26 İyul 2025 08:00
694
SİYASƏT
A- A+
Somali də etiraf edir...

Somali də etiraf edir...


Azərbaycan enerji sahəsində zəngin təcrübəyə malik ölkədir


Azərbaycanla Somalinin beynəlxalq və regional təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı hörmət, dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığı məmnunluq doğurur. Xüsusilə son vaxtlar ali səviyyədə səfərlər, ayrı-ayrı nazirlik rəhbərlərinin görüşləri, imzalanan sənədlər Azərbaycan və Somali arasında tərəfdaşlığın getdikcə inkişaf etdiyini göstərir.

Ölkələrimiz arasında qarşılıqlı maraqların təmin edilməsi istiqamətində  müsbət əlaqələrin olması bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bir daha vurğulanıb. 

Xatırladaq ki, Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana bu ilin fevral ayında etdiyi rəsmi səfər iki ölkə arasında əlaqələrin genişlənməsinə, o cümlədən iqtisadi əməkdaşlığın inkişafına yeni təkan verib. Yeri gəlmişkən onu da deyək ki, bu həm də, ümumiyyətlə, Azərbaycanla Afrika ölkələri arasında yeni əməkdaşlıq perspektivləri açır. 

Başqa sözlə, Somali Prezidentinin Azərbaycana rəsmi səfəri ilə ölkələrimiz dostluq və əməkdaşlıq münasibətlərinin yeni və mühüm bir mərhələsinə qədəm qoyub. Bunu cari il fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlər də təsdiqləyir. Belə ki, həmin gün "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında "yaşıl enerji" sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş" imzalanıb. 

Həmin səfərin ardınca energetika naziri Pərviz Şahbazov ilə Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed arasında görüş olub. Görüşdə Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfəri və bu zaman imzalanmış sənədlərin iki ölkə arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına və ikitərəfli əlaqələrin bir çox sahədə inkişafına təkan verən rolundan bəhs edilib. "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında "yaşıl enerji" sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanmasının əhəmiyyəti vurğulanıb. Ümumiyyətlə, bu səfərin nəticələrinin ikitərəfli əlaqələrin enerji sahəsində də inkişafına əlavə bir dəstək verəcəyi bildirilib. 

Ölkələrimizin enerji sahəsində zəngin təcrübə və potensialı əsasında gələcəkdə faydalı əməkdaşlığın qurulacağına inam böyükdür. Təsadüfi deyil ki, sözügedən görüşdə də Azərbaycanın neft-qaz, bərpaolunan enerji sahələrində həyata keçirdiyi layihələr, xüsusilə enerji resurslarının dünya bazarlarına şaxələndirilmiş marşrutlarla nəqli üzrə təcrübəsi, həmçinin enerji sektorunda aparılan islahatlar bir daha vurğulanıb. Azərbaycanın enerji sahəsindəki liderliyi Somalidə yüksək qiymətləndirilir. Somalili nazir də məhz bunu vurğulayaraq deyib: "Azərbaycana səfərlərimiz ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır, çünki biz inkişaf üçün burdayıq. Biz iki qardaş ölkə üçün yeni bir qapı açırıq".

Görüş zamanı Somalidən olan tələbələrin Azərbaycanda neft sahəsində ixtisaslaşmış ali məktəblərdə təhsili ilə bağlı da fikir mübadiləsi aparılıb.

"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" da imzalanıb. Memorandum neft və qaz sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədilə təcrübə mübadiləsini, hər iki ölkədə keçiriləcək müvafiq tədbirlərdə iştirakı, eləcə də birgə seminarlar, forumların keçirilməsini nəzərdə tutur.  

 İyun ayında keçirilən Bakı Enerji Forumu da Somali və Azərbaycan arasında enerji əməkdaşlığını gücləndirmək üçün mühüm bir platforma oldu. Somalinin həmin forumda iştirak edən energetika və su ehtiyatları naziri Abdullah Bidhaan Varsame bu barədə belə deyib: "Milli transformasiya planına əsaslanaraq, Somali elektrik enerjisinə çıxışın genişləndirilməsi, bərpaolunan enerji mənbələrinin potensialından istifadə və iqlim dayanıqlılığının gücləndirilməsi üçün irimiqyaslı təşəbbüslər həyata keçirir... Əminəm ki, Bakı Enerji Forumu qlobal texniki, maliyyə və siyasi tərəfdaşlarla əməkdaşlıq üçün strateji platforma təqdim edəcək. Bu, Somalinin enerji sektorunda islahatları, davamlı və inklüziv enerji gələcəyinin təmin edilməsi istiqamətində səylərimizi dəstəkləyəcək".

Bu səylər çərçivəsində Somali Azərbaycanın Energetika Nazirliyi ilə bərpaolunan enerji sahəsinin inkişafı, potensialın artırılması və bilik mübadiləsi sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalayıb.

Qeyd edək ki, Somali ən azı 800 meqavat bərpaolunan enerji istehsal edəcək günəş-elektrik stansiyası tikib və bu istiqamətdə irəliləməkdədir. Çünki bərpaolunan enerjini qalıq yanacağa nisbətən daha prioritet hesab edir. Məqsəd "yaşıl enerji"nin inkişafına investisiya cəlb etməkdir və Somali bunun üçün bütün lazımi resurs və potensiala malikdir. Bərpa və institusional quruculuq dövrünü yaşayan ölkənin enerji sahəsindəki islahatları isə milli inkişaf strategiyasında mərkəzi yer tutur.

                   

Flora SADIQLI,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!