27 Fevral 2026 16:23
1223
Elm və texnika
A- A+
Martın 3-də ilin ilk Ay tutulması olacaq

Martın 3-də ilin ilk Ay tutulması olacaq


Martın 3-də ilin ilk Ay tutulması baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, bu, tam Ay tutulması olacaq.

Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadisə “qanlı Ay” effekti ilə müşayiət olunur. Bunun səbəbi Yer atmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Ay səthinə çatmasıdır.

Əslində, Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, onu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.

Yarımkölgəli Ay tutulması martın 3-ü saat 12:44-də, qismən Ay tutulması saat 13:50-də, tam tutulma isə saat 15:04-də başlayacaq. Tam tutulma təxminən 58 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 15:33-də olacaq. Saat 16:02-də tam tutulma, saat 17:17-də qismən tutulma, saat 18:22-də yarımkölgəli Ay tutulması sona çatacaq.

Asiyadan, Avstraliyadan və Şimali Amerikadan görünəcək bu tutulma 31 dekabr 2028 – 1 yanvar 2029-cu ildə baş verəcək “Qanlı Ay” tutulmasına qədər olan sonuncu tam Ay tutulmasıdır. Tutulma prosesi zamanı Ay üfüqün altında olduğuna görə Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Robert Dobrovodski: İki ölkənin qazandığı təcrübə faydalı əməkdaşlıq üçün geniş imkanlar açacaq  

18:29
09 Aprel

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək  

18:13
09 Aprel

Çingiz Hüseynzadə: “Sabah” nəzəri cəhətdən çempiondur

18:03
09 Aprel

Naxçıvan Ali Məclisində muxtar respublika ombudsmanı haqqında qanunun ləğv edilməsi məsələsinə baxılacaq  

17:56
09 Aprel

Sahibə Qafarova: Azərbaycan-Türkiyə-Şimali Kipr üçtərəfli formatı əməkdaşlığın dərinləşməsinə xidmət edir  

17:53
09 Aprel

Yuri Boçarov: Orta Dəhlizin sürətlə artan əhəmiyyəti Azərbaycanın mövqeyini ciddi şəkildə gücləndirir  

17:51
09 Aprel

Ukraynaya daha min hərbçinin meyiti qaytarılıb

17:48
09 Aprel

SOCAR və ITOCHU neft-kimya sahələri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib  

17:43
09 Aprel

Daşkəsən, Qax və Şahdağa qar yağır- FAKTİKİ HAVA

17:36
09 Aprel

Tramp NATO ilə bağlı məyusluğunu etiraf edib

17:31
09 Aprel

Pakistanın ABŞ ilə İran arasında atəşkəsin əldə olunması istiqamətində oynadığı rol təqdir olunub  

17:27
09 Aprel

Cibuti – qeyri-sabit bölgədə sabit ölkə 

17:17
09 Aprel

BƏƏ Müdafiə Nazirliyi: Hava məkanı təhlükələrdən tam azad olunub  

17:01
09 Aprel

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib  

16:58
09 Aprel

“Kia”nın gələcək hədəfləri  

16:56
09 Aprel

Gəncə beynəlxalq diqqət mərkəzində: “WUF13 Ganja” sənədli filmi təqdim olunub  

16:47
09 Aprel

Azərbaycanın pravoslav xristian icmasına

16:43
09 Aprel

1 milyondan çox Sudan qaçqını yardımların kəsimləri ilə üzləşir 

16:39
09 Aprel

Çin 2030-cu ilə qədər Ay enişini həyata keçirməyi hədəfləyir

16:28
09 Aprel

Regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq

16:20
09 Aprel

Bakıda açılan satış-sərgidə əlilliyi olan şəxslərin 800-dən çox əl işi nümayiş etdirilir  

16:17
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!