04 İyun 2026 08:25
199
SİYASƏT
A- A+
Strateji tərəfdaşlığın uğurlu modeli

Strateji tərəfdaşlığın uğurlu modeli


Azərbaycan - İtaliya münasibətləri qarşılıqlı etimada, etibarlı müttəfiqliyə əsaslanır 


İtaliya və Azərbaycan arasında münasibətlər qarşılıqlı etimada, strateji tərəfdaşlığa və iqtisadi-mədəni bağlara söykənir. Hər iki ölkə Cənubi Qafqaz və Aralıq dənizi regionları arasında mühüm geosiyasi körpü rolunu oynayır və bu əlaqələr ildən-ilə daha da şaxələnir. Avrasiyanın enerji xəritəsini dəyişdirən nəhəng infrastruktur layihələrindən tutmuş beynəlxalq təhlükəsizlik platformalarına qədər geniş spektri əhatə edən bu əməkdaşlıq regional sabitliyin və iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. 

Bakı və Roma arasında qurulan yüksəksəviyyəli münasibətlərin və səmimi dostluğun bariz nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikasının yaranmasının 80-ci ildönümü münasibətilə Prezident Sercio Mattarellaya ünvanladığı təbrik məktubunda öz rəsmi ifadəsini tapıb. Prezident İlham Əliyev məktubda İtaliyanın Azərbaycan üçün etibarlı və yaxın dost olduğunu xüsusi vurğulayaraq, iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın hər keçən gün yeni məzmunla zənginləşdiyini bəyan edib: "Şadam ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, çoxölçülü strateji tərəfdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Biz İtaliya ilə münasibətlərimizin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk. Keçən ilin oktyabrında Sizin Azərbaycana ikinci dəfə rəsmi səfər etməyiniz dövlətlərarası əlaqələrimizin və aramızdakı siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir". 

Dövlətimizin başçısının məktubu Azərbaycan-İtaliya arasındakı strateji tərəfdaşlığın mövcud vəziyyətini, əldə olunmuş uğurları və gələcək hədəfləri ortaya qoyur. Prezident İlham Əliyevin İtaliya ilə münasibətlərin qarşılıqlı hörmət və etimad ruhunda inkişaf etdiyini bildirməsi iki ölkə arasında əlaqələrin səmimiyyət üzərində qurulduğunu nümayiş etdirir. 

Azərbaycan Prezidenti bəyan edib ki, siyasi əlaqələrimizin yüksək səviyyəsi Azərbaycan-İtaliya qarşılıqlı fəaliyyətinin inkişafında mühüm rol oynayır: "Uğurlu iqtisadi-ticari, enerji, sənaye istehsalı tərəfdaşlığından tutmuş təhsilə qədər uzanan və ildən-ilə yeni sahələri əhatə edən əməkdaşlığımız strateji xarakter daşıyır. İqtisadi əlaqələrimizin mövcud potensialının tam şəkildə reallaşdırılması, sərmayə, müdafiə, humanitar, o cümlədən yeni istiqamətlər üzrə əməkdaşlığın şaxələndirilməsi qarşımızda duran əsas məsələlərdəndir".

İqtisadiyyat, ticarət, enerji və sənaye istehsalı sahəsindəki mövcud uğurlu tərəfdaşlıq iki ölkə arasındakı münasibətlərin real, praktiki nəticələrə əsaslandığını göstərir. Bu tərəfdaşlıq hər iki dövlətin milli maraqlarına tam cavab verir. Sərmayə, müdafiə və humanitar sahələrdə əməkdaşlığın şaxələndirilməsi hədəfi isə münasibətlərin gələcək yol xəritəsidir. Xüsusilə müdafiə və digər istiqamətlər üzrə əməkdaşlığın vurğulanması ondan xəbər verir ki, Bakı və Roma münasibətlərini daha strateji sahələrə doğru genişləndirmək əzmindədirlər. 

İtaliya Azərbaycanın Avropa İttifaqında mühüm strateji və ən böyük iqtisadi tərəfdaşıdır. Bu tərəfdaşlıq imzalanmış sənədlərlə hüquqi müstəvidə ən yüksək səviyyəyə çatdırılıb. Eyni zamanda İtaliya Azərbaycanın enerji resurslarının ilk alıcılarındandır. Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının İtaliyaya nəql edilməsi bu ölkənin enerji təhlükəsizliyində Bakının rolunu strateji dərəcədə artırıb və İtaliyanı Azərbaycanın ən böyük ixrac bazarlarından birinə çevirib. 

Prezident İlham Əliyevin Avropada ən çox səfər etdiyi ölkələrdən birinin məhz İtaliya olması təsadüfi deyil və bu, yüksəksəviyyəli siyasi dialoqun təzahürüdür. İntensiv səfərlər tərəflər arasında qarşılıqlı etimadın yüksək olduğuna, mühüm qərarların operativ şəkildə qəbul edildiyinə və siyasi iradənin möhkəmliyinə dəlalət edir.  

2025-ci ilin 30 sentyabr-1 oktyabr tarixlərində İtaliya Prezidenti Sercio Mattarellanın, 2026-cı il mayın 4-də Baş nazir Ciorcia Meloninin Azərbaycana səfərləri Romanın Bakıya verdiyi yüksək siyasi əhəmiyyətin, strateji xəttin sabit qaldığının bariz göstəricisidir. Bir ölkə rəhbərliyinin qısa müddətdə tərəfdaş ölkəyə ardıcıl səfərləri xarici siyasətdə həmin dövlətə verilən müstəsna önəmin nümayişidir. Bu səfərlər tərəflər arasındakı strateji bağları daha da möhkəmləndirir və yeni əməkdaşlıq platformalarının əsasını qoyur. 

Rəsmi Roma Bakının haqlı mövqeyini hər zaman birmənalı dəstəkləyib. Digər Avropa dövlətlərindən fərqli olaraq, İtaliya Azərbaycanın ərazi bütövlüyünü hər zaman müdafiə edərək etibarlı tərəfdaş olduğunu ortaya qoyub. 

İtaliyanın Azərbaycanın qeyri-neft sektoruna sərmayə yatırması iqtisadi əlaqələrin şaxələndirilməsini hədəfləyir. Bu ölkənin texnologiyaları və investisiyaları Azərbaycanın sənaye, kənd təsərrüfatı və infrastruktur layihələrində tətbiq olunmaqla ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verir.

İtaliya şirkətlərinin Qarabağda bərpa-quruculuq işlərində çox fəal iştirakı İtaliyanın postmünaqişə dövründə də Bakının yanında yer aldığının əyani göstəricisidir. Azad edilmiş ərazilərin minalardan təmizlənməsi, enerji infrastrukturunun qurulması, "ağıllı şəhər" layihələri və tarixi abidələrin bərpasında İtaliya şirkətlərinə üstünlük verilməsi iki dövlətin dostluğunun təcəssümüdür. 

Onu da xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun xətti ilə İtaliyada, Vatikanda çox mühüm işlər görülüb, dini və tarixi abidələr bərpa edilib. Bu layihələr, xüsusən Vatikandakı katakombaların bərpası Azərbaycanın multikultural dəyərlərini İtaliya və dünya ictimaiyyətinə tanıtdırmaqla yanaşı, iki ölkənin xalqları arasında güclü əlaqələr də yaradır.

Nəticə etibarilə, Bakı və Roma arasındakı münasibətlər sınaqlardan keçmiş dostluğun nümunəsidir. Enerji təhlükəsizliyindən Qarabağın qurulmasına, Vatikandakı bərpa layihələrindən müdafiə sənayesinə qədər uzanan çoxşaxəli əməkdaşlıq hər iki ölkənin gələcəyə eyni strateji nəzərlərlə baxdığının isbatıdır. Avropa ilə Asiya arasında mühüm geosiyasi körpülər quran Azərbaycanın İtaliya ilə tərəfdaşlığı regional və qlobal sabitliyə mühüm töhfələr verməkdədir.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA Dünya Kuboku zamanı stadionlarda təkrar istifadə olunan butulkaları qadağan edib

11:19
04 İyun

Azərbaycan minifutbol millisi Avropa çempionatında final oyununa çıxır

11:03
04 İyun

Bakıda “Azerbaijan Jewelry Show” sərgisi keçirilir

10:58
04 İyun

BMT Yəmənə humanitar yardım üçün dəstəyin artırılmasına çağırıb

10:51
04 İyun

BTC ilə bu günədək 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

10:48
04 İyun

Dünya bazarında qızıl 33 dollar bahalaşıb

10:42
04 İyun

Azərbaycan nefti 104 dollara satılıb

10:36
04 İyun

Simferopol şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub

10:23
04 İyun

Zaxarova: Rusiya ABŞ ilə Ankoricdə başlayan danışıqları davam etdirməyə hazırdır

10:19
04 İyun

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

10:09
04 İyun

Xəzərdə zəlzələ olub

10:02
04 İyun

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

10:01
04 İyun

Mənzil sahibi olmaq arzusu rəqəmsal şansın ümidinə qalanda...

09:55
04 İyun

Əsrlərin şahidi, tarixin yadigarı "Günbəzli hamam"

09:50
04 İyun

İndi kəndimizin futbol meydançası da var

09:45
04 İyun

Kəndimizin su problemi həll olundu

09:40
04 İyun

Çeşidlərin çoxluğu - rahatlığın yoxluğu

09:35
04 İyun

Yaşıllaşan sənaye şəhəri

09:30
04 İyun

Məktəb psixoloqlarının rolu böyükdür

09:25
04 İyun

Vətən Murad kimi oğulları unutmur

09:20
04 İyun

Şəhərlər xalqın taleyini yaşayır

09:15
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!