05 Sentyabr 2024 08:55
321
Elm və texnika
A- A+
Qədim Şəmkir şəhərinin arxeologiyasına həsr olunmuş seminar keçirilmişdir

Qədim Şəmkir şəhərinin arxeologiyasına həsr olunmuş seminar keçirilmişdir

 

"Qədim Şəmkir şəhərinin arxeoloji-memarlıq: tədqiqi, qorunması və təbliği"  mövzusunda elmi-praktik seminar keçirilmişdir. Şəmkirdə keçirilən seminarda  rayon icra hakimiyyətinin, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun, "Qədim Şəmkir Şəhəri" Dövlət Tarix-Mədəniyyət qoruğunun nümayəndələri iştirak etmişlər.
Seminardan əvvəl "Qədim Şəmkir şəhəri" Dövlət Tarix-Mədəniyyət qoruğunun arxeoloji qazıntı işləri gedən Narınqala hissəsinə ekskursiya təşkil olunmuşdur. Burada iştirakçılara qoruğun tarixi, eyni zamanda arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat verildikdən sonra AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Tarix Dostiyev 2006-cı ildən bu günədək aparılan elmi-tədqiqat işlərindən və arxeoloji qazıntıların gedişatından ətraflı söhbət açmışdır. Ekskursiya zamanı tədbir iştirakçıları qoruqda sərgilənən artefaktlarla yaxından tanış olmuşlar. Onlara artefaktların tarixi, istehsal üsulu və məişətdə istifadə qaydaları haqqında məlumat verilmişdir.
Sonra qoruğun inzibati binasında seminar öz işinə başlamışdır. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev çıxış edərək qoruqların Azərbaycanın mədəni irs tarixində əhəmiyyətindən, onların qorunması və təbliği sahəsində dövlətin göstərdiyi diqqət və qayğıdan danışmışdır. "Qədim Şəmkir şəhəri" Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Nurlan Həsənov isə qoruğun yaranması və fəaliyyəti, eyni zamanda gələcək perspektivlərindən söz açmışdır. 
Elmi-tədqiqat ekspedisiyasının rəhbəri Tarix Dostiyev arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin qorunması və təbliği sahəsində həyata keçirilən mühüm layihələr, 2024-cü ilin elmi tədqiqatlarının nəticələri haqqında fikirlərini seminar iştirakçılarının diqqətinə çatdırandan sonra, onları maraqlandıran suallar cavablandırılmışdır.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı

15:17
17 Sentyabr

Ekoloq: Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal liderlik missiyasını öz üzərinə götürüb

15:04
17 Sentyabr

56 nömrəli marşrut avtobusuna hücum edənlər polis tərəfindən saxlanılıb

15:02
17 Sentyabr

İranlı aparıcı işdən qovuldu

14:58
17 Sentyabr

İranda dəhşətli qəza: 10-dan çox ölü, 41 yaralı var

14:55
17 Sentyabr

Bayden Trampla əlaqə saxlaya bilmir 

14:48
17 Sentyabr

Qazaxıstan Prezidenti Almaniyaya Xəzər vasitəsilə yaşıl energetika layihəsində iştirak etməyi təklif edib

14:32
17 Sentyabr

XİN: Niderland Azərbaycana və postmünaqişə dövründə regiondakı vəziyyətə münasibətdə növbəti dəfə qərəzli yanaşma nümayiş etdirir

14:20
17 Sentyabr

Cinayətləri öncədən proqnozlaşdıran süni intellekt təqdim edilib

14:11
17 Sentyabr

Makronun impiçmenti ilə bağlı hazırlıq gedir  

13:57
17 Sentyabr

Aİ Rusiya aktivlərinin 1,4 milyard avroluq gəlirini Ukraynaya yönəldib

13:38
17 Sentyabr

Meymunçiçəyinə qarşı ilk peyvənd təsdiqlənib

13:23
17 Sentyabr

Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

13:00
17 Sentyabr

İran Prezidenti əxlaq polisinin qadınları narahat etməyəcəyinə söz verib

12:43
17 Sentyabr

Balakəndə əməliyyatlar zamanı narkotik plantasiyaları salan 5 nəfər saxlanılıb

12:25
17 Sentyabr

Bu ilin səkkiz ayında 24 mindən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  

12:18
17 Sentyabr

Türkiyədə ÜDM-in uzunmüddətli artması üçün baza formalaşdırılır  

12:14
17 Sentyabr

Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivə sənədi və COP29 barədə fikir mübadiləsi aparılıb

11:47
17 Sentyabr

Qarabağ Universitetinin tələbələri Xankəndiyə gəliblər  

11:07
17 Sentyabr

Qonşu ölkədə dəhşətli qəza: 10-dan çox ölən var  

11:03
17 Sentyabr

Naxçıvanda sahibkarlarla görüş keçirilib  

11:00
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!