18 Noyabr 2026 11:41
69
CƏMİYYƏT
A- A+
Şirvanda şəhid Elçin Əliyevin xatirəsi anılıb  

Şirvanda şəhid Elçin Əliyevin xatirəsi anılıb  


Şirvandakı Şəhidlər xiyabanında ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olmuş Əliyev Elçin Əliqardaş oğlunun anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin məzarı ziyarət ediləndən sonra çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarından keçən igid övladların şücaətindən söz açaraq bildirib ki, onların Vətənə sədaqəti və torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri rəşadət xalqımızın yaddaşında daim yaşayacaq, xatirələri hər zaman ehtiramla yad olunacaq.  ŞİH-in 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin şəhidlərimizin misilsiz fədakarlığının və xalqımızın sarsılmaz birliyinin nəticəsi olduğunu qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb. Şirvan şəhərində də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşıldığını, onların müraciət və problemlərinin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Çıxışlar zamanı ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin Vətən qarşısındakı xidmətləri ehtiramla yad edilib, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əhəmiyyəti vurğulanıb, şəhidlərin əziz xatirəsinin yaşadılması və onların Vətənə sədaqət nümunəsinin gələcək nəsillərə çatdırılmasının hər kəsin mənəvi borcu olduğu qeyd edilib.

Sonra Şəhidlər xiyabanında dəfn olunan digər şəhidlərin məzarları ziyarət edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Şəhid Elçin Əliyev ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib. 


Seyran CAVADOV,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi bu ilin 9 ayında 1 milyard dollar olub  

11:45
18 Noyabr

Azərbaycan-Hindistan mədəni əməkdaşlığının inkişaf perspektivləri nəzərdən keçirilib

11:44
18 Noyabr

Qusarda payızlıq və çoxillik əkinlərin bəyan qəbulu zamanı bütün amillər nəzərə alınır  

11:43
18 Noyabr

Şəmkirdə azsaylı xalqların nümayəndələri ilə görüş keçirilib  

11:42
18 Noyabr

Şirvanda şəhid Elçin Əliyevin xatirəsi anılıb  

11:41
18 Noyabr

Azərbaycan-İsrail arasında mədəni əlaqələr ildən-ilə genişlənir

11:39
18 Noyabr

Ceyhun Bayramov: Azərbaycan-Almaniya əlaqələri tarixi dostluq münasibətlərinə əsaslanır  

11:38
18 Noyabr

Gəncədə TESHERA şirkəti sərgi təşkil edəcək  

11:31
18 Noyabr

Milli Məclisdə büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilir  

11:23
18 Noyabr

COP31-də binalarda enerji səmərəliliyinin artırılmasında bələdiyyələrin rolu mövzusunda müzakirə təşkil olunub  

11:05
18 Noyabr

Vərəm əleyhinə peyvəndin 3-cü faza sınaqlarının nəticəsi 2028-ci ildə məlum olacaq

11:04
18 Noyabr

Ötən gün ölkə ərazisində 52 cinayətin üstü açılıb, axtarışda olan 116 nəfər saxlanılıb

10:58
18 Noyabr

Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub  

10:57
18 Noyabr

Azərbaycan və Gürcüstan enerji sahəsində əməkdaşlığın yeni perspektivlərini nəzərdən keçirib  

10:56
18 Noyabr

Çin və Rusiya liderlərinin görüşü keçirilib

10:55
18 Noyabr

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

10:55
18 Noyabr

ABŞ "qızılcadan azad" statusunu itirib

10:34
18 Noyabr

Ünvanlı dövlət sosial yardım alan ailələrin sayı açıqlanıb

10:33
18 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:32
18 Noyabr

Neft ucuzlaşıb 

10:32
18 Noyabr

Azərbaycan nefti 98 dollara satılır

10:31
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!