17 İyun 2026 08:00
242
SİYASƏT
A- A+
Sülh prosesi artıq geridönməz məcradadır

Sülh prosesi artıq geridönməz məcradadır


Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqillik və çoxəsrlik milli dövlətçilik tariximizin ən parlaq və qüdrətli dövrünü yaşadığımız indiki mərhələdə Cənubi Qafqazın geosiyasi mənzərəsi köklü şəkildə yenidən formalaşmaqdadır. Otuzillik erməni işğalına və bu işğalı legitimləşdirməyə çalışan qlobal güclərin riyakar siyasətinə Prezident İlham Əliyevin müzəffər liderliyində öz güc və imkanları, böyük və mütləq hərbi-siyasi zəfəri ilə son qoyan Azərbaycan bu gün regionda dayanıqlı sülhün və regional təhlükəsizliyin yeganə və alternativsiz təminatçısı kimi çıxış edir. Bu kontekstdə qədim mədəniyyət paytaxtımız Şuşada keçirilən "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusundakı beynəlxalq konfrans və Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı tarixi məktub postmünaqişə dövrünün hüquqi, siyasi və iqtisadi yol xəritəsidir.

Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi direktivlər əsasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikasının Prezidentinin  Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistana reallaşan səfər və İrəvanla birbaşa təmasları göstərir ki, Bakının müəyyən etdiyi sülh strategiyası, sadəcə, bəyanatlardan ibarət deyil, sahədə və masada addım-addım icra olunan real mexanizmdir: "Azərbaycan dövlətinin yürütdüyü bu qətiyyətli xarici siyasət kursunun və sülh prosesinin cari dinamikasının təməlində dayanan amilləri daha aydın anlamaq üçün bu situasiyanı bir neçə konseptual müstəvidə təhlil etmək zəruridir. Əvvəlcə ondan başlamaq zəruridir ki, ölkə Prezidentinin Şuşa konfransına qalib dövlətin ədalət formulu məzmunlu məktubu bəşəri ədalətin və beynəlxalq hüququn təntənəsi olan fundamental bir sənəddir. Burada əsas xətt ondan ibarətdir ki, Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin birgünlük lokal antiterror tədbirləri ilə təkcə öz torpaqlarını azad etməyib, həm də BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrini təkbaşına icra edərək, beynəlxalq hüququn nüfuzunu xilas edib. Bu, həm Ermənistana, həm də Avropadakı müəyyən revanşist, neomüstəmləkəçi dairələrə, xüsusilə Fransa kimi korlanmış siyasi təfəkkür sahiblərinə verilən açıq mesajdır: Cənubi Qafqazda köhnə status-kvoya qayıdış imkansızdır, Azərbaycanın yaratdığı reallıqlar mütləqdir və hamı tərəfindən qəbul edilməlidir".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin məktubunda yer alan ən mühüm diplomatik, lakin açıq şifrələrdən biri də ötən il Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanan Birgə Bəyannaməyə və sülh sazişinin paraflanmasına edilən xüsusi istinaddır. Bu fakt rəsmən təsdiq edir ki, sülh artıq mücərrəd bir niyyət deyil, hüquqi cəhətdən çərçivəyə salınmış birmənalı öhdəlikdir. Daha aydın formada desək, dövlət başçısının timsalında milli iradənin qətiyyətini və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsipləri rəhbər tutan Bakı sülh gündəliyini diktə edir. Lakin bu diktə qalib dövlətin təkəbbürü deyil, ümumbəşəri dəyərlərə və insan təhlükəsizliyinə söykənən ədalətli bir nizamdır. "Həmçinin məktubda Zəngəzur dəhlizinin açılması məsələsinin qlobal miqyasda - "Orta dəhliz"in strateji seqmenti kimi təqdim olunması Azərbaycanın geoiqtisadi *zəkasının və Prezident İlham Əliyevin simasında qırılmaz iradə və qətiyyətin təzahürüdür. Aydındır ki, Zəngəzur dəhlizi təkcə Naxçıvanla quru əlaqəsini təmin etməyəcək, həm də regionun iqtisadi arxitekturasını dəyişəcək. Bu, həm də İrəvana uzadılan iqtisadi xilas əlidir və öz mifləri və təcavüzkar siyasətinin nəticəsində dalan dövlət kimi öz siyasətinin qurbanına çevrilən Ermənistan tədricən anlamaqdadır ki, zəngin dəhlizin müqavimət göstərmək öz gələcəyini intihara sürükləmək deməkdir. Belə bir situasiyada sülh prosesində rəsmi Bakının ən böyük uğurlarından biri kənar manipulyasiyalara imkan verməyən birbaşa rabitə kanalının qurulmasıdır", - deyə o əlavə edib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin məktubunda Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması, eləcə də Bakıda baş tutan və dünya miqyasında rezonans doğuran BMT-nin Ümumdünya Şəhərsalma Forumunun nəticələrinə toxunması xüsusi siyasi məzmun və fəlsəfə daşıyır: "Azərbaycan dünyaya sülhün vizual sübutunu təqdim edir. Ermənistanın otuz il ərzində xarabalıqlara çevirdiyi, hər daşını, hər məscidini təhqir etdiyi Qarabağ və Şərqi Zəngəzur bu gün "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları ilə yenidən qurulur. Hazırda işğaldan azad edilmiş yurd yerlərimizdə 85 mindən çox soydaşımızın təhlükəsiz və layiqli şəraitdə yaşaması, işləməsi və təhsil alması sülh prosesinin ən güclü demoqrafik və siyasi arqumentidir. Bu rəqəmlər həm də İrəvana və onun revanşist qüvvələrinə bir xəbərdarlıqdır ki, Azərbaycan öz torpaqlarına əbədi qayıdıb və orada milyardlarla dollarlıq yeni bir həyat qurur. Bu reallığın qarşısında hansısa "status" xülyasından danışmaq və ya revanşist ideyalarla yaşamaq Ermənistan üçün demoqrafik və iqtisadi intihardan başqa bir şey deyildir.  Möhtərəm Prezidentin adıçəkilən müraciətinin ən konseptual tezislərindən biri də türk dünyasının XXI əsrdə yeni geosiyasi güc mərkəzinə çevrilməsi prosesidir. Cənab İlham Əliyevin hər zaman vurğuladığı kimi, bizim ailəmiz türk dünyasıdır. Tarixi Şuşa Bəyannaməsi ilə Türkiyə ilə müttəfiqliyimizi ən yüksək zirvəyə qaldıran Azərbaycan bu gün Türk Dövlətləri Təşkilatının gücündən regionda sülhün qarantı kimi istifadə edir. İndi Ermənistan sülh müqaviləsini imzalayarkən dərk etməlidir ki, o, təkcə Bakının şərtlərini qəbul etmir, həm də bütöv bir türk coğrafiyası ilə - Londondan Pekinə qədər uzanan nəhəng bir iqtisadi-siyasi blokla münasibətləri normallaşdırmaq şansı qazanır. Əks təqdirdə, türk dünyasının bu ortaq geosiyasi gücü qarşısında Ermənistanın müqavimət göstərmək resursu yoxdur".

B.Məhərrəmov qeyd edib ki, Şuşada keçirilən mötəbər beynəlxalq konfrans və dövlət başçısının proqram xarakterli məktubu Cənubi Qafqazda sülh prosesinin artıq geridönməz məcrada olduğunu sübut edir. Birincisi, İrəvan Azərbaycanın diktə etdiyi fundamental şərtləri, o cümlədən ərazi bütövlüyümüzü Qarabağ daxil olmaqla, tam şəkildə tanımağı artıq hüquqi müstəvidə, yəni sazişin paraflanması ilə qəbul edib. Elə dövlət başçısının tapşırığına müvafiq olaraq iyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib. Hikmət Hacıyevin Dilicanda görüşünün misalında, görünən odur ki, aparılan birbaşa və praqmatik diplomatiya kənar təxribatçı güclərin regiona sızmaq cəhdlərini iflic edib. "Ən nəhayət, Azərbaycan Şuşadan dünyaya bəyan etməyi və göstərməyi bacardı ki, regional təhlükəsizliyin qorunması regional əməkdaşlıqdan keçir. Proseslərin gedişi də deməyə əsas verir ki, yaxın perspektivdə sülh müqaviləsinin tam mətni ilə imzalanması və Zəngəzur dəhlizinin işə düşməsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi hərbi Zəfərin yekun və sarsılmaz hüquqi möhürü olacaq. Bir sözlə, Azərbaycan yalnız özünün deyil, bütövlükdə ümumbəşəri hədəflərə doğru qətiyyətlə irəliləyir. Hazırkı geosiyasi situasiyada və perspektivdə qarşımızı kəsə biləcək heç bir güc mövcud deyil", - deyə deputat bildirib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

11:43
17 İyun

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb  

11:40
17 İyun

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

11:37
17 İyun

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

11:36
17 İyun

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

11:35
17 İyun

Bu ilin beş ayında sığortaedənlərin sayı açıqlanıb

11:21
17 İyun

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır  

11:16
17 İyun

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

11:07
17 İyun

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

11:07
17 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

11:01
17 İyun

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

10:57
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq  

10:48
17 İyun

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

10:41
17 İyun

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

10:39
17 İyun

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb  

10:31
17 İyun

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

10:23
17 İyun

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

10:08
17 İyun

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq  

10:07
17 İyun

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

10:03
17 İyun

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb  

10:01
17 İyun

Azərbaycan nefti 82 dollara satılır

09:57
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!