13 Sentyabr 2024 09:00
2914
Elm və texnika
A- A+
İşgəncələrlə öldürülən dəstə başçısı

İşgəncələrlə öldürülən dəstə başçısı

 

Qədim ağa Bədirbəyli bölgənin tanınmış mülkədarlarından olub. O, 1855-ci ildə Yelizavetpol (Gəncə) quberniyası Şəmkir dairəsinin Morul kəndində doğulub. 1882-ci ildə, 27 yaşındaykən adlı-sanlı nəsildən olan Güllü xanımla ailə qurub.  Bu izdivacdan cütlüyün 11 övladı - beş oğlu (Xəlil ağa, Zeynal ağa, Hadı bəy, Həni bəy, İslam bəy), 6 qızı (Əsli, Xanım, Yəmən, Səlfinaz, Nisə, Həmayə)  olmuşdur.
Hündürboy, dolubədən, pəhləvan cüssəli Qədim ağanın 80 desyatindən (87,2 hektar) çox torpağı, əkin-biçin və örüş yeri, mal-qarası, at ilxısı, qoyun sürüləri var idi. Qoçaq, təəssübkeş və haqq yolunda olan adam kimi tanınan Qədim ağa 1900-1919-cu illərdə ətrafına xeyli adam toplayıb dəfələrlə Göyçə mahalına və  Qarabağa - yerli əhaliyə hücum edən daşnak-erməni silahlılarına qarşı vuruşmuşdu. Çünki çar Rusiyası tərəfindən məqsədli şəkildə Cənubi Qafqazın münbit, suyu bol, havası təmiz dağlıq və dağətəyi ərazilərinə, o sıradan Qarabağa, Gəncəbasara və Göyçə mahalına köçürülən ermənilər həmin yerlərin həqiqi sahiblərini hər cür vasitələrlə sıxışdırır, yerli müsəlman əhalini terrora məruz qoyur, öz evlərindən didərgin salır, qəfil hücumlar edərək uşaqdan-böyüyə hamını vəhşicəsinə qətlə yetirərək əlavə torpaqlar ələ keçirirdilər.
Qədim ağa Gəncədə yaradılan "Müdafiə"  və "Qeyrət" özünümüdafiə təşkilatlarının, habelə Ələkbər bəy Rəfibəylinin və Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında fəaliyyət göstərən "Difai"nin vuran əli idi. Əmisi oğlu Hüseyn bəyin təşkilatçılığı ilə "Müsavat"ın Şəmkirdə özəyi yaradılanda müsavata üzv yazılmışdı. 
...İmperiya qüvvələri tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan və qəddarlıqla qarşısı alınan Gəncə üsyanından sonra bolşevik Əliheydər Qarayev və İbrahim Əliyev yerli əhalinin onlara asanlıqla tabe olmayacağını bilib rus ordusunun Gürcüstanın Rustavi yaşayış massivi ətrafında yerləşən hərbi bazasından böyük bir hissəni bölgəyə gətirmək, dörd il bundan əvvəl Qədim ağanın, Səməndər ağanın və Süleyman ağanın gücünə Şəmkirdən qovulan çar ordusunun saxlandığı ərazidə yerləşdirmək istəyirdilər. 
Rus əsgərlərinin Qazaxı keçib, Tovuz tərəfdən Şəmkirə doğru irəlilədiyini eşidən əhali daha da vahimələnmişdi. Gəncə üsyanından  salamat və yaralı dönən bəzi şəmkirlilər, ilk növbədə "Müsavat"ın yerli özəyinin başçısı Hüseyn bəy, böyük nüfuz sahibi Səməndər ağa, Qədim ağa, Süleyman ağa və başqaları qabağa düşüb camaatı səfərbər edərək rus ordusunu Şəmkirə buraxmamağa söz vermişdilər. Silahı olanlar  silahlanmış, olmayanlar da əlinə bel, yaba  götürüb qiyamçılara qoşulub son nəfəsədək vuruşacaqlarını bildirmişdilər. Xəbərdən xəbəri olanlar - Zəyəmətrafı kəndlərdən, Qaranüydən, Dəllərdən, Keçilidən, Qaracəmirlidən, Qapanlıdan, Koltəhnəlidən, Təzəkənddən və digər yerlərdən buraya gəlmişdilər. Onların bir hissəsinə  Süleyman ağanın oğlu İsfəndiyar ağa Bədirbəyli rəhbərlik etmişdi.
... Zəyəmdən çıxan hərbçilər atlı-arabalı magistral yolda xeyli irəlilədilər, elə ki, kolonun sonu göründü, yolun sağında və solunda pusquda duran əhali dörd bir yandan hücuma keçdi. Güllə səsindən, at kişnərtisindən qulaq batırdı, barıt iyindən nəfəs almaq olmurdu. Atışmanın şiddətli vaxtı günortaya yaxın Şiştəpə yolunun üstündə Daşdəmirli mülkünə düşən mərmi tikilini xarabazarlığa çevirdi. Əhalinin sıx yaşadığı ərazilərə atılan top mərmiləri  böyük dağıntıya və yanğına səbəb oldu. Ot və saman tayalarının alovu göylərə dirənirdi. Şəhərə böyük ziyan dəydi, xeyli insan yaralandı və öldü. Təəssüflər olsun ki, rus ordusuna qarşı çıxan silahlı camaata rəhbərlik edən Qədim ağa, İsfəndiyar ağa və çoxsaylı tərəfdaşları bolşevik ordusunun qabağında duruş gətirə bilmədilər, şər qarışanda geri çəkilməyə məcbur oldular. Ordu rəhbərləri qarşıdurmanın gecə yenidən baş qaldıracağından ehtiyat edərək Şəmkirə dönməyib, birbaşa Gəncəyə getdilər.
Qiyamdan sonra qəzəbi birə-iki artan bolşeviklər əvvəlcə satqınlar vasitəsilə qiyamın təşkilatçılarını və qiyamda iştirak edən tanınmışların kimliyini öyrəndilər, yerli əhaliyə qarşı cəza tədbirlərini gücləndirdilər.
Qara siyahıya salınmış Qədim ağanın ailəsinin başı üzərində qara buludlar dolaşırdı. Odur ki, ailə üzvləri gözə görünməmək üçün eldən-obadan uzaq gəzir, tez-tez yerlərini dəyişir, dost-tanış yanında gizlənirdilər. 
1920-ci ilin payızında Qədim ağa və oğlanları Şura hökuməti tərəfindən həbs edilərək, Morul qəbiristanlığının yaxınlığında kənd Şurası yerləşən binanın zirzəmisinə salınırlar. Bu zaman Qədim ağanın uşaqlıq dostu, Şura sədri işləyən Piri oğlu Əli gecə idarədə yerli bolşeviklərdən heç kim olmayanda əsgərlərə  Qədim ağanı göstərərək "Bunu səhv gətiriblər, bu muzdurdur " deyir, çiynindən itələyə-itələyə oğlanları ilə birlikdə çölə çıxarır və işarə edir ki, qaçın, canınızı qurtarın.
Qədim ağa gizlin sığınacaq üçün hansı qapıya gedirsə alınmır, nəinki dost-tanış, heç qohumlar belə qorxudan ona yaxın durmurlar. Əli hər yerdən üzülən Qədim ağa  məcbur olub qışın qarlı-şaxtalı gecəsində Moruldan xeyli aralıda yerləşən  Dağ İrmaşlı kəndinə, uzaq tanışı, məşhur qaçaq, sonradan yeni quruluşun tərəfdarına çevrilən Kor Atakişinin üstünə gedir. Onun köməyi ilə ailəsini hamıdan gizlin kənddən-kəsəkdən aralı almanlardan qalma mal tövləsində yerləşdirir. Bundan iki gün sonra Kor Atakişinin himayədarlığı sayəsində Moruldan adlı-sanlı mülkədar Məşədi Zalın beşnəfərlik ailəsi də burada gizlənməli olur.
Qədim ağa hərdən gecələr Morula gedib rəncbər və çobanlarla gizlin görüşür, haqq-hesab edirdi, onlara dükan-bazardan müəyyən ərzaq aldırırdı. Bu minvalla Məşədi Zalın ailəsi dörd il, Qədim ağanın ailəsi isə beş il Dağ İrmaşlıda gizlin qaçaq həyatı yaşadı. Bu illər ərzində elə bir gün olmadı ki, NKVD Qədim ağa və onun ailəsinin axtarışında olmasın.
Nəhayət, NKVD-çilər illərlə axtardıqlarını tapdılar. Qədim ağanın oğlu Xəlil ağa 1927-ci ildə sürgünə göndəriləndən bir ay sonra Qədim ağanı da həbs etdilər. Onu bu tutqudan yenə də uşaqlıq dostu - kənd Şurası sədrliyindən Şamxor Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilən Piri oğlu Əlı qurtardı. 
Banditləri, qolçomaqları, yeni quruluşun şübhəli bilinən qatı düşmənlərini şər qarışandan sonra yığıb milis idarəsinə gətirəndə Piri oğlu Əli dostu Qədim ağanı onların arasında görür, tez üzünü ordu əsgərlərinə tutub uca səslə: "Bu köpək oğlunu cütlə yer əkməyə göndərmişəm" deyib, acıqlı-acıqlı çönür Qədim ağaya sarı:  "A kişi, ökuzlər itəcək, rədd ol, get işinə!" deyib sinəsindən geri itələyə-itələyə gətirilən dəstənin içərisindən çölə çıxarır. Onu gətirən əsgərlərə Qədim ağanın  kolxozçu olduğunu  bildirir.
1937-ci ilin yayında - Siyasi İdarənin əməkdaşları ermənilərin vasitəsilə Qədim ağanı Morul yolunun üstündə yeznəsi Şöhlə oğlu Süleymanla bir yerdə tutub həbs edirlər. Onları günlərlə ac saxlayır, möhkəm döyüb və işgəncə verirdilər. Bunu bilən oğlu Hadı bəy, eləcə də ailəyə yaxın bir neçə adam bir az da yemək götürüb gəlirlər Şəmkir NKVD-si kimi tanınan binanın yaxınlığına, böyürdə-başda hərlənirlər ki, kiməsə xahiş-minnət edib Qədim ağanı görə bilənlərlə heç olmasa yemək ötürə bilsinlər. Bundan xəbər tutan erməniəsilli NKVD rəisi Vasili Yakofidi hər iki dustağı - Qədim ağa ilə Süleymanı camaatın gözü qarşısında qol-qola bağlatdırır, günortanın cırhacırında başıaçıq, ayaqyalın, ac-susuz əsgərlərin qabağına qatıb atdöşü, payı-piyada Şəmkirdən birbaşa Zəyəmə göndərir. Əsgərlər yarımcan olan hər iki "cinayətkarı" günün qızmarında dayanmadan ac-susuz Zəyəmə aparır, heç hara, heç yerə dəymədən geri qaytarır. 
82 yaşlı Qədim ağa Şəmkirə çatanda gah zorla yeriyir, gah yıxılırdı, yıxılanda isə atın belindəki əsgər əlindəki qamçı ilə onu ayağa qalxmağa məcbur edirdi. Bunu görən Hadı bəy gecəynən banditizmə qarşı dəstə rəisi Nəcəfovun üstünə minnətə gedir, məsələni açıb ona danışır. 
Nəcəfov bu məsələdə kimin düz, kimin səhv olduğunun fərqinə varmadan deyir: 
- Bu, mənlikdir, sən arxayın get, amma bu barədə heç kim, heç nə bilməsin.
Doğrudan da, dəstə rəisinin köməyi ilə bir neçə gündən sonra Qədim ağa ilə Şöhlə oğlu Süleymanı Şəmkir  NKVD-sinin zirzəmisindən gecə ikən buraxırlar. 
Həbsdə olduqları günlərdə onları elə döymüşdülər, ki, nə Qədim ağa, nə də qızı Xanımın həyat yoldaşı Süleyman kişi nəfəs ala bilmirdi, ciyərləri sözlərinə baxmırdı. Evə gələndən iki həftə sonra, 1937-ci ilin avqustunda 82 yaşlı Qədim ağa dünyasını dəyişir. 
Şöhlə oğlu Süleyman isə qorxusundan Morulda qalmayıb, birbaşa dağa - Gədəbəyin Çətindərə yaylağındakı alaçığına gedir, Qədim ağanın üçü verilən günü o da həyatla vidalaşmalı olur. 

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:33
13 Mart

"DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı

00:32
13 Mart

“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

00:30
13 Mart

“Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

00:28
13 Mart

“Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarları və Qaydaları”nın təsdiq edilməsi haqqında

00:27
13 Mart

“Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRAR

00:26
13 Mart

“Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması Qaydaları”nın təsdiq edilməsi haqqında

00:24
13 Mart

Komitə sədri: Biznes subyektlərinin sırasında qadınların sayı artmaqdadır  

22:13
12 Mart

Bakıda “Dünyada İtalyan Dizaynı Günü” tədbiri keçirilib

22:12
12 Mart

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib

22:10
12 Mart

Lüksemburqla sərhəddə olan fransız komunaları həyəcan təbili çalır

22:09
12 Mart

Albaniya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

22:08
12 Mart

Bakıda Türkiyədən olan tələbələrin, şəhid və qazi ailələrinin iştirakı ilə iftar süfrəsi açılıb

22:06
12 Mart

TDT-nin yenilənmiş bayrağı rəsmi mərasimlə qaldırılıb

22:04
12 Mart

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə keçirilib

22:02
12 Mart

Zelenski: Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq

22:01
12 Mart

Azərbaycanlı qadın rəssamların “Avropanın rəngləri” adlı rəsm sərgisinin açılışı olub

19:46
12 Mart

Sahibə Qafarova: Azərbaycan ilə Çin parlamentləri arasında səmərəli əməkdaşlıq mövcuddur

19:44
12 Mart

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB

19:43
12 Mart

Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə ediblər

19:41
12 Mart

Dövlət Komitəsinin nümayəndə heyəti Qarsda bir sıra görüşlər keçirib

19:39
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!