11 Dekabr 2025 11:09
1053
Elm və texnika
A- A+
UNESCO-nun beynəlxalq jurnalında Bakının memarlıq irsi ilə bağlı məqalə dərc olunub  

UNESCO-nun beynəlxalq jurnalında Bakının memarlıq irsi ilə bağlı məqalə dərc olunub  

UNESCO-nun “Memarlıq, abidələr və şəhərsalma” beynəlxalq elmi jurnalında Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin tanınmış tədqiqatçı, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi ilə birgə “Bakı divarlı şəhər, Azərbaycan” adlı məqaləsi dərc olunub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqalə şəhər mühitinin və regionun memarlıq ənənələrinin minilliklər boyu davam edən təkamülünü əks etdirən qədim və orta əsrlər Bakısının tarixinə və memarlıq irsinə həsr olunub. Məqalədə şəhərin tarixi mərkəzi, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin əsasını təşkil edən şəhər quruluşu, hörgü texnikası, planlaşdırma yolları və dekorativ elementlərin ətraflı təhlili verilib. Tədqiqatda, həmçinin Bakı memarlığı Xəzər sahili mühitinin xüsusiyyətləri və əsrlər boyu şəhər quruluşunu formalaşdıran iqtisadi proseslər - ticarət, sənətkarlıq və neft hasilatı ilə müqayisə edilib. Materialda əsas diqqət Qafqaz və Türk dünyası mədəniyyətlərinin qarşılıqlı təsirinə yönəldilib.

Məqalədə qeyd olunub ki, Bakının taleyi Xəzər dənizi ilə ayrılmaz şəkildə bağlı olub, indi də belədir. Yazılı tarixi mənbələrdə əsrlər boyu təbii qazların yerdən çıxması və yanması Bakının fərqli bir xüsusiyyəti kimi göstərilib, oda sitayiş edən qədim xalqların nəzərində xüsusi bir müqəddəslik daşıdığı bildirilib.

Bakı qədim İpək Yolu üzərində yerləşən bir şəhərdir, şəhərsalmanın təkamülü və şəhərin memarlıq görünüşü Bakının əsrlər boyu keçdiyi inkişaf mərhələlərini əks etdirir. Müəlliflər Bakı qalasının əsrlər boyu davam edən təkamülünü izləyiblər. Onlar yerli ənənələrin, İslam ornamental naxışlarının, kompozisiya texnikalarının, Osmanlı istehkam elementlərinin və Avropa memarlığının şəhərin görünüşündə bir-biri ilə məharətlə uzlaşdığını nümayiş etdiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Biləsuvarda zəlzələ olub

11:23
13 Yanvar

Ötən gün 64 cinayətin açılması təmin edilib  

11:22
13 Yanvar

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb  

11:21
13 Yanvar

Sudanlı nazir müavini “ASAN xidmət”də  

11:19
13 Yanvar

“Goldman Sachs” neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb  

11:17
13 Yanvar

Rusiya ordusu Ukrayna ərazisinə kütləvi hava hücumu edib, ölənlər və yaralananlar var  

11:14
13 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

10:51
13 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib  

10:48
13 Yanvar

Azad olunmuş ərazilərdə dayanıqlı məşğulluğun mərkəzi - Ağdam Sənaye Parkı 

10:31
13 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:21
13 Yanvar

N hərbi hissəsində taktiki təlim keçirilib  

10:18
13 Yanvar

Azərbaycanda sayğaclaşdırma səviyyəsi Avropa İttifaqı ilə müqayisədə yüksəkdir 

10:16
13 Yanvar

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:11
13 Yanvar

Azərbaycan nefti cüzi bahalaşıb  

10:06
13 Yanvar

AAYDA gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

10:01
13 Yanvar

Böyük Britaniya qoşunlarının Ukraynaya göndərilməsi şərtini açıqlayıb  

09:44
13 Yanvar

Tramp İranla əməkdaşlıq edən ölkələrə 25 faiz vergi tətbiq ediləcəyini açıqlayıb  

09:34
13 Yanvar

Ağ Ev: Neft tankerləri Venesuela limanlarını yalnız ABŞ-ın icazəsi ilə tərk edəcək  

09:32
13 Yanvar

Venesueladakı hadisələr qlobal neft qiymətlərinə necə təsir edəcək?

09:00
13 Yanvar

Opera tariximizdə xüsusi yer tutan sənətkar

08:55
13 Yanvar

Tarixi keçmişimizi özündə yaşadan məkan

08:50
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!