27 Noyabr 2024 08:45
219
SİYASƏT
A- A+
COP29-da strateji qərarlar verildi

COP29-da strateji qərarlar verildi


Azərbaycanın uğurla evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bəşəriyyətin iqlim dəyişmələrinə qarşı mübarizəsinə yeni imkanlar açdı.

Geniş iştirakçı auditoriyasını bir araya gətirən COP29 çərçivəsində dünyanın ən aktual iqlim problemləri, o cümlədən unudulmuş prioritetləri gündəmə gətirildi. Müxtəlif panellər üzrə aparılan müzakirələrin mövzuları iqlim sahəsində dünyanı gözləyən təhlükələr, qlobal problemlər, onların qarşısının alınması yolları, "yaşıl enerji"yə keçid və digər mühüm məsələlər oldu. 

Dünyanın ən böyük və mötəbər iqlim tədbirində bəşəriyyətin bu günü və sabahı üçün tarixi qərarlar qəbul edildi. 

COP29 çərçivəsində qəbul edilən ən əhəmiyyətli qərarlardan biri hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etməyi nəzərdə tutan yeni öhdəlik - Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşması oldu. Xatırladaq ki, iqlim maliyyəsinin əvvəlki həcmi 100 milyard dollar idi. Əhəmiyyətli artım məqsədyönlü işlərin həyata keçirilməsinə, böyük həcmdə qlobal investisiyaların yönəldilməsinə geniş imkanlar yaradacaq. 

Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı, 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini müəyyənləşdirir. Az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilən bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb.

Paris Sazişinin 6-cı maddəsinin tam icrasına nail olunması COP29-un daha bir uğuru oldu. COP29 sədrliyi Paris Sazişinin 6-cı maddəsinə əsasən, yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqları yekunlaşdırmaq üçün on ilə yaxın gözləmə müddətinin başa çatdığını elan etdi. Bu, COP29 sədrliyinin əsas prioritetlərindən biri idi. 6-cı maddə ölkələrin öz iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə biləcəyi yüksəkkeyfiyyətli və şəffaf karbon bazarlarının fəaliyyətə başlamasını təmin edir. Sözügedən beynəlxalq əməkdaşlıq sayəsində milli iqlim planlarının (NDC) icra məsrəflərinin illik 250 milyard ABŞ dolları həcmində azalacağı gözlənilir. Qənaət olunan bu vəsaitləri COP29 sədrliyi tərəfləri yüksək iqlim ambisiyalarına yönəltməyə çağırır. Gələn ilin fevral ayında təşkil olunacaq Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) növbəti mərhələsi qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq hədəfini qoruyub saxlamaq baxımından mühüm əhəmiyyətə malikdir. Ölkələrə iqlim planlarının ambisiyalarını artırmaq üçün vaxtında dəstək verən bu mühüm nailiyyət kritik məqamda əldə olunub.

COP29 sədrliyi bəyan etdi ki, 6-cı maddə üzrə yekdilliklə qəbul olunan qərarlar karbon bazarlarının ekoloji dayanıqlılığının, şəffaflığının və etibarlılığının real, artan, yoxlanılan və ölçülə bilən tullantıların azaldılması və çıxarılması yolu ilə təmin edilməsində və qlobal iqlim sərmayəsini artırmaq üçün onların böyük potensialının açılmasında əsas rol oynayacaq.

O da bildirildi ki, qəbul edilmiş təlimat və qaydalar karbon layihələrinin praktiki və inklüziv qalmasını təmin etmək, insan hüquqlarına hörmət etmək və davamlı inkişafı dəstəkləmək, ölkələrə və layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etməyə imkan vermək üçün nəzərdə tutulub. Bu qərarların verilməsi onların təkamülünün sonu demək deyil. Tərəflər təcrübədən öyrəndikləri kimi 6-cı maddənin qaydalarına davamlı olaraq düzəliş edə bilərlər.

Məqsədi iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək olan İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alındı. Birləşmiş Ərəb Əmirliklərində baş tutan COP28 zamanı fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunmuşdu. Tarixi qərar isə Bakıda verildi. Beləliklə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun  tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul edildi. Bu, Prezident İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur.

COP29 çərçivəsində İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalandı. Bunlar fondun İdarə Heyəti ilə Dünya Bankı arasında "Qəyyumluq Sazişi" və "Katibliyin Evsahibliyi Sazişi", eləcə də fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış "Ev Sahibi Ölkəyə dair Saziş"dir.

Verilən məlumata görə, fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği hazırda 731,15 milyon ABŞ dollarından artıqdır. Bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu da Azərbaycanın COP29 sədrliyinin növbəti uğuru olaraq dəyərləndirilir.

COP29 çərçivəsində Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul olundu. Həmin qərar Paris Sazişinin 13-cü maddəsi ilə yaradılan Zənginləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsi, eləcə də inkişaf etməkdə olan ölkələr tərəfindən İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına maliyyə və texniki dəstəyin göstərilməsini əhatə edir. Sənəddə COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platforması da əksini tapdı. Bu qərarda COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində həyata keçirdiyi tədbirlər, həmçinin iqlim şəffaflığına həsr olunmuş bir sıra forumlar və qabiliyyət quruculuğu təlimlərinin təşkili, COP29-un iqlim şəffaflığı sahəsində əsas irsi olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması tərəf dövlətləri tərəfindən alqışlandı.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bankların aktivləri 50 milyard manata yaxınlaşır  

11:40
27 Noyabr

Türkiyəli analitik: COP29 Azərbaycan həqiqətlərinin dünyada təbliğinə töhfə oldu  

11:39
27 Noyabr

Hakim “Gürcü Arzusu” partiyası Gürcüstan prezidentliyinə namizədinin adını açıqlayıb  

11:38
27 Noyabr

“Chapter Zero Kazakhstan”ın direktoru: Bakı iqlim gündəliyində tarix yazacaq  

11:37
27 Noyabr

NİİM: Bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmirlər

11:35
27 Noyabr

On ayda 28 minədək şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub  

11:34
27 Noyabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə uğur qazanıb  

11:34
27 Noyabr

Azərbaycan parlamentində dövlət büdcəsinin müzakirələri davam edir  

11:32
27 Noyabr

Azərbaycanın mədəniyyət naziri BMT Sivilizasiyalar Alyansının 20 illiyinə həsr olunmuş forumda çıxış edib  

11:31
27 Noyabr

TƏBİB: COP29-la əlaqədar ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib  

11:26
27 Noyabr

Bayden ABŞ Konqresindən 24 milyard dollar istəyir

10:59
27 Noyabr

On ayda əlilliyi olan şəxslərə 82,8 min reabilitasiya vasitəsi verilib  

10:43
27 Noyabr

Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

10:37
27 Noyabr

Azərbaycan və Çex Respublikası arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığı gücləndirməklə bağlı memorandum imzalanıb  

10:36
27 Noyabr

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb  

10:35
27 Noyabr

Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb  

10:19
27 Noyabr

Müsəlman Ağsaqqallar Şurası COP29 konfransının uğuruna görə Azərbaycanı təbrik edib  

09:41
27 Noyabr

Çempionlar Liqası: “Bavariya” və “Barselona” qələbə qazanıb  

09:40
27 Noyabr

Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək  

09:39
27 Noyabr

Şəhid İlkin Qarayevin xatirəsi yad edilmişdir

09:00
27 Noyabr

İqtisadi problemlər Aİ-ni boğur

08:55
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!