Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün də uğurla davam etdirilən gənclər siyasətindən bəhs edib. Bildirib ki, müəllimlərin işə qəbulunda, təhsil müəssisələrində müvafiq vəzifələrə təyinatda innovativ və müasir düşüncəli gənclərə üstünlük verilməsi, gənclərə stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi gənclər siyasətinin bariz nümunəsidir. O, həmçinin gənclərin təhsildə rolu və bu gün işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərmənin önəmindən və məsuliyyətindən də danışıb.
Daha sonra gənc təhsil işçiləri öz təbriklərini tədbir iştirakçıları ilə bölüşüblər. Şagirdlər tərəfindən müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Gənclər siyasətinin həyata keçirilməsində səmərəli və aktiv fəaliyyətinə görə bir qrup müəllim və təhsil işçisi təltif olunub.
Heydər Əliyev Mərkəzində italyan heykəltaraşın "Təbiətin nemətləri" adlı sərgisi açılıb
"Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Mariya Zaxarova: Rusiyada Heydər Əliyevin xatirəsi böyük hörmətlə yad edilir
Qarik Martirosyandan etiraf: Birinci müharibədə Ağdamda, ikinci müharibədə Əsgəranda olmuşam
Davit Allahverdiyan: Mənə qarşı münasibət yaxşı olub
Avropa İttifaqı Parlamentinin üzvünə Azərbaycan multikulturalizmi haqqında məlumat verilib
Davit Manukyan: Xankəndidəki mənzilimdə tapılan silahlar Ermənistan Polis İdarəsində qeydiyyatdadır
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olub
Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Belçika Krallığında səfərdədir
Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanışlıq
Erməniəsilli şəxslərin məhkəməsində sənədlərin tədqiqi mərhələsi başlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub
Gəncə Memorial Kompleksinin layihəsi ilə tanışlıq
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki 40 saylı körpələr evi-uşaq bağçasında olub
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə aparılan təmir-bərpa işləri ilə tanış olub
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət
Naxçıvanda Hemodializ Mərkəzi fəaliyyətə başlayacaq
Azərbaycanda ən populyar sosial şəbəkə açıqlanıb
Müdafiə naziri Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib
2022–2028-ci illər üçün Dövlət Proqramı iştirakçılarının doktorantura səviyyəsi üzrə seçim meyarları müəyyənləşib
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 24 Fevral 2025
Suverenliyimiz tam, ərazimiz bütöv, inkişafımız dinamikdir23 Fevral 2025
DƏYİŞƏN REALLIQLAR, DƏYİŞMƏZ MARAQLAR22 Fevral 2025
Şərəfli missiya21 Fevral 2025
Prezidentin növbəti Qarabağ səfəri20 Fevral 2025
Təxribatların himayədarı - USAID20 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!