17 İyun 2026 10:31
396
DÜNYA
A- A+
BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb  

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb  

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) çərşənbə axşamı dərc etdiyi hesabatda bildirilir ki, ölkələr münaqişələr bitdikdən sonra uzun müddət mülki şəxsləri öldürən və yaralayan piyada əleyhinə minaların istifadəsini məhdudlaşdıran beynəlxalq qanunlara riayət etməlidir.

AZƏRTAC xəbər verir ki, hesabata görə, insan təmasda olduqda partlatmaq üçün nəzərdə tutulmuş bu silahlarla ən azı 58 dövlət və ərazi çirklənmiş vəziyyətdədir. Onlardan bəziləri hətta iki Dünya müharibəsindən bəri digər partlamamış sursatlarla birlikdə mövcuddur və milyonlarla mina milli ehtiyatlarda qalır.

BMT-nin insan hüquqları üzrə Ali komissarı Folker Türk bildirib: “Piyada əleyhinə minaların qadağan olunması müqaviləsinin qəbul edilməsindən təxminən 30 il keçməsinə baxmayaraq, bu partlayıcı silahların insanları öldürməyə və yaralamağa davam etməsi onilliklər sonra da dərin narahatlıq doğurur”. O, dövlətlərin “bu silahların istehsalına, istifadəsinə və ötürülməsinə son qoymaq və artıq yerləşdirilən minaların təmizlənməsi üçün əməkdaşlıq səylərini ikiqat artırmaq” zərurətini vurğulayıb.

Hesabatda deyilir ki, piyada əleyhinə minalar mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlara təsir göstərir və onlar bu gün də, o cümlədən qeyri-dövlət subyektləri tərəfindən istifadə olunur. Son rəqəmlər göstərir ki, 2024-cü ildə minalar və müharibənin partlayıcı qalıqları nəticəsində azı 1945 nəfər həlak olub, 4325 nəfər yaralanıb. Ən yüksək itki nisbətləri Myanma, Suriya, Əfqanıstan, Ukrayna, Nigeriya, Mali, Yəmən və Burkina-Fasoda qeydə alınıb. Qeydə alınmış bütün itkilərin təxminən 90 faizini mülki şəxslər və onların 40 faizindən çoxunu isə uşaqlar təşkil edir.

Sənəddə piyada əleyhinə minaların zərər verməsi və insan hüquqlarından istifadəyə necə təsir etməsi ətraflı şəkildə izah olunur. Bu silahların üzərinə basdıqları və ya onlara toxunduqları üçün mülki şəxslərin əzaları amputasiya edilib, korluq da daxil olmaqla göz xəsarətləri və ya eşitmə itkisi baş verib. Bundan əlavə, uşaqlar piyada əleyhinə mina xəsarətlərindən yetkinlərə nisbətən daha ağır fiziki travma və yüksək ölüm nisbəti ilə qarşılaşırlar, onların sağ qalma ehtimalı da azdır.

Mina çirklənməsi, həmçinin əraziləri qadağan olunmuş zonalara çevirir ki, bu da mülki şəxslərin vacib xidmətlərə çıxışına mane ola, ehtiyacı olanlara humanitar yardımı dayandıra və köçkünlüyə səbəb ola bilər. Bu, habelə əkin sahələrini istifadə üçün təhlükəli hala gətirərək qida təhlükəsizliyinə və iqtisadi çətinliklərə gətirib çıxarır.

Bu arada, məktəblərə və ətrafa yerləşdirilən minalar uşaqları təhlükə altına qoyur və onların təhsilinə mane olub.

Piyada əleyhinə minalar da daxil olmaqla, ərazilərin müharibənin partlayıcı qalıqları ilə çirklənməsi iqtisadi inkişafa onilliklər ərzində mane ola və münaqişədən sonrakı bərpanı gecikdirə bilər.

Hazırda 162 dövlət Ottava Konvensiyası kimi də tanınan və 1997-ci ilin dekabr ayında Kanadanın paytaxtında imzalanmaq üçün açılan Piyada Əleyhinə Minaların Qadağan Edilməsi Konvensiyasının iştirakçısıdır.

BMT qeyd edib ki, Təhlükəsizlik Şurasının daimi üzvləri və silahlı qüvvələri xeyli miqdarda mina ehtiyatına malik olan digər dövlətlər də daxil olmaqla, çoxsaylı ölkə hələ də müqavilənin iştirakçısı deyil. Bundan əlavə, beş ölkə - Estoniya, Finlandiya, Latviya, Litva və Polşa bu yaxınlarda müqavilədən çıxıb, tərəf dövlət olan Ukrayna isə Konvensiyanın tətbiqini dayandırdığını bildirib.

Hesabat 26 iyun tarixində Cenevrədə keçiriləcək BMT İnsan Hüquqları Şurasının müzakirəsinə təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!