27 Noyabr 2024 09:00
194
CƏMİYYƏT
A- A+
Şəhid İlkin Qarayevin xatirəsi yad edilmişdir

Şəhid İlkin Qarayevin xatirəsi yad edilmişdir


Antiterror əməliyyatlarında şəhid olmuş İlkin Yusif oğlu Qarayevin xatirəsi doğulub boya-başa çatdığı Samux rayonunun Seyidlər kəndində böyük ehtiramla yad edilmişdir.

İ.Qarayevin valideynlərinin, dostlarının, rayon ictimaiyyəti nümayəndələrinin, icra hakimiyyəti əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə şəhidin məzarı ziyarət edildikdən sonra onun təhsil aldığı məktəbin şagirdləri vətənpərvərliyə və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirmişlər.

Sonra Seyidlər kənd tam orta məktəbinin qarşısında şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı olmuşdur. Rayon icra hakimiyyətinin şöbə müdiri Qurban Həsənov çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmışdır. Söz şəhidin doğmalarına verilmişdir. Qeyd etmişlər ki, İlkin 2004-cü il noyabrın 25-də anadan olmuşdur. Digər Azərbaycan oğulları kimi, İlkin də torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq nümayiş etdirmiş, şəhidlik zirvəsinə ucalmışdır. O, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın mədəniyyət naziri BMT Sivilizasiyalar Alyansının 20 illiyinə həsr olunmuş forumda çıxış edib  

11:31
27 Noyabr

TƏBİB: COP29-la əlaqədar ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib  

11:26
27 Noyabr

Bayden ABŞ Konqresindən 24 milyard dollar istəyir

10:59
27 Noyabr

On ayda əlilliyi olan şəxslərə 82,8 min reabilitasiya vasitəsi verilib  

10:43
27 Noyabr

Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

10:37
27 Noyabr

Azərbaycan və Çex Respublikası arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığı gücləndirməklə bağlı memorandum imzalanıb  

10:36
27 Noyabr

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb  

10:35
27 Noyabr

Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb  

10:19
27 Noyabr

Müsəlman Ağsaqqallar Şurası COP29 konfransının uğuruna görə Azərbaycanı təbrik edib  

09:41
27 Noyabr

Çempionlar Liqası: “Bavariya” və “Barselona” qələbə qazanıb  

09:40
27 Noyabr

Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək  

09:39
27 Noyabr

Şəhid İlkin Qarayevin xatirəsi yad edilmişdir

09:00
27 Noyabr

İqtisadi problemlər Aİ-ni boğur

08:55
27 Noyabr

Azərbaycandan Avropaya uzanan neft-qaz borularını "yaşıl enerji" xətləri əvəz edəcək

08:50
27 Noyabr

COP29-da strateji qərarlar verildi

08:45
27 Noyabr

COP29 beynəlxalq ictimai rəydə məmnunluq doğurdu

08:40
27 Noyabr

Azərbaycanın özünün "yaşıl enerji"yə keçid strategiyası var

08:35
27 Noyabr

Bakı COP-da tarix yazdı

08:30
27 Noyabr

Bakı müxtəlif beynəlxalq aktorlar arasında körpü rolunu oynadı 

08:25
27 Noyabr

İlham Əliyevin qətiyyətli liderliyinin növbəti qələbəsi

08:20
27 Noyabr

33 ildən sonra dalğalanan bayraq

08:15
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!