25 İyun 2026 13:36
140
CƏMİYYƏT
A- A+
Su polisi dəniz sahilində narkotiklərə qarşı əməliyyat təşkil edib

Su polisi dəniz sahilində narkotiklərə qarşı əməliyyat təşkil edib


Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, idarəyə xidməti ərazi olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası adlanan ərazidə narkotiklərin satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan Vüqar Tahirov saxlanıb. Həmin şəxsdən külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd olunub ki, su polisləri tərəfindən Xəzər dənizi və xidməti ərazi olan digər su hövzələrində qanunazidd halların qarşısının alınması məqsədilə nəzarət tədbirləri sahil boyu davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.

Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ vergi sistemini sadələşdirir

17:01
25 İyun

ÜST anomal istilərlə bağlı xəbərdarlıq edib

16:49
25 İyun

 Ürəyimizi necə qoruyaq?

16:43
25 İyun

Hesabat: Avropa ekstremal hava riskləri zonasına çevrilir  

16:36
25 İyun

Parlament diplomatiyası Azərbaycanın xarici siyasət kursunda mühüm yer tutur

16:34
25 İyun

Səhiyyə Nazirliyi: Qanvermə aksiyalarında 2821 könüllü donor iştirak edib, 1269,45 litr qan toplanıb

16:29
25 İyun

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Belarusdan hücum riskini qiymətləndirib  

16:14
25 İyun

Azərbaycan və Həştərxan vilayəti arasında regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi nəzərdən keçirilib

16:12
25 İyun

Müdafiə naziri: Bu gün məzun olan gənc zabitlərimiz Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər 

16:09
25 İyun

Xələf Xələfov AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb

16:07
25 İyun

Energetika naziri Ağdamda vətəndaşlarla görüşüb

16:03
25 İyun

Baş nazir: Nəqliyyat dəhlizlərinə tələbat sürətlə artır

15:56
25 İyun

Cənubi Qafqazda ilk: Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində unikal kraniofasial əməliyyat həyata keçirilib  

15:52
25 İyun

Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarının növbəti buraxılış mərasimi olub 

15:43
25 İyun

Britaniya mediası Azərbaycan nümayəndə heyətinin Kral III Çarlz tərəfindən təşkil olunan qəbulda iştirakından yazır  

15:39
25 İyun

Vicdanlı alıcı statusu hansı hallarda itirilir? – Ali Məhkəmədən izah 

15:31
25 İyun

Kinburn yarımadasında Ukrayna bayrağı qaldırılıb

15:29
25 İyun

Rövşən Nəcəf: İlk U-15 dünya çempionatının Azərbaycana həvalə edilməsi dövlətin idman siyasətinin nəticəsidir  

15:24
25 İyun

Azərbaycan ilə Polşa arasında mövcud münasibətlərinin inkişaf dinamikası yüksək qiymətləndirilib

15:21
25 İyun

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

15:21
25 İyun

Media: Azərbaycan Beynəlxalq Sığorta Forumu əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm platformaya çevrilib  

15:16
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!