05 İyul 2025 08:40
1221
Mədəniyyət
A- A+
Tanınmış sənətşünas alim

Tanınmış sənətşünas alim


O, həyatını sənətşünaslıq elminin inkişafı istiqamətində davamlı fəaliyyətə sərf etmişdi. Həm geniş elmi-tədqiqat və yaradıcılıq axtarışlarını vaxtaşırı olaraq kitab, monoqrafiya, albom kimi nəşr etdirirdi, həm də müxtəlif mətbuat orqanlarında - jurnal və qəzetlərdə, eləcə də internet portallarında təsviri sənətin müxtəlif sahələrinə, rəssamlarımızın həyat və yaradıcılığına dair maraqlı məqalələrlə çıxış edirdi. Onu həm də tez-tez təşkil olunan tədbir, sərgi və konfranslarda görmək olardı. Bir sözlə, o, təsviri sənət aləmində öz imzası və mövqeyi ilə seçilən sənətşünas alimimiz idi. Söhbət Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyevdən (1948-2025) gedir.

Ziyadxan Əliyev ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda və daha sonra İ.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda (1976-1982) alıb. Vətənə döndükdən sonra Z.Əliyevin müntəzəm olaraq mətbu orqanlarda rəssamlarımızın həyatı və yaradıcılığı haqqında maraqlı məqalələri dərc olunub. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilən sənətüşnas alim 1987-ci ildən həmin İttifaqın İdarə Heyətinin üzvü və həmçinin "Tənqid və sənətşünaslıq" bölməsinin rəhbəri olub. Z.Əliyev uzun müddət Azərbaycan Milli İncəsənət Muzeyində işləyib. Ayrı-ayrı vaxtlarda Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetlərində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib, akademiyanın professoru olub. 

Z.Əliyev muzeydə işlədiyi dövrdə onun fonduna məxsus olan məşhur Azərbaycan rəssamı usta Qəmbər Qarabağinin, fransız rəsamı Jül Düprenin, rus rəssamı Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın əsrlərinin atribusiyasına əmək sərf edərək uğurlu nəticələr əldə edib.

Z.Əliyevin nəşr olunmuş monoqrafiya və kitablarından "Azərbaycan ekslibrisi" (1989, miniatür kitab, ön sözün müəllifi), "Mir Möhsünün rənglər aləmi" (1996), "Sənətin Məcnunu" (2009), "Cəmil Müfidzadə. Cizgilərə hopan ömür" (2011), "Zakir Hüseynov. Tənha döyüşçü" (2011), "Sabir təsviri sənətdə" (2012), "Davud Kazımov" (2012), "Eldar Mikayılzadə. İlmələrin hikməti" (2013), "Arif Hüseynov. Cizgilərin hikməti" (2014), "Boyalı gülüşlər" (2014), "XX əsr Azərbaycan heykəltaraşlığının inkişaf mərhələsi" (2016), "Bəhruz bəy Kəngərli taleyi" (2017, Nizami Aliyevlə brlikdə), "Rafael Abbasov" (2017), "Nəsimi dünyası rənglərin işığında" (2019), "Gennadi Brijyatuk və onun mənəvi rənglər dünyası" (2019), "Hüseyn Cavid romantizmi rənglərin işığında" (2022), "İstedadlar ocağı" (2023), "Xarıbülbül ətri" (2023) və başqalarını qeyd etmək olar. Bundan başqa, sənətşünas alim həmçinin bir çox rəssamlarımızın əsərlərindən ibarət nəşr olunmuş kataloqlara mətnlər yazmışdır. 

Adları qeyd olunan kitab və monoqrafiyalar sənətşünas alim kimi Z.Əliyevin həyatını, tale yolunu əks etdirir, desək, doğru olardı. Z.Əliyev rəssamların, sənət adamlarının təkcə həyat və yaradıcılıqlarını araşdırıb, tədqiq edib yazıya almırdı. O, yaza-yaza həm də onların (qəhrəmanlarının) taleyini yaşayırdı. Z.Əliyev Azərbaycan sənətşünaslığı üçün yaranmışdı, o, bu missiyanı daşımaq üçün anadan olmuşdu və elə ömrü boyu bu missiyanı şərəflə daşımışdı və sonda əbədilik qazanmışdı. 

Z.Əliyev Əzimzadə məktəbində təhsil aldığı illərdən başlayaraq, Xalq rəssamı, əfsanəvi fırça ustası Səttar Bəhlulzadə ilə yaxından dostluq edib. Bu dostluq rəssamın dünyasını dəyişənədək davam edib. S.Bəhlulzadəni sənətşünas alim və səmimi dost kimi onun qədər yaxından tanıyan az adam olub. Onun rəssamın həyatı və yaradıcılığı haqqında dörd kitabı - "Naməlum Səttar" (2006), "Sənətin Məcnunu" (2009), "Günahlı dünyanın günahsız adamı və yaxud Səttar Bəhlulzadə romantizmi" (2014) və "Səttar Bəhlulzadə yaradıcılığında sənətkarlıq məsələləri" (2019) nəşr olunub. Bu baxımdan Z.Əliyevi səttarşünas adlandırmaq olar. Onun müdafiə etdiyi dissertasiya mövzusu da məhz S.Bəhlulzadə yaradıcılığı ilə bağlı olmuşdur. Sonuncu nəşrə hazırladığı, yarımçıq qalmış kitabı da elə məhz Səttar Bəhlulzadə yaradıcılığı ilə bağlı idi. 

2023-cü ildə Beynəlxalq Muğam Mərkəzində sənətşünas alimin bir neçə illik axtarışlarının, elmi-tədqiqatlarının ərsəyə gətirdiyi və "İstedadlar ocağı" və "Xarıbülbül ətri" adlı kitablarının təntənəli təqdimat mərasimi keçirilmişdir. Bu elə həm də professor Z.Əliyevin 75 illik elmi və pedaqoji yaradıcılıq fəaliyyətinin uğurlu hesabatı idi. Dəyərli alimin Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin 100 illik tarixini özündə əks etdirən fundamental ensiklopedik kitabı ictimaiyyət nümayəndələri və sənət adamları tərəfindən yüksək coşqu ilə qarşılandı. Tədbirdə çıxış edənlər bir daha Z.Əliyevin elmi yaradıcılığı, sənət axtarışları və şəxsiyyəti haqqında öz fikirlərini dilə gətirdilər. 

Rəssam, şair, publisist Adil Mirseyid dostu Z.Əliyev barədə yazırdı: "Əmircan qəsəbəsi. Qəbiristanlıq. Əfsanəvi rəssam Səttar Bəhlulzadənin məzarı. Bu il Səttar Bəhlulzadənin 100 yaşı tamam olacaq. Bir anda sanki diksinən kimi oluram, böyük ustad mənəvi oğlu, dostum Ziyadxan Əliyevdən nigarandır. Elə mən də ondan nigaranam, zatən biz onunla tale qardaşıyıq. Bu gün yenə islandı yağışda ürəyimin başında bir duz kisəsi kimi daşıdığım dərdlər..."

Z.Əliyev yüksək vətəndaşlıq əzmi və sarsılmaz sənət prinsiplərinə inadla sadiqlik göstərərək elmi və pedaqoji yaradıcılıq fəaliyyətini ömrü boyu davam etdirdi. O, həmişə axtarır, araşdırır, tədqiq edir, müqayisələr aparır, bir sözlə, sənətşünaslıq sahəsində yeni materialların üzə çıxmasında daima mücadilə edirdi. 

Sənətşünas alim, professor Ziyadxan Əliyevlə görüşlərimiz, sənət haqqında söhbətlərimiz bu gün silinməz xatirələrə dönüb. Onun bəzən kəsərli, bəzən də baməzə söhbətləri sənət adamlarının yaddaşında yaşayır. Necə ki Z.Əliyevin özündən sonra gələcək sənətşünaslara və sənətsevərlərə miras qoyub getdiyi elmi irsi kimi. Z.Əliyev imzası Azərbaycan sənətşünaslıq elmində həmişə yaşayacaq. 


Əsəd QULİYEV,

Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 383-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

02:27
30 Aprel

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında

02:25
30 Aprel

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

02:24
30 Aprel

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 249-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:23
30 Aprel

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

02:22
30 Aprel

Ukrayna dronları Rusiyanın bir neçə “Mi-28” və “Mi-17” helikopterlərinə zərbə endirib  

23:55
29 Aprel

Tramp Putinlə telefon danışığının detallarını açıqlayıb

23:18
29 Aprel

Putin Trampa II Dünya müharibəsində Qələbənin ildönümü ilə bağlı atəşkəsə hazır olduğunu deyib  

21:57
29 Aprel

Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı baş tutub  

21:56
29 Aprel

Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələr aparılıb

21:45
29 Aprel

Ukrayna Rusiya ilə yeni əsir mübadilələrinə hazırlaşır

21:29
29 Aprel

Danimarka şirkəti ilə “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində külək enerjisinin ixracı nəzərdən keçirilib  

21:03
29 Aprel

Amerikalı ekspert: Qarabağda texnoloji şəhər mühiti üçün unikal imkan var  

20:52
29 Aprel

Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunub  

20:48
29 Aprel

Hörmüz boğazı hamı üçün bağlı deyil

20:28
29 Aprel

Yaxın Şərqdəki münaqişə və Hörmüz böhranı fonunda “Brent” 50, “Light” isə 40 faizdən çox bahalaşıb  

20:23
29 Aprel

Sensor ekranlı “mouse” təqdim edilib  

20:18
29 Aprel

Azərbaycan və Kolumbiya siyasi dialoqu gücləndirir

20:15
29 Aprel

“DJI”nin yeni cihazı nümayiş olunub  

20:13
29 Aprel

Pirat və kontrafakt mallar dövlətin xeyrinə müsadirə oluna biləcək  

20:09
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!