. Gözləntilər özünü doğrultdu. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya cəmi 7 aylıq müxalif mövqeyin ardınca ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın, müstəqilliyin, suverenliyin, ərazi bütövlüyünün təminatçısı kimi çıxış edən, Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirən iqtidar partiyasına çevrildi. 
Özünün vəsiyyət xarakterli sonuncu müraciətində Ulu Öndər Azərbaycan xalqını əmin edirdi ki, "həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər". Sovet Azərbaycanında Heydər Əliyevdən sonra, müstəqil Azərbaycanda isə Heydər Əliyevə qədər heç bir rəhbər dövlətçiliyin varisliyini təmin edə, xalqın vahidliyinin təcəssümü ola bilməmişdi. Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilk növbədə Heydər Əliyevin qurduğu Azərbaycanda dövlətçiliyin varisliyini təmin etdi. Bu prosesdə isə İlham Əliyevin əsas dayaqlarından biri doğma YAP oldu. Bu partiyanın 2005-ci il 26 mart tarixdə keçirilmiş III Qurultayında Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq, onun layiqli siyasi və hüquqi varisi İlham Əliyev partiyanın yeni Sədri seçildi. Cənab 
İlham Əliyevin rəhbərliyi dövründə YAP Heydər Əliyev ideyalarına sadiq qalmaqla, ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiya statusunu daha da möhkəmləndirdi. 
Prezident İlham Əliyevin YAP-ın VII Qurultayında ifadə etdiyi kimi, Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən bütün proseslərin mərkəzində yer aldı. Azərbaycan Prezidentinin ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi isə YAP-ın fəaliyyətinə layiqli töhfələr verdi.
Ulu Öndərin azərbaycançılıq məfkurəsinə daha bərk sarılan xalqımızın İlham Əliyevin ətrafında bir yumruq kimi daha çox  birləşməsi, İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyümüzün bərpası, sərhəd toxunulmazlığı və konstitusiya quruluşunun bütün ölkə ərazisində bərqərar olunması həm də YAP-ın böyük uğurlarıdır.

Bəhruz MƏHƏRRƏMOV,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Neftçi" yeni baş məşqçisinin gəlişindən nə qazandı?

11:34
22 Oktyabr

Mahir Emreli: "Vurduğum qol mənə böyük motivasiya verdi"

11:34
22 Oktyabr

Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib YENİLƏNİB

11:30
22 Oktyabr

Səfirlik nümayəndəsi: Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh nəticəsində yeni nəqliyyat dəhlizləri yarana bilər  

11:29
22 Oktyabr

Azərbaycanla Belçika arasında minatəmizləmə ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilib

11:26
22 Oktyabr

FHN: Bakı şəhəri və Abşeron rayonunda su basmış ərazilərdən 31 vətəndaş təxliyə edilib 

11:24
22 Oktyabr

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

11:22
22 Oktyabr

Britaniyanın Lordlar palatasının üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər

11:21
22 Oktyabr

Azərbaycan neftinin qiyməti artıb

11:19
22 Oktyabr

Azərbaycan parlamentində 19 məsələnin müzakirəsinə başlanılıb

11:16
22 Oktyabr

Əksər bölgələrdə yağıntılı hava şəraitində fasilə yaranıb

11:15
22 Oktyabr

Mask aksiya iştiraçkısına 1 milyon dollarlıq çek verdi

10:59
22 Oktyabr

Venesuelada keçmiş sənaye naziri həbs edilib

10:51
22 Oktyabr

"Ayaks" bu hücumçunu Bakıya gətirmir - AÇIQLANDI

10:44
22 Oktyabr

“Crew Dragon”-un Yerə qayıdışı yenidən təxirə salınıb

10:42
22 Oktyabr

Mask ABŞ-nin gələcəyi ilə bağlı proqnoz verdi

10:35
22 Oktyabr

Pekində Çin şirkətləri ilə yaşıl enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

10:32
22 Oktyabr

Ölkə ərazisində müşahidə olunan faktiki hava

10:31
22 Oktyabr

Ağ Evdən açıqlama: BRİKS bizim üçün təhlükə deyil

10:14
22 Oktyabr

FHN: Yağış Bakı və Abşeronda fəsadlar yaradıb, 8 vətəndaş təxliyə edilib

10:07
22 Oktyabr

DİN: Hava şəraiti ilə əlaqədar xidmətə əlavə qüvvə və naryad qrupları çıxarılıb  

09:49
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!