13 Dekabr 2022 01:41
1258
SİYASƏT
A- A+
Strateji tərəfdaşlığın zirvəsi

Strateji tərəfdaşlığın zirvəsi

 

Azərbaycan və Türkmənistan qlobal miqyaslı layihələri ilə  Avropanın qaz təchizatına və Türk Dövlətləri Təşkilatının daha da  güclənməsinə töhfə verirlər 

 

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, bəlkə də, ən mühümü  türk dövlətləri ilə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. 
Məhz buna görə də Azərbaycan hər zaman türk dünyasının sıx birləşməsinə   töhfəsini verib və həyata keçirdiyi siyasətlə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə vahid birlik amalına sadiq qaldığını isbatlayıb. 
Türk dövlətlərinin birliyini hər zaman təqdir edən və bu prosesə öz dəstəyini, töhfəsini verən Prezident İlham Əliyev vurğulayıb ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir: "Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq".
Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlələr bir daha təsdiq etdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli əsasda quruma üzv dövlətlərlə sıx əməkdaşlıqdadır. Azərbaycanın bu əsasda əməkdaşlıq etdiyi türk dövlətlərindən biri də Türkmənistandır. 

 

Kökü, dili, dini və mədəniyyəti eyni olan xalqlar

 

Dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən Azərbaycan əksər dövlətlərlə münasibətlərini inkişaf etdirməkdədir. Tam müstəqil xarici siyasət həyata keçirən İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur. 
İki dövlət arasında qədim tarixə malik olan münasibətlər var. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycan xalqına ən yaxın olan xalqlardan biri də məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır.
Öz ruhunun, tarixi inkişafının ümumiliyi, etnik və dil yaxınlığı olan dövlətlərin - Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin qurulması, şübhəsiz, qardaş xalqlar arasında çoxəsrlik qarşılıqlı münasibətlərin mühüm dövrünü təcəssüm etdirir. 

 

26 illik uğurlu diplomatik münasibət, 80 mühüm saziş

 

Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.  2001-ci il iyunun 4-də Türkmənistan tərəfi maliyyə problemlərini əsas gətirərək Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verib. 2008-ci ildə səfirlik yenidən öz fəaliyyətini bərpa edib. Son 10 il ərzində isə müxtəlif sahələri əhatə edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edib. 
Hər iki ölkənin dövlət başçıları - İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun qarşılıqlı inam və etimada əsaslanan münasibətləri sayəsində Azərbaycan-Türkmənistan arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdəki əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. 
Elə Türkmənistan tərəfinin dəvəti ilə bu ölkəyə səfər edən İlham Əliyev də münasibətlərin yeni sürətli yüksəliş mərhələsini yaşadığını söyləyib. 
Hər iki ölkənin dövlət başçıları mütəmadi olaraq qarşılıqlı səfərlər zamanı, eləcə də MDB Dövlət Başçıları Şurasının iclaslarında, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarında görüşlər keçirirlər. 
Son səfər isə bu ilin iyun ayında gerçəkləşib. Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edən İlham Əliyev toplantı çərçivəsində türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədovla görüşüb. 
 İlk sammitin 2002-ci ildə Aşqabadda keçirildiyini xatırladan Türkmənistan Prezidenti həmin tədbirdə uzunmüddətli perspektiv üçün əməkdaşlığın əsasının qoyulduğunu vurğulayıb. Sərdar Berdiməhəmmədov 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına toxunaraq Xəzər dənizində nəqliyyat, gəmiçilik, sülhün, ekoloji təhlükəsizliyin qorunması, balıqçılıq, fövqəladə hallar barədə xəbərdarlıq və onların qarşısının alınması sahələrində əməkdaşlıq barədə bir çox müqavilə üzrə işin aparıldığını deyib. Xəzər dənizinin ümumi sərvət olduğunu deyən Türkmənistanın dövlət başçısı regionda səmərəli qarşılıqlı fəaliyyətin inkişafına verdiyi şəxsi töhfəsinə görə İlham Əliyevə minnətdarlığını bildirib.
Türkmənistanın Xəzər dənizində və Xəzəryanı dövlətlər arasında əməkdaşlığa töhfəsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti isə zirvə toplantısının təhlükəsizlik, ekologiya, su ehtiyatları istiqamətləri üzrə əməkdaşlığın möhkəmlənməsi işində daha bir addım olacağına əminliyini bildirib. Xəzərin əsrlərboyu qonşu kimi yaşamış xalqlarımızı birləşdirən dəniz olduğunu deyən Prezident İlham Əliyev regionda gələcək təhlükəsiz inkişafın təmin ediləcəyinə əminliyini bildirib, bu işdə Xəzəryanı dövlətlərin böyük rolunu vurğulayıb.
Qeyd edək ki, iki ölkə arasında əlaqələri daha da möhkəmləndirən "Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə"dir. İki qardaş ölkə arasında birgə layihələrin təşkilində növbəti yeni mərhələ olan Türkmənistan Hökuməti ilə Azərbaycan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı anlaşma memorandumunun imzalanması da mühüm sənədlərdən biridir. Onu da vurğulamaq yerinə düşər ki, indiyədək iki ölkə arasında 80 sənəd imzalanıb. 
Yeni sazişlərə əsasən hökumətlər arasında 2019-2021-ci illər üzrə iqtisadi-ticari, nəqliyyat tranzit və logistika, dəniz portu, elm, təhsil, mədəniyyət və incəsənət, eləcə də uzunmüddətli iqtisadi-ticari sahələr üzrə əməkdaşlıq daha da genişləndirilib. 
Əminliklə söyləyə bilərik ki, liderlərin hər görüşü, imzalanan yeni sazişlər Azərbaycan-Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verir. Çünki ölkələrimizin energetika, nəqliyyat və digər sahələrdə reallaşdırdığı iri layihələr nəinki region, həm də dünya üçün xüsusi önəm daşıyır. Azərbaycan və Türkmənistan çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi bunun sübutudur.
Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir yolu nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi regionda və bütöv Avrasiya boyunca "Şərq-Qərb" Beynəlxalq Nəqliyyat Dəhlizinin hərtərəfli inkişafına xidmət edir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!