08 Aprel 2026 16:57
320
CƏMİYYƏT
A- A+
Slovakiya ombudsmanı: Azərbaycanın müsbət təcrübəsinin ölkəmizdə tətbiqi mümkündür  

Slovakiya ombudsmanı: Azərbaycanın müsbət təcrübəsinin ölkəmizdə tətbiqi mümkündür  


Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Slovakiyanın ombudsmanı Robert Dobrovodski ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, görüş zamanı Səbinə Əliyeva Azərbaycan və Slovakiya arasında müxtəlif istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində əməkdaşlıq münasibətlərinin mövcud olduğunu məmnunluqla qeyd edib. Səbinə Əliyeva iki ölkənin ombudsman təsisatları arasında əlaqələrin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini vurğulayıb.

Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Ombudsman Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışıb, bu müəssisələrə başçəkmələrin həyata keçirildiyini, rəftar və sağlamlıq məsələlərinin araşdırıldığını qeyd edib.

Səbinə Əliyeva Slovakiya ombudsmanının ölkəmizə səfərinin Azərbaycan ombudsmanının MPM fəaliyyətinə dair əldə olunmuş təcrübələrin mübadiləsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Slovakiya ombudsmanı Robert Dobrovodski Azərbaycanın müsbət təcrübəsinin öz ölkəsində tətbiqi ilə bağlı bir sıra məsələlərin mümkünlüyünü qeyd edib.

Görüşdə, həmçinin gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Sonra Slovakiya ombudsmanı Vətəndaşların Qəbulu Mərkəzində mövcud şəraitlə tanış olub.

Səfər çərçivəsində Slovakiya ombudsmanının məhkəmə, qanunvericilik və icra orqanlarında bir sıra görüşləri nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

Bu il dünyada 45 milyon insan aclıq riski ilə üzləşə bilər

19:31
01 May

Böyük Britaniyada terror təhlükəsi səbəbindən təhlükəsizlik gücləndirilib

19:22
01 May

Çin Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirir

19:13
01 May

Yanacağın bahalaşması Avropa aviaşirkətlərini müflis edə bilər

19:05
01 May

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

18:57
01 May

Somali sahillərində piratçılıq yenidən artır

18:48
01 May

Nazir: Naxçıvanda fövqəladə hadisələrlə uğurla mübarizə aparılır

18:44
01 May

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

18:43
01 May

WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma nailiyyətlərinin beynəlxalq tanınmasının göstəricisi kimi dəyərləndirilib  

18:41
01 May

“ABAD məhəllə” layihəsi çərçivəsində abadlıq və yenidənqurma işləri genişlənir

18:33
01 May

“Facebook”, “Instagram” və “WhatsApp”ın istifadəçi sayı 20 milyon nəfər azalıb

18:27
01 May

Uşaqlar üçün yol təhlükəsizliyi mövzusunda Neftçalada əyani təlim keçirilib

18:19
01 May

Azərbaycan və Sudan iqtisadi əlaqələrdə yeni mərhələyə hazırlaşır

18:15
01 May

Prezidentin köməkçisi: Avropa Parlamentinin qəbul etdiyi sənəd Azərbaycan üçün hüquqi öhdəlik yaratmır  

18:14
01 May

Strateji obyektlərə nəzarət mexanizmi təkmilləşdirilir – BİRGƏ TƏLİM

18:13
01 May

Diplomatik korpusun nümayəndələri Şuşada Dövlət Xidmətləri Mərkəzində olublar  

18:12
01 May

Hikmət Hacıyev: Azərbaycan itkin düşmüş minlərlə şəxsin taleyinə aydınlıq gətirilməsini gözləyir

18:11
01 May

“YouTube”da növbəti yenilik

18:11
01 May

Neftçalada məktəblilər arasında minifutbol turnirinə start verilib

18:03
01 May

Masallıda “Kitab festivalı – 2026” keçirilir

17:57
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!