27 Fevral 2024 15:57
351
SİYASƏT
A- A+
Səudiyyə Ərəbistanı və Bəhreyn qəzetləri Xocalı soyqırımından yazıb

Səudiyyə Ərəbistanı və Bəhreyn qəzetləri Xocalı soyqırımından yazıb

 

Səudiyyə Ərəbistanının “Əl Cəzirə” və Bəhreynin “Daily Tribune” nəşrlərində Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin Xocalı soyqırımı haqqında məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 32 il əvvəl törədilmiş Xocalı qırğınının Qarabağ müharibəsində ən ağır hərbi cinayət və bəşər tarixində ən dəhşətli faciələrdən biri olduğunu qeyd edilib. Müəllif diqqətə çatdırıb ki, həmin məşum gecədə 613 mülki azərbaycanlı, o cümlədən 200-dən çox qadın və uşaq xüsusi amansızlıqla qətlə yetirilib.

Diplomat bildirib ki, Xocalı qırğını adi müharibə cinayəti deyildi, həm də Ermənistanın düşünülmüş etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Ermənilər mülki əhalini amansızcasına qətlə yetirməklə başqa rayonların sakinlərini qorxudaraq onları rayondan çıxmağa məcbur etmək və sonrakı işğala nail olmaq istəyirdilər.

Məqalədə qeyd olunub ki, o vaxtdan bəri Azərbaycan Xocalı qətliamının beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün mübarizə aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Xocalı haqqında beynəlxalq məlumatlılığın artırılmasına yönəlmiş səylərə mühüm töhfə verib. Kampaniya nəticəsində bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Eyni zamanda, vurğulanıb ki, 2020-ci ildə Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayıb və işğal altındakı torpaqlarını azad edərək münaqişəyə son qoyub. Ötən il Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində, o cümlədən Xocalıda dövlətin suverenliyi tam bərpa olunub.

Müəllif yazır: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz döyüş meydanında işğalçı dövlətin silahlı qüvvələrinə qarşı vuruşaraq Zəfər çalıb və bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümündə bütün Azərbaycan ərazilərində, o cümlədən Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanıb. Xocalının azad olunması gücümüzü və birliyimizi təcəssüm etdirdiyi kimi, eyni zamanda erməni işğalına, erməni faşizminə son qoyub”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Erməni vandallığına son qoyulması üçün qətiyyətli addımlar atılmalıdır

08:50
12 Fevral

Ülviyyə ZÜLFİQAR: "Ermənistan Təpəbaşı məscidində içki istehlak etməklə bütün müsəlman aləminə hörmətsizlik edir"

08:45
12 Fevral

Ermənistan hakimiyyəti revanşizmin ictimai rəydə aparıcı ideologiya kimi qalmasında maraqlıdır

08:40
12 Fevral

Malıbəyli və Quşçular qətliamından 33 il ötür

08:35
12 Fevral

Rusiyanın məsuliyyətdən yayınması mümkün deyil

08:30
12 Fevral

ABŞ informasiya siyasətində korrektələr edir

08:25
12 Fevral

"Azərbaycanla müharibə etmək Ermənistan üçün faciə olar"

08:20
12 Fevral

Təqsirləndirilən erməniəsilli şəxslər məhkəmədə əməllərinə görə cavab verirlər

08:15
12 Fevral

Son 20 ildə Azərbaycanda mükəmməl dəmir yolu infrastrukturu yaradılıb

08:10
12 Fevral

Avropanın daha bir ölkəsi Azərbaycanla əməkdaşlığı genişləndirir

08:05
12 Fevral

Yeni dövrün əsas hədəfləri

08:00
12 Fevral

"Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında

01:13
12 Fevral

"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:12
12 Fevral

"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

01:11
12 Fevral

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI

01:10
12 Fevral

"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında ƏSASNAMƏ

01:09
12 Fevral

Böyük Britaniya və ABŞ beynəlxalq süni intellekt bəyannaməsini imzalamaqdan imtina edib

22:57
11 Fevral

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib 

22:22
11 Fevral

Zelenski: Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər

21:53
11 Fevral

Misli Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın edib  

21:52
11 Fevral

Ursula Fon der Lyayen süni intellektin inkişafı üçün 200 milyard avro ayrılacağını açıqlayıb

20:33
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!