05 Dekabr 2025 12:14
2425
PARLAMENT
A- A+
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir  

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir  

Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin dekabrın 5-də keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.

Təqdim edilən qanun layihəsi mədəni sərvətlərin qorunması ilə bağlı müddəaların dəqiqləşdirilməsi və məsuliyyətin artırılması məqsədilə hazırlanıb.

Qanun layihəsi, həmçinin mədəni sərvətlərin korlanması və ya məhv edilməsi əməllərinə görə məsuliyyəti ziyanın miqdarı və təqsirin formasına görə fərqləndirməyi hədəfləyir. Dəyişikliklərə əsasən, hüquqi şəxslər də mədəni sərvətləri qəsdən korlama və ya məhv etməyə, habelə mədəni sərvətləri ehtiyatsızlıqdan məhv etməyə görə cinayət-hüquqi məsuliyyətə cəlb edilə biləcəklər. Bundan əlavə, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işlərin dayandırılaraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsi, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsi inzibati xəta hesab ediləcək.

"Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununa "mədəni sərvətləri korlama" və "mədəni sərvətləri məhv etmə” anlayışlarının hüquqi tərifləri əlavə olunur.

Qanun layihəsində mədəni sərvətlərin mühafizə dərəcəsindən asılı olmayaraq, onların korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşların müraciətini dinləyib  

16:11
23 Yanvar

Prezident İlham Əliyevin region və dünya üçün sülh çağırışları

15:58
23 Yanvar

Ağdamda uşaqlar üçün kompleks səyyar tibbi müayinələr təşkil olunub  

15:57
23 Yanvar

Şirvan şəhər və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib  

15:52
23 Yanvar

Ötən il Azərbaycana 2 milyon 570 mindən çox turist gəlib  

15:43
23 Yanvar

Energetika naziri Masallıda vətəndaşlarla görüşüb  

15:41
23 Yanvar

Türkiyə universitetinin Şimali Kiprdəki kampusu Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin təhsil xərclərini ödəyəcək  

15:38
23 Yanvar

Media: Rumıniya Azərbaycan neftinin əsas alıcılarından birinə çevrilir  

15:34
23 Yanvar

Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə edilib  

15:31
23 Yanvar

Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

15:21
23 Yanvar

İspaniya Deputatlar Konqresinin sədri Ulu Öndərin məzarını ziyarət edib  

15:16
23 Yanvar

İspaniya Konqresinin sədri: Azərbaycan-Ermənistan normallaşma prosesi sülh sazişi ilə nəticələnəcək

15:15
23 Yanvar

Avropanın maye qaz idxalının daha da artacağı gözlənilir  

15:12
23 Yanvar

Beynəlxalq Təmiz Enerji Günü münasibətilə dəyirmi masa keçirilib 

15:07
23 Yanvar

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  

15:02
23 Yanvar

Milli Məclisin sədri: İspaniya ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var  

14:44
23 Yanvar

Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

14:42
23 Yanvar

Tarixin əzəmət nişanələrindən biri-Qalata qülləsi  

14:36
23 Yanvar

“Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi keçirilib

14:28
23 Yanvar

Azərbaycanın Sülh Şurasına qoşulması regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır 

14:25
23 Yanvar

ADSEA-nın sədri Ucarda vətəndaşlarla görüşüb

13:48
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!