01 May 2026 17:57
146
CƏMİYYƏT
A- A+
Masallıda “Kitab festivalı – 2026” keçirilir

Masallıda “Kitab festivalı – 2026” keçirilir


Bu münasibətlə festivalın  təntənəli açılış mərasimi olub.  Festival rayon icra hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Masallı Dövlət Regional Kolleci və “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə, həmçinin bir sıra yerli təşkilat və media tərəfdaşlarının dəstəyi ilə reallaşıb.

Tədbir müasir Azərbaycanın memarı Heydər Əliyevin kitaba, təhsilə və ziyalılığa verdiyi yüksək dəyərin rəmzi olaraq təşkil edilib. Festivalın açılış günündə Mərkəzi Rayon Kitabxanası xüsusi kitab stendi təqdim edərək Ulu Öndərin zəngin ömür yolu və siyasi irsinə diqqət çəkib. Masallı RİH-in başçısı Araz Əhmədov çıxış edərək, mütaliənin rayonun mədəni həyatında əvəzsiz rol oynadığını vurğulayıb. O, gənc nəslin dünyagörüşünün formalaşmasında bu cür festivalların əhəmiyyətini qeyd edərək, rayon sakinlərini üçgünlük bilik bayramında fəal iştirak etməyə çağırıb.

Tədbirdə iştirak edən millət vəkilləri Cavanşir Paşazadə və Məşhur Məmmədov kitabın cəmiyyətin mənəvi inkişafında oynadığı roldan danışıblar. Məşhur Məmmədov rəqəmsallaşmanın sürətinə baxmayaraq, klassik kitabın əvəzsizliyini vurğulayıb. Cavanşir Paşazadə isə festivalın rayonun intellektual potensialını göstərdiyini qeyd edib. Şair Rüstəm Behrudi çıxışı zamanı kitabın insanı öz köklərinə və tarixinə bağlayan mühüm vasitə olduğunu vurğulayıb,  səsləndirdiyi təsirli poeziya nümunəsi ilə tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Tanınmış alim Füzuli Bayat isə mütaliənin və elmi araşdırmaların xalqın mədəni yaddaşını qoruduğunu, türk ruhunun qədim kodlarının kitablarda əks olunduğunu diqqətə çatdırıb.

“Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova bu cür təşəbbüslərin gənclərin həm mənəvi, həm də hüquqi və iqtisadi biliklərinin artırılmasına xidmət etdiyini bildirib. Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov isə kollecin müəllim və tələbə heyətinin festivalda fəal iştirakının təhsil müəssisəsinin maarifləndirmə missiyasının əhəmiyyətini göstərdiyini qeyd edib.

Festival sabah da davam edəcək. Proqram çərçivəsində panel müzakirələr və tanınmış yazarlarla görüşlər, o cümlədən imza saatları nəzərdə tutulub. Festival iştirakçıları Varis, Rövşən Abdullaoğlu, Amin Oruc, Günel Əkbər, Elgüsel, Əziz Yaqubzadə, Əli Fərəcov, Samir Turan, Mail Yaqub, Mürçid Mehdi və Müşfiq Xan kimi yazarlarla ünsiyyət imkanı əldə edəcəklər.

Seyran CAVADOV,

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniyada terror təhlükəsi səbəbindən təhlükəsizlik gücləndirilib

19:22
01 May

Çin Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirir

19:13
01 May

Yanacağın bahalaşması Avropa aviaşirkətlərini müflis edə bilər

19:05
01 May

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

18:57
01 May

Somali sahillərində piratçılıq yenidən artır

18:48
01 May

Nazir: Naxçıvanda fövqəladə hadisələrlə uğurla mübarizə aparılır

18:44
01 May

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

18:43
01 May

WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma nailiyyətlərinin beynəlxalq tanınmasının göstəricisi kimi dəyərləndirilib  

18:41
01 May

“ABAD məhəllə” layihəsi çərçivəsində abadlıq və yenidənqurma işləri genişlənir

18:33
01 May

“Facebook”, “Instagram” və “WhatsApp”ın istifadəçi sayı 20 milyon nəfər azalıb

18:27
01 May

Uşaqlar üçün yol təhlükəsizliyi mövzusunda Neftçalada əyani təlim keçirilib

18:19
01 May

Azərbaycan və Sudan iqtisadi əlaqələrdə yeni mərhələyə hazırlaşır

18:15
01 May

Prezidentin köməkçisi: Avropa Parlamentinin qəbul etdiyi sənəd Azərbaycan üçün hüquqi öhdəlik yaratmır  

18:14
01 May

Strateji obyektlərə nəzarət mexanizmi təkmilləşdirilir – BİRGƏ TƏLİM

18:13
01 May

Diplomatik korpusun nümayəndələri Şuşada Dövlət Xidmətləri Mərkəzində olublar  

18:12
01 May

Hikmət Hacıyev: Azərbaycan itkin düşmüş minlərlə şəxsin taleyinə aydınlıq gətirilməsini gözləyir

18:11
01 May

“YouTube”da növbəti yenilik

18:11
01 May

Neftçalada məktəblilər arasında minifutbol turnirinə start verilib

18:03
01 May

Masallıda “Kitab festivalı – 2026” keçirilir

17:57
01 May

 Hindistanda Narmada çayında turist qayığı aşıb

17:49
01 May

Məsud Pezeşkian: ABŞ-nin mövqeyi dəyişərsə, İran diplomatik danışıqları bərpa etməyə hazırdır

17:42
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!