10 Oktyabr 2026 12:25
206
DÜNYA
A- A+
Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Psixi Sağlamlıq Günü 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə qeyd olunur. Günün məqsədi əhalinin psixi sağlamlıq problemləri, onun möhkəmləndirilməsi yolları, eləcə də psixi pozuntuların profilaktikası və müalicəsi barədə məlumatlılığını artırmaqdır.

Hər il oktyabrın 10-da qeyd edilən bu gün münasibətilə beynəlxalq psixiatriya təşkilatları tematik jurnallar nəşr edir, hökumət strukturlarına və səhiyyə orqanlarına müraciətlər ünvanlayaraq onları beynəlxalq təşəbbüsə qoşulmağa çağırırlar.

Psixi sağlamlıq ümumi sağlamlığın ayrılmaz hissəsi və mühüm komponentidir. O, hər bir insanın öz qabiliyyətlərini və potensialını reallaşdıra, gündəlik həyatın adi streslərinin öhdəsindən gələ, səmərəli və məhsuldar işləyə, yaşadığı cəmiyyətin həyatına töhfə verə bildiyi rifah vəziyyəti kimi müəyyən edilir. Bu mənada psixi sağlamlıq hər bir insanın rifahının və bütövlükdə cəmiyyətin səmərəli fəaliyyətinin əsasını təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir, hər il 3 milyon insan alkoqoldan sui-istifadə nəticəsində həyatını itirir, hər 40 saniyədə isə bir nəfər intihar edir.

Ən geniş yayılmış psixi sağlamlıq problemlərindən biri depressiyadır. ÜST-nin məlumatına görə, hazırda depressiya il ərzində əmək qabiliyyətinin itirilməsinə səbəb olan xəstəliklər arasında ilk yerdədir. COVID-19 pandemiyası da milyardlarla insanın adi həyat tərzini pozaraq əhalinin psixi sağlamlığına mənfi təsir göstərən amillərdən birinə çevrilib.

Qərb ölkələrində hər yeddi nəfərdən birinin paranoid və ya şizofreniya əlamətlərindən əziyyət çəkdiyi, yaxud depressiya və alkoqol asılılığına meyilli olduğu bildirilir. Bu hallar bəzən cinayətlərin törədilməsi və ya intiharla nəticələnə bilir. Psixi pozuntulardan əziyyət çəkən insanların əksəriyyəti isə təəssüf ki, ehtiyac duyduqları müalicəyə çıxış imkanına malik deyil. Bundan başqa, psixi pozuntular HİV, ürək-damar xəstəlikləri, diabet və digər xəstəliklərin inkişafı, eləcə də bədbəxt hadisələr və qəsdən özünə xəsarət yetirmə riskinin artması ilə əlaqələndirilir.

Buna görə də Ümumdünya Psixi Sağlamlıq Gününün əsas vəzifələrindən biri depressiv pozuntuların, şizofreniyanın, Altsheymer xəstəliyinin, narkotik asılılığının, epilepsiyanın və əqli inkişaf pozuntularının yayılmasının azaldılmasıdır.

Psixi pozuntuların artmasına informasiya yüklənməsi, dünyada baş verən siyasi və iqtisadi böhranlar da təsir göstərir. Stres isə bu problemlərin ilkin əlamətlərindən biri hesab olunur.

Müasir həyatın özü insanı stresslə üz-üzə qoyur. Siyasi və iqtisadi həyatda baş verən dəyişikliklər, iş yerindəki əlverişsiz şərait, o cümlədən damğalanma və ayrı-seçkilik, hətta ictimai nəqliyyatda səfər belə stresə səbəb ola bilər. Nəticədə insan gündəlik gərginliyə alışır və bu vəziyyət zamanla depressiyanın yaranması üçün zəmin yarada bilər.

Bütün stres amilləri insanların psixi sağlamlığına və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərməklə yanaşı, onların əmək qabiliyyəti və məhsuldarlığı üçün də ciddi risk yarada bilər. Dünya əhalisinin 60 faizini əmək qabiliyyətli insanların təşkil etdiyini nəzərə alsaq, həyat və əmək şəraitinin psixi sağlamlıq üçün risklərin qarşısını alması, onun qorunmasına və möhkəmləndirilməsinə xidmət etməsi xüsusi əhəmiyyət daşıyır.

Təəssüf ki, stres müasir insan həyatının ayrılmaz hissəsinə çevrilib. İnsanlar çox vaxt streslə mübarizə aparmağa çalışır, lakin onun yaranmasının qarşısını almağın daha vacib olduğunu nəzərə almırlar. Halbuki bunun üçün gündəlik rejimin düzgün təşkili, iş və istirahət balansının qorunması, öz emosiyalarını idarə etmək bacarığının inkişaf etdirilməsi və ehtiyac yarandıqda ixtisaslı mütəxəssisə müraciət etmək kimi çoxsaylı imkanlar mövcuddur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:29
10 Oktyabr

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb

15:12
10 Oktyabr

Yeni regional əməkdaşlıq mərhələsi

14:58
10 Oktyabr

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

14:38
10 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:59
10 Oktyabr

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

13:31
10 Oktyabr

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

12:39
10 Oktyabr

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

12:25
10 Oktyabr

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

12:23
10 Oktyabr

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

12:08
10 Oktyabr

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

12:06
10 Oktyabr

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

12:04
10 Oktyabr

Azərbaycan nefti 130 dollardan baha satılır

11:10
10 Oktyabr

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər 

11:08
10 Oktyabr

Dünya birjalarında neftin qiyməti artıb

11:07
10 Oktyabr

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi  

11:06
10 Oktyabr

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

11:05
10 Oktyabr

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb  

11:02
10 Oktyabr

Bilmək istəyirəm

11:00
10 Oktyabr

Kanadalı şair Anne Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

10:55
10 Oktyabr

Vətəni canından da çox sevirdi

10:50
10 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!