24 İyul 2026 08:40
280
SİYASƏT
A- A+
Azərbaycan Avropanın ən etibarlı tərəfdaşlarından biridir

Azərbaycan Avropanın ən etibarlı tərəfdaşlarından biridir


Müstəqil xarici siyasət, iqtisadi imkanlar və səmimi əməkdaşlıq dövlətimizin Avropa ölkələri ilə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldib


Regional güc mərkəzinə çevrilən və beynəlxalq mövqeyini ardıcıl olaraq möhkəmləndirən Azərbaycan Avropanın enerji təhlükəsizliyində və nəqliyyat sistemində söz sahibi olan dövlətlərdən birinə çevrilib. Bu gün Avropa İttifaqı və onun aparıcı paytaxtları Azərbaycanla münasibətləri bərabərhüquqlu və uzunmüddətli strateji tərəfdaşlıq prizmasından dəyərləndirirlər. Bunun təməlində isə qarşılıqlı etimad, suverenliyə hörmət və ortaq maraqlara söykənən səmimi dialoq mühiti dayanır. 

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin müsbət məcraya yönəlməsində 2025-ci ilin mayında Tiranada, oktyabrında isə Kopenhagendə keçirilmiş "Avropa Siyasi Birliyi"nin (ASB) Zirvə görüşləri xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı İlham Əliyevin həmin toplantılarda fəal iştirakı, ali səviyyəli təmasları və konseptual baxışı əməkdaşlığa güclü təkan verdi. Məhz rəsmi Bakı ilə Brüssel arasında dərinləşən yaxınlaşmanın əyani təzahürü kimi ASB-nin 12-ci Zirvə görüşünə 2028-ci ildə Azərbaycanın evsahibliyi etməsi barədə yekdil qərar qəbul olundu. Avropanın ən mötəbər siyasi platformasının Bakıya həvalə edilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun əyani təsdiqidir.

Diplomatik təməllər üzərində inkişaf edən Azərbaycan-Aİ münasibətləri 2026-cı ildə özünün intensiv dövrünü yaşayır. Prezident İlham Əliyevin iyulun 20-21 tarixlərində Almaniyaya rəsmi səfəri də  Bakının Avropanın aparıcı mərkəzləri ilə birbaşa dialoqunun növbəti nümayişi idi. Dövlətimizin başçısının Almaniya Prezidenti və Federal Kansler ilə keçirdiyi ali səviyyəli görüşləri, imzalanan mühüm tarixi sənədlər tərəflərin əməkdaşlıqda nə qədər maraqlı olduqlarını, bərpaolunan enerji, sənaye investisiyaları və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına vahid prizmadan baxdıqlarını aydın şəkildə üzə çıxardı. 

Münasibətlərdəki yüksək dinamika, Avropanın aparıcı dövlətləri ilə qurulan ali səviyyəli dialoqun miqyası yalnız Berlinlə yekunlaşmır. 2026-cı ilin martında Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın, may ayında Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın və iyulda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Azərbaycana  səfərləri rəsmi Bakının Brüsselin xarici siyasət gündəmində nə dərəcədə önəmli aktor olmasından xəbər verir. Avropanın ali rəhbərliyinin dövlətimizin başçısı ilə birbaşa və konstruktiv dialoqu Aİ-nin Cənubi Qafqazda sabitlik və inkişafın mərkəzi kimi məhz Azərbaycanı qəbul etdiyini göstərir. Qonaqların Azərbaycan haqqında yüksək fikirlər səsləndirməsi də Brüsselin Azərbaycanla münasibətləri yeni mərhələyə çıxarmaq niyyətində olduğundan xəbər verir. 

Avropa indi Azərbaycanı regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya və iqtisadi inteqrasiya baxımından əsas tərəfdaş hesab edir. Təsadüfi deyil ki, Ursula fon der Lyayen Azərbaycanı Avropa İttifaqının strateji tərəfdaşı adlandırmış, dünyada az sayda ölkənin Azərbaycan qədər regional əməkdaşlığın və sabitliyin inkişafına töhfə vermək imkanına malik olduğunu vurğulamışdı. Bu qiymətləndirmə Azərbaycanın regionun lider dövləti kimi qəbul olunduğunun nümayişidir. 

Avropa İttifaqının rəhbər şəxslərinin qısa müddət ərzində ölkəmizə ardıcıl səfərləri və bu təmasların mahiyyəti dövlətimizin başçısı tərəfindən də gündəmə gətirilib. İyulun 13-də keçirilən IV Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı Prezident İlham Əliyev bu intensivliyi və onun arxasında duran siyasi iradəni xüsusi vurğulayaraq bildirib: "Bu ilin bir neçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu. Martda Avropa İttifaqı Şurasının prezidenti cənab Koşta, mayda Avropa diplomatiyasının rəhbəri xanım Kallas və iyulda Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen Azərbaycana gəldilər. Onların və mənim ictimaiyyətə açıqlamalarımızda hər kəs iki tərəfin əməkdaşlıq səviyyəsindən razı qaldıqlarını görə bilər". Prezident İlham Əliyevin bu bəyanatı da rəsmi Bakı ilə Aİ arasında qarşılıqlı etimada əsaslanan dialoqun yüksək səviyyəsini təsdiqləyir. 

Paralel olaraq, son aylarda Litvanın Baş naziri İnqa Ruqiniene, Latviya Prezidenti Edqars Rinkeviçs, Çexiyanın Baş naziri Andrey Babiş və İtaliyanın Baş naziri Ciorcia Meloninin ölkəmizə ardıcıl səfərləri də Azərbaycanın artan nüfuzundan və Avropa ölkələrinin Bakı ilə tərəfdaşlığa önəm verməsindən xəbər verir. 

Bu ölkələrlə yüksəksəviyyəli dialoqun formalaşmasında iqtisadi amillər, xüsusilə enerji faktoru həlledici rol oynayır. Aİ-yə üzv olan 27 dövlətdən 10-u ilə strateji tərəfdaşlıq haqqında rəsmi sənədlərin imzalanması Brüsselin Bakı ilə münasibətlərə verdiyi dəyərin göstəricisidir. "Cənub qaz dəhlizi" vasitəsilə Xəzər resurslarının Avropa bazarlarına çatdırılması qitənin enerji xəritəsini köklü şəkildə dəyişdirib. Bu gün artıq 10-u Aİ üzvü olmaqla, ümumilikdə 16 ölkə Azərbaycanın mavi yanacağını idxal edir. 2027-ci ilə qədər Avropaya qaz tədarükünün 20 milyard kubmetrə çatdırılması hədəflənir. 

Azərbaycan qlobal iqlim probleminin həllində və "yaşıl keçid" prosesində də öncül tərəfdaş kimi çıxış edir. Avropa İttifaqı Xəzər regionundan Qara dənizin dibi ilə Rumıniya və Macarıstana qədər uzanacaq "yaşıl enerji" kabeli layihəsinə böyük maraq göstərir. Bu təşəbbüs Bakını Avropanın elektrik enerjisi şəbəkəsinə birbaşa bağlayır. Eyni zamanda Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan optik kabel xətti layihəsi göstərir ki, Azərbaycan Avropa ilə Asiya arasında təkcə fiziki yükləri və enerjini ötürməklə kifayətlənmir, həm də rəqəmsal məlumat axınını birləşdirən əsas mərkəzə çevrilir. Hədəf rəqəmsal transformasiya, süni intellekt və yeni texnologiyalar sahəsində birgə addımlara nail olmaqdır. 

Nəhayət, digər regionlardakı qeyri-sabitlik fonunda Azərbaycanın aparıcı rola sahib olduğu Orta dəhliz Aİ-nin Mərkəzi Asiya və Çinə çıxışını təmin edən ən təhlükəsiz, dayanıqlı və səmərəli tranzit marşrutudur. Bakı Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və müasir gömrük infrastrukturu Şərqlə Qərb arasında alternativi olmayan bağlantı qovşağı yaradıb. 

Bütün bu faktlar bir həqiqəti ortaya qoyur: bu gün rəsmi Bakının iştirakı və razılığı olmadan Avrasiya məkanında irimiqyaslı nəqliyyat, enerji və təhlükəsizlik layihələrinin effektiv fəaliyyət göstərməsi mümkün deyil. Azərbaycan Avropa ilə münasibətlərdə öz şərtlərini və milli maraqlarını qəbul etdirən, qlobal arenada söz sahibi olan bərabərhüquqlu strateji tərəfdaşdır.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sankt-Peterburqda “Wildberries” anbarları PUA hücumlarına məruz qalıb  

11:06
24 İyul

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 22 nəfər xəsarət alıb  

11:05
24 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

11:03
24 İyul

FHN gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:46
24 İyul

Qızıl və gümüşün qiymətləri ucuzlaşır

10:45
24 İyul

Azərbaycan neftinin qiyməti 8 dollardan çox artıb

10:40
24 İyul

Keçmiş məcburi köçkün: Doğma torpağımızda yenidən qurub-yaradacağıq

10:24
24 İyul

Şuşa sakini: Bu gün çox sevincliyik

10:23
24 İyul

Şamaxıda zəlzələ qeydə alınıb

10:21
24 İyul

Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb

10:18
24 İyul

Beyni qüvvətləndirən qidalar

10:10
24 İyul

Azərbaycanın "yaşıl enerji" layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atıb

10:05
24 İyul

 İran ABŞ-nin atəşkəs təklifini rədd etdi

10:01
24 İyul

Hindistanda tələbə etirazları hökumət üçün problemə çevrilib

10:00
24 İyul

Quterreşi kim əvəz edəcək?

09:55
24 İyul

Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf edən nüfuzlu dövlət kimi qəbul edilir

09:50
24 İyul

Qəhrəmanların ömrü əbədi olur

09:45
24 İyul

Dağ vüqarlı, qartal baxışlı 

09:40
24 İyul

Zəfər haqqımız idi

09:35
24 İyul

Xoşbəxt gələcəyin təməli - Vətən və xalq sevgisi

09:30
24 İyul

Azərbaycan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri Pirallahıya oldu

09:25
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!