08 Avqust 2024 12:33
114
CƏMİYYƏT
A- A+

Diaspor Gənclərinin V Yay Düşərgəsində tanınmış aktyorlarla görüş keçirilib

 

“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi davam edir. Diaspor gənclərinin növbəti görüşü tanınmış aktyorlarla olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Azərbaycan" qəzetinə bildirilib ki, “Bu şəhərdə”nin kollektivi – prodüser, ssenarist Müşfiq Abbasov, Əməkdar artistlər Rəfail İsgəndərov və Coşqun Rəhimov, həmçinin aktrisa, televiziya verilişləri aparıcısı, Əməkdar artist Dilarə Əliyeva düşərgə iştirakçıları ilə görüşə gəliblər.

Tədbirdə diaspor gəncləri ilə yanaşı, Laçının yerli sakinləri də iştirak ediblər.

Görüş zamanı aktyorlar Laçında olmaqdan, belə bir möhtəşəm tədbirdə iştirakdan məmnunluqlarını ifadə edib, düşərgə haqqında düşüncələrini və gənclərə ürək sözlərini deyib, onlara uğurlar arzulayıblar. Əməkdar artistlərin tamaşalarından videolar nümayiş olunub, suallar cavablandırılıb, musiqi nömrələri səsləndirilib, qonaqlarla iştirakçılar birlikdə rəqs ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video