15 Sentyabr 2026 13:21
1161
Təhsil
A- A+
Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb FOTOLAR  

Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb FOTOLAR  


İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şükürbəyli kənd məktəbi 1926-cı ildən fəaliyyətə başlayıb. Məktəbə ilk dəfə 9 uşaq cəlb olunub. 1934-cü ildə ibtidai məktəb yeddiillik təhsil müəssisəsinə çevrilib, 1937-ci ildə birtipli layihə əsasında yeni məktəb binası inşa edilərək istifadəyə verilib. 1957-ci ildən isə məktəb orta məktəb kimi fəaliyyət göstərib. 1993-cü ilin mayında məktəbdə tədris ilinin son zəngi çalınıb.

İşğal illərində kənddə evlər dağıdılıb, ocaqlar sönüb, sakinlər doğma yurdlarından məcburi köçkün düşüblər. Uzun illər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan Cəbrayıl sakinlərinin övladları tədris ilinin ilk və son zənglərini doğma yurdlarından kənarda qarşılayıblar. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Cəbrayıl rayonu da işğaldan azad edilib. Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən canlanması, yaşayış məntəqələrinin bərpası və sakinlərin doğma yurdlarına qayıdışı istiqamətində genişmiqyaslı işlər görülür. Həmçinin Şükürbəyli kəndi də öz sakinlərinə yenidən qucaq açıb.

Bu gün daha bir tarixi gün yaşanıb və kənd məktəbində 33 ildən sonra tədris ili başlayıb. Bu münasibətlə Şükürbəyli kənd tam orta məktəbində təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəhbəri Fuad Bədəlov, digər rəsmi şəxslər, məktəb kollektivi, şəhid ailələrinin üzvləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasından və Böyük Qayıdış çərçivəsində görülən işlərdən danışıblar. Şükürbəyli kəndində 33 ildən sonra yeni tədris ilinin başlanmasının əlamətdar hadisə olduğu vurğulanıb.

Bildirilib ki, müasir standartlara uyğun inşa edilən məktəbdə şagirdlərin keyfiyyətli təhsil alması üçün bütün zəruri şərait yaradılıb. Təhsil ocağının müasir infrastrukturu, tədris imkanları və yaradılan şərait kəndə qayıdan ailələrin övladlarının doğma yurdda təhsil almasına imkan verir.

Daha sonra məktəblilərin ifasında musiqi və rəqs nümunələri təqdim olunub, şeirlər səsləndirilib.

Sonda 33 ildən sonra Şükürbəyli kəndində ilk tədris gününün zəngi çalınıb. Şagirdlər böyük sevinc və həyəcan hissi ilə sinif otaqlarına daxil olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəskin arıqlamağın və qidadan imtina etməyin təhlükəli fəsadları

19:37
08 Oktyabr

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb  

19:32
08 Oktyabr

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib  

19:23
08 Oktyabr

Çin ABŞ-nin F-35 qırıcı təyyarəsinin məxfi hissələrini ələ keçirib  

19:13
08 Oktyabr

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar  

19:07
08 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub

18:57
08 Oktyabr

Başqalarına kömək etmək beyni cavanlaşdırır   

18:49
08 Oktyabr

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb  

18:43
08 Oktyabr

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib  

18:38
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2

18:31
08 Oktyabr

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

18:11
08 Oktyabr

Beyin fəaliyyətini izləyən qulaqlıq  

18:07
08 Oktyabr

Dünyanın ən böyük pinqvin koloniyası yox olmaq üzrədir  

18:03
08 Oktyabr

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır

18:01
08 Oktyabr

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub  

17:57
08 Oktyabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib  

17:46
08 Oktyabr

Dünya səyyahları Xankəndiyə gəliblər 

17:37
08 Oktyabr

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

17:21
08 Oktyabr

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb  

17:08
08 Oktyabr

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi  

17:05
08 Oktyabr

ÜST-dən uşaqlarda piylənmə ilə bağlı həyəcan təbili  

16:49
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!