Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Elm və texnika zəlzələnin qarşısında hələ də acizdir. Bu təbii fəlakət güclü dağıdıcı təsirə malik olduğuna görə seysmoloqlar onun haqqında öncədən dəqiq məlumata sahib olub, yarana biləcək təhlükələrin qarşısını almaq üçün uzun illərdir səy göstərirlər.
Alimlər bildirirlər ki, zəlzələlərin harada baş verə biləcəyini söyləyə bilsələr də, onun zamanını və gücünü dəqiqliklə demək elmin malik olduğu imkanlarla hələ ki mümkün deyil.
Günbəgün inkişaf edən texnologiya və süni intellekt sayəsində tədqiqatçılar son zamanlar bu istiqamətdə müəyyən nailiyyətlər əldə edirlər. ABŞ-nin Berkli Kaliforniya Universitetinin və Kaliforniya Qubernatorluğunun Fövqəladə Xidmətlər İdarəsinin birgə işi sayəsində avqustun 13-də Los-Ancelesdə baş verən 4,4 bal gücündə zəlzələnin insanlar üçün qəfil olmasının qarşısı alınıb. Smartfonlara yüklənilən yeni tətbiq ilə Los-Ancelesdə yaşayan təxminən 4 milyon insan mobil telefona yüklənilən tətbiq vasitəsilə zəlzələ xəbərdarlığı alıb. Kaliforniyadan Vaşinqtona qədər smartfonlara daxil olan məlumatları toplayan proqram telefonun yerinə görə zəlzələ xəbərdarlığını göndərib. Berkli Universitetinin Seysmologiya Laboratoriyasının direktoru Riçard Allen deyib ki, xəbərdarlığın müddəti zəlzələnin yerindən və telefonların işləkliyindən asılı olaraq dəyişib.
Texas Universitetinin əməkdaşı Sergey Fomel komandası ilə birlikdə Çində yeddi ay davam edən təcrübə çərçivəsində zəlzələnin proqnozlaşdırılmasını həyata keçirib. Bu sahədə mühüm addımlar atan tədqiqatçılar süni intellekt alqoritmi ilə zəlzələləri 70 faiz dəqiqliklə proqnozlaşdırıblar.
Araşdırma haqqında danışan S.Fomel bildirib ki, əvvəlki cəhdlərin çoxu zəlzələlərin mürəkkəb strukturunun həllinə yönəlmişdi: "Biz isə statistik məlumatları süni intellektdən istifadə edərək təhlil etdik. Heç kim belə uğurlu və heyrətləndirici nəticə gözləmirdi".
Bir neçə saniyənin həyati əhəmiyyət kəsb etdiyi zəlzələ anı haqqında dəqiq proqnoz verməyin mümkün olub-olmadığı hələ də müzakirə mövzusudur. Bu təbii fəlakəti 100 faiz proqnozlaşdıran bir sistemin hazırlanması üçün tədqiqatçılar gecə-gündüz çalışırlar. Dünyanın ən aktiv zəlzələ nöqtələrindən birinə sahib olan Yaponiya yüksəktexnologiyalı məhsullar istehsal etməsinə baxmayaraq, zəlzələ proqnozu verə bilməyərək yalnız xəbərdarlıq mətni yayımlayır. Yaponiya Meteorologiya Agentliyi tarix, saat və məkan göstərməklə zəlzələləri proqnozlaşdıran məlumatların yanıldıcı olduğunu bildirir.
Süni intellektdən istifadə zəlzələlərin proqnozlaşdırılmasında ümidverici nəticələr verdiyi üçün ABŞ mütəxəssisləri yeni tətbiqi ABŞ-nin Qərb sahili, Yaponiya və Aralıq dənizi kimi seysmik cəhətdən aktiv bölgələrdə də sınaqdan keçirməyi planlaşdırdıqlarını söyləyirlər.
Artıq bir müddətdir ki, Android istifadəçilərinə zəlzələ başlayan zaman xəbərdarlıq smsləri gəlir. Bəs bu, necə baş verir? Android sistemi ABŞ-nin zəlzələ ilə bağlı Erkən Xəbərdarlıq Sistemi olan "ShakeAlert"lə əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, bütün smartfonlarda titrəmə və sürəti hiss edən kiçik akselerometrlər var. Telefon titrəməni aşkar edərsə, zəlzələnin baş verdiyi yer haqqında məlumatı zəlzələ təyinetmə serverinə göndərir. Daha sonra server zəlzələnin olub-olmadığını anlamaq üçün bir çox telefondan gələn məlumatları birləşdirir. Bunun üçün bütün dünyada mini seysmometrlər kimi istifadə edilən 2 milyarddan çox Android sisteminə malik telefonlardan istifadə edilir. Bu smartfonlar zəlzələnin vibrasiyasını və sarsıntı sürətini aşkar edir və müvafiq olaraq təsirlənmiş ərazilərdə Android istifadəçilərini sms vasitəsilə xəbərdar edir.
Mövcud GPS texnologiyalarından 100 qat daha həssas sensorların istehsal edilməsinin lazım olduğu qənaətinə gələn Berkli Kaliforniya Universitetinin mütəxəssisləri yalnız bu baş verərsə, zəlzələləri əvvəlcədən proqnozlaşdırmağın mümkünlüyünü vurğulayırlar.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun, Azərbaycan Respublikası Prezidentinin “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 30 may tarixli 76 nömrəli və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2024-cü il 30 may tarixli 77 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Ekoloq: Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal liderlik missiyasını öz üzərinə götürüb
56 nömrəli marşrut avtobusuna hücum edənlər polis tərəfindən saxlanılıb
İranlı aparıcı işdən qovuldu
İranda dəhşətli qəza: 10-dan çox ölü, 41 yaralı var
Bayden Trampla əlaqə saxlaya bilmir
Qazaxıstan Prezidenti Almaniyaya Xəzər vasitəsilə yaşıl energetika layihəsində iştirak etməyi təklif edib
XİN: Niderland Azərbaycana və postmünaqişə dövründə regiondakı vəziyyətə münasibətdə növbəti dəfə qərəzli yanaşma nümayiş etdirir
Cinayətləri öncədən proqnozlaşdıran süni intellekt təqdim edilib
Makronun impiçmenti ilə bağlı hazırlıq gedir
Aİ Rusiya aktivlərinin 1,4 milyard avroluq gəlirini Ukraynaya yönəldib
Meymunçiçəyinə qarşı ilk peyvənd təsdiqlənib
Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB
İran Prezidenti əxlaq polisinin qadınları narahat etməyəcəyinə söz verib
Balakəndə əməliyyatlar zamanı narkotik plantasiyaları salan 5 nəfər saxlanılıb
Bu ilin səkkiz ayında 24 mindən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib
Türkiyədə ÜDM-in uzunmüddətli artması üçün baza formalaşdırılır
Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivə sənədi və COP29 barədə fikir mübadiləsi aparılıb
Qarabağ Universitetinin tələbələri Xankəndiyə gəliblər
Qonşu ölkədə dəhşətli qəza: 10-dan çox ölən var
Naxçıvanda sahibkarlarla görüş keçirilib
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!