24 İyul 2026 08:07
245
SİYASƏT
A- A+
Sülhün hüquqi zəmanəti

Sülhün hüquqi zəmanəti


Yekun sazişin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişdirməli, revanş iddiasından birdəfəlik imtina etməlidir


Cənubi Qafqaz regionunda uzunmüddətli münaqişədən sonra Azərbaycan və Ermənistan arasında de-fakto sülh şəraiti bərqərar olsa da, Bakı və İrəvanın yekun sülh sazişinə nə zaman imza atacağı bəlli deyil. 2025-ci ilin avqustundan etibarən sülh gündəliyində ciddi irəliləyişlər müşahidə olunub, praktiki dialoq intensivləşib.

Lakin prosesin hüquqi müstəvidə tamamlanması hələ də müəyyən maneələrlə qarşılaşır. İki ölkə arasında iqtisadi əlaqələrin, tranzit keçidlərin bərpası istiqamətində müəyyən addımların atılmasına baxmayaraq, dayanıqlı sülhün əldə olunması rəsmi İrəvanın üzərinə düşən öhdəliklərdən, xüsusilə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından asılıdır. 

Rəsmi Bakının yekun sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü ən təməl şərt Ermənistan Konstitusiyasından və digər hüquqi-normativ aktlardan Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların tamamilə çıxarılmasıdır. Lakin Ermənistanda keçirilən son seçkilərdən sonra bu istiqamətdə verilən açıqlamalardan və planlaşdırılan işlərdən prosesin qeyri-müəyyən dövrə qədər uzanacağı görünür. 

Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda verdiyi bəyanatda yeni Konstitusiya layihəsinin mətninin ilin sonunadək ictimaiyyətin müzakirəsinə təqdim olunacağını diqqətə çatdırıb. Hökumət başçısı layihənin əvvəlcədən planlaşdırılan müddətdə dərc edilməməsini iyunun 7-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqələndirib. Onun sözlərinə görə, hüquqi sənədin ətraflı və lazımi səviyyədə ictimai müzakirələrə çıxarılması məqsədilə prosesin vaxtı bir qədər təxirə salınıb. 

Eyni zamanda Paşinyan növbəti dəfə yeni Konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadların yer almalı olmamasını xüsusi vurğulayıb. Baş nazirin qənaətinə görə, bu cür revanşist və ərazi iddialarını ehtiva edən bəndlər regional sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradır. 

Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) "Avrasiya Alyansı" vətəndaş təşəbbüs qrupunun referenduma dair müraciətini təsdiqləməsi bu istiqamətdə müəyyən təşəbbüslərin olduğuna işarədir. Ekspertlər də bu addımın Ermənistanın gələcək xarici siyasət və geosiyasi kursunu müəyyən edəcək mühüm sınaq xarakteri daşıdığını qeyd ediblər. 

O cümlədən Qərb tərəfdaşlarının, xüsusilə ABŞ və Avropa İttifaqının Paşinyan hökumətinə siyasi və iqtisadi dəstəyi də baş nazirin mövqelərini möhkəmləndirir. Paşinyan və komandası erməni cəmiyyətini inandırmağa çalışır ki, dövlətin suverenliyi, təhlükəsizliyi və tərəqqisi regional əməkdaşlıq, iqtisadi inteqrasiya və qonşularla sülh şəraitində yaşamaqdan keçir. Regional layihələrin dinc əhalinin gündəlik rifahına müsbət təsiri zamanla erməni cəmiyyətindəki köhnə stereotiplərin və revanşist təfəkkürün aradan qalxmasına zəmin yarada bilər.

Lakin layihənin ilin sonunadək təqdim olunacağı barədə açıqlama Konstitusiya dəyişikliyi ilə bağlı ümumxalq referendumunun bu il baş tutub-tutmayacağı məsələsini sual altında qoyur və sülh müqaviləsinin imzalanma müddətini uzadır.

Ermənistan parlamentindəki güclər nisbəti də prosesə birbaşa təsir göstərir. Seçkilərdən sonra müxalifət düşərgəsinin mandat sayının hansı səviyyədə olacağı və hakim partiyanın təşəbbüslərinə dəstək verə biləcək parlamentarilərin mövcudluğu hələ də qeyri-müəyyəndir. Bu durum Paşinyan hökuməti üçün ciddi daxili müqavimət riski yaradır. 

Doğrudur, tərəflər rəsmi sülh sazişi imzalamadan da nəqliyyat-kommunikasiya xətlərinin açılması və ticarət əlaqələrinin qurulması istiqamətində irəliləyişlər əldə ediblər. Lakin indiki reallıqlara bağlı bu cür razılaşmalar gələcəkdə siyasi şəraitin dəyişməsi ilə pozula bilər. Üstəlik, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin tam başa çatması, habelə mövcud razılaşmaların dönməz xarakter alması yekun sülhün hüquqi müstəvidə təsbit olunması ilə mümkündür. 

Hüquqi baxımdan qarantiyası olmayan sülh Ermənistanın özü üçün də təhdiddir. Ölkənin regional layihələrdə yer alması, beynəlxalq investisiyaları cəlb etməsi və bərabərhüquqlu tərəfdaşa çevrilməsi üçün Konstitusiyadakı revanşist müddəalardan imtina qaçılmazdır. Qonşu ölkələrə qarşı ərazi iddiasını saxlayan bir dövlətlə uzunmüddətli tərəfdaşlıq qurmaq mümkün deyil. Məhz buna görə də Bakının Ermənistandan Konstitusiya dəyişikliyi ilə bağlı haqlı tələbinin icrası təkcə tərəflər arasındakı sülhün qarantiyası olmayacaq, eyni zamanda bütövlükdə Cənubi Qafqazda barışın, təhlükəsizliyin və iqtisadi tərəqqinin etibarlı zəmanəti olacaq.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sankt-Peterburqda “Wildberries” anbarları PUA hücumlarına məruz qalıb  

11:06
24 İyul

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 22 nəfər xəsarət alıb  

11:05
24 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

11:03
24 İyul

FHN gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:46
24 İyul

Qızıl və gümüşün qiymətləri ucuzlaşır

10:45
24 İyul

Azərbaycan neftinin qiyməti 8 dollardan çox artıb

10:40
24 İyul

Keçmiş məcburi köçkün: Doğma torpağımızda yenidən qurub-yaradacağıq

10:24
24 İyul

Şuşa sakini: Bu gün çox sevincliyik

10:23
24 İyul

Şamaxıda zəlzələ qeydə alınıb

10:21
24 İyul

Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb

10:18
24 İyul

Beyni qüvvətləndirən qidalar

10:10
24 İyul

Azərbaycanın "yaşıl enerji" layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atıb

10:05
24 İyul

 İran ABŞ-nin atəşkəs təklifini rədd etdi

10:01
24 İyul

Hindistanda tələbə etirazları hökumət üçün problemə çevrilib

10:00
24 İyul

Quterreşi kim əvəz edəcək?

09:55
24 İyul

Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf edən nüfuzlu dövlət kimi qəbul edilir

09:50
24 İyul

Qəhrəmanların ömrü əbədi olur

09:45
24 İyul

Dağ vüqarlı, qartal baxışlı 

09:40
24 İyul

Zəfər haqqımız idi

09:35
24 İyul

Xoşbəxt gələcəyin təməli - Vətən və xalq sevgisi

09:30
24 İyul

Azərbaycan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri Pirallahıya oldu

09:25
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!