14 Sentyabr 2023 10:50
5788
Təhsil
A- A+

Şəmkirdə ali məktəblərə yüksək balla daxil olan gənclərlə görüş keçirilmişdir


Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev qəbul imtahanlarında yüksək nəticələr göstərən gəncləri təbrik etmiş və respublikamızda təhsilə göstərilən dövlət qayğısından danışmışdır.   
Qazax - Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev isə son illər Azərbaycan təhsilində qazanılan uğurlardan söhbət açmış və bunun timsalında Şəmkir rayonunda görülən işləri  görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Görüşdə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan gənclər çıxış edərək təhsil illərində sevib-seçdikləri peşələrin sirlərinə dərindən yiyələnmək üçün əllərindən gələni edəcəklərinə söz vermişlər.
Sonda test imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərə Şəmkir Rayon İcra Hakimiyyətinin  Fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunmuşdur.

S.YUNİSOĞLU,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video