24 İyul 2026 10:01
297
DÜNYA
A- A+
 İran ABŞ-nin atəşkəs təklifini rədd etdi

 İran ABŞ-nin atəşkəs təklifini rədd etdi


D.TRAMP: "Onların heç vaxt nüvə silahı olmayacaq"


Ötən həftə İraqın ABŞ-yə səfər etmiş Baş naziri Əli Zeydi cümə axşamı Tehrana atəşkəs təklifi təqdim edib, lakin rədd cavabı alıb. Bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən  məlumat verib. 

"İran cümə axşamı ABŞ Prezidenti Donald Trampın İraqın Baş naziri tərəfindən Tehrana təqdim edilən atəşkəs təklifini rədd edib", - deyə məlumatda bildirilir.

Zeydi ötən həftənin əvvəlində Ağ Evdə Trampla görüşəndən sonra iyulun 23-də İrana səfər edib. Nəşr qeyd edir ki, Tehrana təqdim olunan atəşkəs təklifinin təfərrüatları məlum deyil. "The New York Times" izah edir: "Lakin İran rəsmiləri bunun masada olan yeganə təklif olduğunu və hökumətlərinin Hörmüz boğazına nəzarəti həll edilməmiş qoyacaq müvəqqəti razılaşmada maraqlı olmadığını bildiriblər".

Bu arada ABŞ hərbi qüvvələri İrana qarşı iki saatdan çox davam edən ardıcıl 13-cü gecə hücumlarını başa çatdırıblar. Məlumat ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki açıqlamasında yayılıb. Açıqlamada  deyilir: "CENTCOM qüvvələri İranın Hörmüz boğazından keçən mülki dənizçilər və kommersiya gəmiləri üçün yaratdığı təhlükəni daha da azaltmaq üçün İran hərbi komandanlıq mərkəzlərini, dron saxlama obyektlərini, rabitə şəbəkələrini, sahil müşahidə məntəqələrini və dəniz obyektlərini hədəfə alıb". Həmçinin qeyd olunub ki, ABŞ qüvvələri Hörmüz boğazından keçən kommersiya gəmilərinə kömək etməyə davam edir. "İran İslam İnqilabı Keşikçiləri Korpusunun son hücumlarına baxmayaraq, beynəlxalq su yolu tranzit üçün açıq olaraq qalır. Ticarət gəmiləri ABŞ qüvvələrinin dəstəyi ilə boğazdan sərbəst şəkildə keçməyə davam edir", - deyə komandanlıq bildirib.

ABŞ Prezidenti Donald Tramp İrana təzyiqlərin davam etməli olduğunu vurğulayıb və Amerika hücumlarının dayanmayacağını deyib. Qeyd edib ki, islam respublikasının hakimiyyəti ilə "bundan sonra da eyni cür davranmaq lazımdır".

Vaşinqtonda Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) qərargahında məlumat mərkəzlərinə həsr olunmuş tədbirdə çıxış edən D.Tramp İranla bağlı vəziyyətə də toxunub. "İran İslam Respublikası ilə bağlı vəziyyət bizim üçün çox yaxşı gedir", - deyən Amerika lideri əlavə edib ki, onun fikrincə, İran "nəsə planlaşdırır, amma hələ hazır deyil". İran rəhbərliyini "pis niyyətlərdə" günahlandıran D.Tramp deyib: "Onlarla eyni cür davranılmağa davam edilməlidir. Onlar hələ hazır deyillər. Onların pis niyyətləri var idi. Biz onların nüvə silahına sahib olmasına icazə verə bilmərik".

ABŞ-də yüksək texnologiyalı infrastrukturun inkişafından danışan D.Tramp zaldakı investorlara və yerli hökumət nümayəndələrinə sualla müraciət edib: "İran və müttəfiqləri icmaları bir-bir məhv etməyə başlayanda bütün bu məlumat mərkəzi layihələrini davam etdirməyimiz vacib deyilmi?" ABŞ Prezidenti bir daha təkrarlayıb ki, Vaşinqton İranın nüvə silahı əldə etməsini  düşünməsinə belə "heç vaxt icazə verməyəcək". "İndi baş verənlər də məhz budur. Onların heç vaxt nüvə silahı olmayacaq", - deyə D.Tramp bildirib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sankt-Peterburqda “Wildberries” anbarları PUA hücumlarına məruz qalıb  

11:06
24 İyul

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 22 nəfər xəsarət alıb  

11:05
24 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

11:03
24 İyul

FHN gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:46
24 İyul

Qızıl və gümüşün qiymətləri ucuzlaşır

10:45
24 İyul

Azərbaycan neftinin qiyməti 8 dollardan çox artıb

10:40
24 İyul

Keçmiş məcburi köçkün: Doğma torpağımızda yenidən qurub-yaradacağıq

10:24
24 İyul

Şuşa sakini: Bu gün çox sevincliyik

10:23
24 İyul

Şamaxıda zəlzələ qeydə alınıb

10:21
24 İyul

Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb

10:18
24 İyul

Beyni qüvvətləndirən qidalar

10:10
24 İyul

Azərbaycanın "yaşıl enerji" layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atıb

10:05
24 İyul

 İran ABŞ-nin atəşkəs təklifini rədd etdi

10:01
24 İyul

Hindistanda tələbə etirazları hökumət üçün problemə çevrilib

10:00
24 İyul

Quterreşi kim əvəz edəcək?

09:55
24 İyul

Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf edən nüfuzlu dövlət kimi qəbul edilir

09:50
24 İyul

Qəhrəmanların ömrü əbədi olur

09:45
24 İyul

Dağ vüqarlı, qartal baxışlı 

09:40
24 İyul

Zəfər haqqımız idi

09:35
24 İyul

Xoşbəxt gələcəyin təməli - Vətən və xalq sevgisi

09:30
24 İyul

Azərbaycan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri Pirallahıya oldu

09:25
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!