08 Avqust 2024 10:03
84
CƏMİYYƏT
A- A+

Şirvanda şəhid ailələri ilə görüş 

 

Respublikamızın hər yerində olduğu kimi, Şirvan şəhərində də şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı yüksək hörmət və ehtiramla davam etdirilir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı Şəhidlər xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır və həlli istiqamətində müvafiq tapşırıqlar verir.


Bu günlərdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin, şəhər icra hakimiyyəti başçısı aparatının nümayəndələri, din xadimləri və şəhid ailələri ilə birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər.
Öncə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbr dilənib.
Daha sonra 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Əli Tağıyevin doğum günü münasibətilə məzarı ziyarət olunub, önünə tər güllər düzülərək, xatirəsi ehtiramla yad edilib. Şəhər icra hakimiyyətinin başçısı belə qəhrəman, cəsur oğul böyütdükləri üçün şəhidin valideynlərinə təşəkkür edib, onlara səbr diləyib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi, bundan sonra da daim uca tutulacağını vurğulayaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhid atası Rəhim Hüseynov, "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov və digərləri çıxış edərək Vətən uğrunda candan keçməyin müqəddəs amal olduğunu, şəhidlərin ölməzliyini, onların xatirələrinin həmişə hörmət və ehtiramla yad ediləcəyini bildiriblər.
Sonra şəhid analarının şərəfinə ucaldılan "Şəhid Anası" memorial abidə kompleksi ziyarət edilib.
Şəhid Əli Tağıyevin doğum gününə həsr olunmuş tədbir Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsində davam etdirilib. Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər şəhidimizin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, peşəkarlığından, döyüş əzmindən və milli-mənəvi dəyərlərimizə bağlılığından danışıblar.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlara 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış "Zəfər abidəsi"nin xatirə hədiyyəsini, Şirvan şəhərinin 60 illik yubileyinə həsr olunmuş "Şirvan 60" kitabını və yubiley hədiyyələrini təqdim edib.
Şəhid ailələri dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 

Seyran CAVADOV,
"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video