23 Dekabr 2025 09:00
866
Səhiyyə
A- A+
Səssiz inkişaf edən damar xəstəliyi

Səssiz inkişaf edən damar xəstəliyi


Gündəlik həyatımızda çox vaxt üzərindən səssizcə keçdiyimiz bəzi sağlamlıq problemləri var ki, yalnız irəliləmiş mərhələdə özünü ciddi fəsadlarla büruzə verir. Onlardan biri də damar xəstəlikləri, xüsusilə varikozdur. Əksər hallarda ayaqlarda yaranan ağırlıq, yorğunluq, axşam saatlarında şişkinlik və ya estetik baxımdan narahatlıq yaradan damar torları ciddi qəbul edilmir. Halbuki bu əlamətlər gələcəkdə həyat üçün təhlükə yarada biləcək ağırlaşmaların ilk siqnalları ola bilər.

Əslində bu xəstəliyin tarixi çox qədim dövrlərə təsadüf edir. Onunla hətta Hippokrat, İbn Sina, Qalen kimi həkimlər mübarizə aparmışlar. Varikoza qadınlarda daha çox təsadüf edilir. Statistik məlumatlara əsasən, dünyadakı qadınların 89 faizi bu problemlə üzləşir.


İrsi meyillilik olduqda risk daha da artır


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-cərrah Zülfiyyə Vahabova bildirir ki, varikoz qan dövranının pozulması nəticəsində damarların genişlənməsi və elastikliyinin itirilməsi ilə xarakterizə olunan bir vəziyyətdir: "Əsas səbəb damar qapaqlarının zəifləməsi və qanın geriyə doğru axınının qarşısının alınmamasıdır. Nəticədə qan venalarda toplanır, durğunluq yaranır və damar divarları genişlənməyə başlayır. Damar xəstəlikləri, əsasən, arterial və venoz mənşəli olmaqla iki qrupa bölünür. Ateroskleroz, periferik və yuxu arteriyalarının xəstəlikləri, dərin vena trombozu və varikoz bu sahədə ən çox rast gəlinən patologiyalardır. Varikoza daha çox 35-50 yaşlı insanlarda rast gəlinir. Uzunmüddətli ayaqüstü və ya oturaq iş rejimi, artıq çəki, ağır yüklərin qaldırılması, qeyri-sağlam qidalanma, hormonal dəyişikliklər, dar geyim və hündürdaban ayaqqabılardan istifadə bu problemin yaranmasında əsas rol oynayır. Günün böyük hissəsini kompüter arxasında keçirən, az hərəkət edən insanlarda aşağı ətraflarda qan dövranı zəifləyir, damarlarda durğunluq yaranır. Nəticədə damarlar tədricən genişlənir və xəstəlik formalaşır. İrsi meyillilik olduqda isə risk daha da artır".

Varikoz xəstəliyi tədricən və gizli şəkildə inkişaf edir. Mütəxəssisin sözlərinə görə, ilkin mərhələlərdə əlamətlər az və qeyri-spesifik olur. Xəstələr əsasən ayaqlarda ağırlıq, tez yorulma, yanğı hissi, baldır əzələlərində gecə qıcolmaları və axşam saatlarında şişkinlikdən şikayətlənirlər. Bu narahatlıqlar xüsusilə isti havalarda və günün sonunda daha qabarıq hiss olunur. Xəstəlik irəlilədikcə patoloji damarlar gözlə görünən hala gəlir. Ayaqlarda göy-yaşılımtıl rəngli, qıvrım və şişkin damarlar - varikoz düyünləri əmələ gəlir. Sonrakı mərhələlərdə dərinin rəngi dəyişir, göyərmə yaranır, trofik yaralar formalaşır. Müalicə olunmadıqda varikoz xroniki venoz çatışmazlıqla ağırlaşır və hətta tromb yaranma riski artır ki, bu da həyati təhlükə deməkdir.


Ev şəraitində aparılan "müalicələr" vəziyyəti daha da ağırlaşdıra bilər


Müasir tibbin imkanları varikozun müalicəsini əvvəlki illərlə müqayisədə xeyli asanlaşdırıb. Zülfiyyə Vahabova deyir ki, damar xəstəliyinin diaqnostikasında əsas müayinə üsulu rəngli dopplerdir. Bu zaman damarlar müayinə edilir, mövcud  vəziyyətə görə  müalicə təyin edilir. Müasir  təbabət damar xəstəliklərini ağrısız, narkozsuz müayinə  etməyə imkan verir. Əgər ayaqlarda ağrı, şişkinlik və damar torları müşahidə edilərsə, mütləq həkimə müraciət olunmalıdır. Çünki bəzi hallarda varikoz gözlə görünmədən inkişaf edir və yalnız müayinə zamanı aşkarlanır. Xalq təbabəti və ev şəraitində aparılan "müalicələr" isə vəziyyəti daha da ağırlaşdıra bilər.

"Damar genişlənməsinin qarşısını almaq üçün bir sıra profilaktik tədbirlərə əməl etmək tövsiyə edilir. Fiziki aktivliyi artırmaq, üzgüçülük, qaçış, velosiped sürmək, artıq çəkidən azad olmaq, dar geyimlərdən və hündürdaban ayaqqabılardan uzaq durmaq vacibdir. Hamiləlik dövründə və ya uzunmüddətli gərgin iş zamanı kompression damar corabları geyinmək faydalıdır. Qida rasionunda vitamin C və P ilə zəngin məhsullara - albalı, yaşıl bolqar bibəri, alma, moruq, ərik, sitrus meyvələrinə üstünlük verilməli, şirniyyat və qənnadı məmulatlarının qəbulu azaldılmalıdır. İş gününün sonunda ayaqlara kontrast duş tətbiq etmək də qan dövranını yaxşılaşdırır. Lakin qeyd etmək lazımdır ki, bu tədbirlər varikozun yaranmayacağına 100 faiz zəmanət vermir. Çünki xəstəliyin kökündə duran səbəblər çoxşaxəlidir. Buna görə də ilkin mərhələdə aşkarlama məqsədilə ildə ən azı bir dəfə fleboloq müayinəsindən keçmək tövsiyə edilir", - deyə həkim-cərrah qeyd edib.


Ülkər XASPOLADOVA ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

01:54
13 Yanvar

Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı

01:53
13 Yanvar

bp Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, Əşrəfi-Dan Ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək

01:51
13 Yanvar

Azercell abunəçilərinin nəzərinə

01:50
13 Yanvar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan boyaların (illik tələbat üzrə) satın alınması məqsədilə açıq tender elan edir

01:50
13 Yanvar

"Bank Respublika" ASC tərəfindən lombard müştəriləri arasında keçirilən "Qızıl Seçim" lotereyasının birinci tirajının qaliblərinin SİYAHISI

01:49
13 Yanvar

BİLDİRİŞ

01:47
13 Yanvar

Qrenlandiya NATO çərçivəsində müdafiə təhlükəsizliyini təmin etmək üçün səylərini artırır  

23:37
12 Yanvar

Türkiyənin hakim partiyası: Ankara qonşu İranda xaosun əleyhinədir  

23:28
12 Yanvar

Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə görüşüb  

22:14
12 Yanvar

ABŞ 2025-ci ildə yüz mindən çox vizanı ləğv edib  

21:47
12 Yanvar

Türkiyəli ekspert: “Bir millət, iki dövlət” konsepsiyası iqtisadi strategiyalarla birləşərək regional əməkdaşlıq üçün vacib model yaradıb  

21:13
12 Yanvar

Ekspert: Azərbaycanla Ermənistan arasında sülh Çinlə əməkdaşlığın genişləndirilməsinə şərait yaradır  

19:46
12 Yanvar

Türk ekspert: Azərbaycan beynəlxalq münasibətlər sisteminin əvəzolunmaz aktorudur  

19:16
12 Yanvar

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək  

18:57
12 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:17
12 Yanvar

Azərbaycan zirvələrini fəth edən alpinist dünya rekordçusu olub  

17:49
12 Yanvar

Pakistanlı ekspert: Azərbaycan yaşıl enerjidə liderlik üçün bütün ilkin şərtlərə malikdir  

17:48
12 Yanvar

ANAMA yanında İctimai şura baş verən ardıcıl mina hadisələri ilə bağlı açıqlama yayıb  

17:36
12 Yanvar

IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim olunub

17:18
12 Yanvar

Donald Tramp Kubanı hədələdi: " Gec olmamış razılaşma əldə edin!"

17:14
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!