29 Dekabr 2024 08:25
195
İQTİSADİYYAT
A- A+
Sosial ədalətə əsaslanan cəmiyyətin qurulması dövlətin əsas prioritetlərindəndir

Sosial ədalətə əsaslanan cəmiyyətin qurulması dövlətin əsas prioritetlərindəndir


"Azərbaycanda əhalinin sosial rifah halının davamlı şəkildə yüksəldilməsi dövlətimizin daim diqqətindədir. Prezidentin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" qarşıdan gələn illərdə sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə ölkə qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir. Milli prioritetlər sırasında yer alan vacib istiqamətlərdən biri də məhz dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasıdır".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Zaur Şükürov deyib. O bildirib ki, davamlı və yüksək iqtisadi artımın dinamik və inklüziv cəmiyyətin formalaşmasına yönəlməsi, hər bir vətəndaşın öz həyatında bu inkişafı hiss etməsi, insanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq, iqtisadi imkanlara çıxışının bərabər və ədalətli olması hökumətin bu sahədə əsas hədəflərindəndir. Bu hədəflərin uğurla reallaşdırılması üçün inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət, habelə paytaxt və regionların tarazlı inkişafı kimi məsələlər xüsusilə diqqətdə saxlanılan məqamlardır. "Bu günədək ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunması üçün qəbul edilmiş çoxsaylı dövlət proqramları nəticəsində ölkə iqtisadiyyatı dinamik inkişaf edərək, əhalinin sosial vəziyyəti xeyli yaxşılaşdırılıb. Əməkhaqları, pensiyalar, təqaüdlər və müavinətlər artırılıb, yoxsulluq səviyyəsi minimuma enib", - deyə siyasətçi əlavə edib.

Deputat qeyd edib ki, Prezidentin 23 dekabr 2024-cü il tarixli "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamına əsasən, 2025-ci il yanvarın 1-dən minimum əməkhaqqının, 2025-ci il fevralın 1-dən isə əmək pensiyasının minimum məbləğinin artırılması nəzərdə tutulur. Xüsusilə qeyd edilməlidir ki, dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl artımı hökumətin sosial siyasətinin mühüm nəticəsidir. Belə ki, qeyd olunan xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2024-cü il üçün 15,5 milyard manata çatıb və 2025-ci ilin büdcəsində 16,9 milyard manat nəzərdə tutulur. Beləliklə, bu istiqamətdə qısa müddət ərzində 6,6 milyard manat və ya 1,6 dəfə artım baş verib. Sosialyönlü xərclərin büdcədəki çəkisinin 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioriteti olduğunu bir daha sübut edir. Sosial islahatların tərkib hissəsi kimi əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin də davamlı artımı təmin olunur. Buna nümunə olaraq, əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2018-ci ilə nisbətən 2,1 dəfə və ya 1,3 milyard manat artım baş verib. Həmin vəsait 2018-ci ildə 1,2 milyard manat təşkil edirdisə, hazırda 2,5 milyard manata yaxındır. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin sayı son 4 ildə təxminən 4 dəfə artırılaraq 34-dən 130-a çatdırılıb.

Z.Şükürov qeyd edib ki, əhalinin məşğulluğunun təminatı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutur: "Bunun nəticəsi olaraq, ölkədə çoxsaylı yeni iş yeri açılmaqla, aktiv məşğulluq proqramlarının əhatə dairəsi ildən-ilə əhəmiyyətli dərəcədə genişlənir. Təkcə 2018-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 635 min vətəndaş işlə təmin edilib, 36 min şəxs peşə hazırlığına cəlb olunub. Hazırda icra olunan  özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən proqram olmaqla işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verir. 2017-ci ildən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların illik sayı ötən dövrdə təqribən 15 dəfə artırılaraq 16 mini ötüb. İndiyədək 93 min şəxs özünüməşğulluq proqramına cəlb edilərək onlara verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar". 

Siyasətçi bildirib ki, tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə veteranları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların mənzil və fərdi evlə təminatı işləri də həyata keçirilir. Bu proqram postmüharibə dövründə 5 dəfə genişlənib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 minədək, ümumilikdə isə ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim edilib. Həmçinin 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumilikdə isə ötən dövrdə 7,7 min avtomobil təqdim edilib. 

Deputat deyib ki, son illər ölkəmizdə aparılan sosial islahatların uğurları mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: "Təkcə 2024-cü ildə bu uğurlar 110-dan çox beynəlxalq mükafatla təltif edilib. Hökumətin sosial islahatlar proqramının əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalar və müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlar üçün şəffaf, çevik, keyfiyyətli, əlçatan və vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin qurulmasıdır". 

Z.Şükürov bildirib ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı çərçivəsində ölkədə sosial tərəqqi və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılması təmin edilib və bu uğurlar qarşıdakı illərdə də davam edəcək.


Ə.QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı paylaşım edib  

00:41
31 Dekabr

Vüqar Qurbanov: Təyyarə qəzasında xəsarət alanlardan doqquzunun müalicəsi ev şəraitində davam edəcək

23:49
30 Dekabr

Səhiyyə naziri: Təyyarə qəzası nəticəsində xəsarət alan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilərək “Yeni klinika”ya yerləşdirilib 

23:33
30 Dekabr

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib  

22:53
30 Dekabr

ABŞ-ın 39-cu Prezidentinin rəsmi dəfn mərasimi yanvarın 9-u keçiriləcək

22:14
30 Dekabr

Təyyarə qəzasında xəsarət alan üç nəfər Azərbaycana göndərilib

21:47
30 Dekabr

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib

21:31
30 Dekabr

DİN işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət ünvanlayıb 

20:09
30 Dekabr

Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilidən  

19:49
30 Dekabr

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbdan

19:41
30 Dekabr

Gürcüstanın yeni Prezidenti: Azərbaycan, Ermənistan və Türkiyə ilə əlaqələri gücləndirəcəyik  

18:52
30 Dekabr

Müdafiə Nazirliyinin rəhbər heyəti bayram ərəfəsində hospitalı ziyarət edib  

18:29
30 Dekabr

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib  

18:18
30 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!